Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
15:19PERI xos gorduk kimler var 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir )) 14 yanvar 12:43Iceberg Günortadır sən demə))
37969

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat

Bir çoxlarımız (hətta əcnəbilər belə müvəqqəti yaşadıqları ölkədə) bəzən qeydiyyatla bağlı zaman-zaman müxtəlif problemlərlə üzləşirik. Ona görədə bu dəfə Sizə Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu ilə bağlı məlumat vermək istərdim.

Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları

Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.
Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları

Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
«Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır.
Maddə 3. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər

Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir:
1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
2) 30 gündən artıq Azərbaycan Respublikasında yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə — onun qeydiyyata alınması haqqında vəsiqə;
3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə;
4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar.
Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.
Maddə 4. Qeydiyyata almanın məhdudlaşdırılması əsasları

Sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər.
Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması

Vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.
Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;
2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan 3 gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər.
Maddə 6. Əcnəbinin yaşayış yeri üzrə qeydiyyata alınması

Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış yerinə gəldiyi vaxtdan 3 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) müvafiq dövlət orqanına müraciət edərək öz pasportunu, giriş icazəsini (vizasını), yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, orderi, icarə və ya kirayə müqaviləsini və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədi) və ya yaşayış sahəsi verən vətəndaşın ərizəsini təqdim etməlidir.
Yaşayış yeri üzrə qeydiyyata alınan əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə qeydiyyata alınma haqqında vəsiqə verilir.
Həmin vəsiqənin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:
1) Azərbaycan Respublikasına viza ilə gələn şəxs üçün — vizada göstərilən ölkədə qalma müddətinə;
2) viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn şəxs üçün — 90 gün.
Maddə 7. Vətəndaşlığı olmayan şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması

Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilərkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumat ona verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsində öz əksini tapır.
Maddə 8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi

Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir:
1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə;
2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda;
3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə;
4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.
Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması

Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:
1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
3) azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;
4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;
7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda—müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.
«Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.
Azərbaycan Respublikasının vətəndaşı başqa ölkədə yaşayış yeri seçdikə, o, şəxsiyyət vəsiqəsini saxlanması üçün müvafiq dövlət orqanına təhvil verməlidir.
Maddə 10. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı

Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.
Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir.
Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır.
Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.
«Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərinin itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.
Maddə 11. Əcnəbinin olduğu yer üzrə qeydiyyatı

Azərbaycan Respublikası ərazisində 30 günədək yaşamaq istəyən əcnəbi olduğu yer üzrə qeydiyyata alınır. Yataqxanaya, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya və ya digər belə ictimai yerlərə, başqa yaşayış sahəsinə gələn əcnəbi dərhal ərizə-anket doldurur və onu həmin yerin müdiriyyətinə və yaxud yaşayış sahəsinin sahibinə və ya istifadəçisinə verir. Müdiriyyət və ya başqa yaşayış sahəsinin sahibi, yaxud istifadəçisi həmin sənədləri 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Əcnəbi olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.
Maddə 12. Vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyatı

Azərbaycan Respublikası ərazisində 30 gündən artıq yaşamaq istəyən vətəndaşlığı olmayan şəxs bu Qanunun 11-ci maddəsində nəzərdə tutulan qaydada olduğu yer üzrə qeydiyyata alınır və qeydiyyatdan çıxarılır.
Maddə 13. Qeydiyyatla bağlı şikayət verilməsi

Qeydiyyata almaqdan şifahi və yazılı imtina edilməsindən, qeydiyyat üçün bu Qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasından və ya qeydiyyata alınmasında süründürməçiliyə yol verilməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Maddə 14. Qanunun tələblərinin pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulmasına görə təqsirkar şəxslər intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar
Maddə 15. Yekun müddəaları

Bu Qanunun yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar müddəalarının tətbiqi qaydası Qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur.

Fikirləriniz üçün Sizə təşəkkür ediram..

Səslərin sayı: 17
41
35239
loading...
Şərhlər
Offline
Aysel İ.
Bütün bunladan xəbərim var Təşəkkürlər.
16 noyabr 2014 23:56
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
truskari aysel
salam xanim siz bilmirsinizki vaxti kecmisliq vesiqeyla nigah kesdirmak olar
31 iyul 2013 12:40
Offline
Gulya
maraqli idi bilmediyimi indi bildim tewekkurler fellow
9 may 2013 21:32
Offline
bilmek isteyirem eger meni yasadigim eve qaynanam qeydiyyata salmaq istemirse men ne etmeliyem?mehkemeye muraciet etsem olar,qaynanamin adinadir ev
6 oktyabr 2012 01:34
Offline
yeva
men 3 aydir ki aile qurmusham...yoldashimin yashadigi eve qeydiyyata dushmek uchun ne etmeliyem?hansi senedler lazimdir?xahish edirem bilen varsa yazsin ...
5 oktyabr 2012 10:48
Offline
Günəş
XAHIS EDIREM. MENE CAVAB YAZIN.
MEN 4 ILDIRKI,AILE QURMUSAM.ATAMIN EVIEN PRAPISKADA QALMISAM.QIZIMIDA,QAYNANAM GAH DEYIR OZ ATASI EVINE ,GAH DEYIR BIZIM QALDIGIMIZ EVE PRAPISKA ELEYIB.INDI QALDIGIM 2 OTAQLI EVDIR,AMMA BAHALI EVDIR.BU EVI SATIB,MENE SEHERDEN KENARDA 2 OTAQ ALIR,EVIN QALAN PULUNADA QAYNIMA EV ALIR.BUTUN MALIN,MULKUN KICIK QAYNIMIN ADINA KECIRIB,AMMA YENE ONA EV ALIR.HEMDE BIZIM EVIMIZI SATIB,ALIR.ARAMIZDA MEHRIBANCILIQDI.ONA GOREDE YOLDASIMDA SESIN CIXARMIRKI,AYIBDI. HEC YERE MURACIET EDE BILMIREM KI,BIABIRCILIQ OLAR.AMMA BELE GETSE OZUME SERAIT QURA BILMEYECEM.IKINCI USAGADA HAMILEYEM.
XAHIS EDIREM CAVAB YAZIN.
27 sentyabr 2012 20:44
Offline
Lezginka
salam men artiq on ildir ki aile qurmuwam o vaxtlar nigah muqavilesi barede melumatim yox idi . men indi nigah muqavilesi baqlaya bilerem ve bunu etmek ucun ne etmeliyem ?
15 avqust 2012 11:45
Offline
Niko_F
Menim niwanlim yawadigi yere ata ocagina qeydiyyata duwmek isteyir hansi proseslerden kecmelidi deye bilersiz mene?Evin senedi teleb olunub,amma sened yoxdu orderdi..orderle qeydiyata duwe biler?Bir de nece etsin ki,ruwvetsiz kecsin bu iw? feel
16 iyul 2012 22:12
Offline
AYTEN
bezilerini bilirdim ,tesekkurler
22 noyabr 2011 16:42
Offline
FEMIDA
Sitat: Semedova
QEYDIYYATA DUSMUS BIRI EGER BOSANARSA ONA MULK HUQUQU DUSUR?

Elbette dusur.aydin meseledirki, eger qeydiyyatiniz aile qurduqunuz insanla bir yerdedirse, demeli nigahinizda var. o zaman bosanma prosesinde mueyyen pay dusur. Bu Azer.Resp-nin Aile Mecellesinde gozterilib.ƏR-ARVADIN ƏMLAKININ QANUNİ REJİMİbu linke baxa bilersiniz-http://qadin.net/index.php?newsid=7077
26 sentyabr 2011 10:38
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
Denka
men aile qurandan sonra qeydiyata dusmek ucun 70 manat xercimiz cixdi.
23 sentyabr 2011 15:03
Offline
FEMIDA
Sitat: yekta
mənim bir qohumum var. şəhərə ərə gəlib, ama rayonda qeydiyyatdadı. bura qeydiyyata düşmək üçün o neynəməldi? rayondan arayış almalıdı?

demeli bunun ucun evvelce Sizin qohum aile qurduqu zaman nigah sehadetnamesinin suretini ve qeydiyyatdan cixmaq ucun ozunun erizesi ile evvelki yasayis (qeydiyyat yene) muraciet etmelidirki, men aile qurduqum ucun bu qeydiyyatdan cixiram. tesdiq etmelidir.Sonra yenede nigahin sureti ve erize ile hal-hazirda qeydiyyata dusmek istediyi unvanin aid olduqu MIS -ne ki, men bu qeydiyyata dusmek isteyiram.(NIgahi eses getirerek Sexsiyyet vereqesinide deyisdirmelidir)
Baqisla canim, bir az qec cavablandirdiqim ucun. feel
Semedova,
xanimlar, Qydiyyatla baqli nese sual yaransa yeniden zekmet olmasa bildirin.
23 sentyabr 2011 14:52
imza: SIZI COX SEVIREM. EZIZ QADIN.NETIM..
Offline
oksana
mende sexsiyyet vesigemi deyismeliyemee uje 25 yasim olacaq skoro
20 sentyabr 2011 11:40
Offline
Gülüm
bu haqda ele de bilmirdim.
14 sentyabr 2011 16:44
Offline
Riana
CEYHUNE ,AY BACI 7 İLDİR Kİ,AİLELİYEM.HELE DE QAYNANAM MENİ EVE QEYDİYYATA ALMİR Kİ,ALMİR.ALLAH ATAMİN.ANAMİN CANİNA DEYMESİN.
11 sentyabr 2011 14:44
Offline
Semedova
AILE QURMUS BIRI NECE QEYDIYYATA DUSE BILER? YANI MESELEN MEN ATA EVININ QEYDIYYATINDAYAM,BURDA QEYDIYYATA DUSE BILEREM?
QEYDIYYATA DUSMUS BIRI EGER BOSANARSA ONA MULK HUQUQU DUSUR?
11 sentyabr 2011 14:16
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
10 sentyabr 2011 16:02
Offline
ayan
men atamin evinde qeydiyatdayam helede
9 sentyabr 2011 18:46
Offline
yekta
yaxşı oldu bu xəbəri oxudum. Ceyhunə, mənim bir qohumum var. şəhərə ərə gəlib, ama rayonda qeydiyyatdadı. bura qeydiyyata düşmək üçün o neynəməldi? rayondan arayış almalıdı?
9 sentyabr 2011 13:00
Offline
leylahuseynova
Sağ ol canım mənim atdım seçilmişlərə
9 sentyabr 2011 11:24
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır