Sosial mediada depressiyadan əziyyət çəkən kişi ilə Arnold Şvarsneger arasında yazışmadan sonra bir çox istifadəçi öz şəxsi əhvalatlarını sosial şəbəkədə bölüşməyə həvəsləniblər.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, sosial şəbəkədə "u/0770059834333178" kodu altında yazışan Ali adlı istifadəçi Şvarsnegerə mesaj göndərərək, məşhur bodibilderdən ona ruhlandıcı bir mesaj göndərməyi xahiş edib.
Ali izah edib ki, o, "aylardır ki depressiya vəziyyətindədir" və bu səbəbdən idman zalına getmir, məşq eləmir.
"Cənab Şvarsneger, siz mənə deyə bilərsinizmi ki, tənbəlliyiə üstün gəlib idman zalına gedim? And içirəm ki, mən dərhal qalxıb ora yollanacağam", - Ali öz mesajında yazıb.
"Çarpayımda məyus halda uzanmışdım. Mesaj göndərmək qərarına gələndə 3 ay idi ki, özümü ruhdan düşmüş kimi hiss edirdim", - Kanadanın Quebec şəhərində yaşayan Ali BBC-yə deyib.
Terminator rolunun ifaçısından cavab gələndə isə Ali gözlərinə inanmayıb. Ali üçün gözlənilməz olan cavabında Şvarsneger ona "hər dəfə bir addım ataraq" depressiya vəziyyətindən çıxmağı məsləhət görüb.
"Sizə sərt söz demək niyyətim yoxdur. Və xahiş edirəm özünüzə qarşı sərt olmayın. Biz hamımız çətinliklərlə üzləşirik, uğursuzluqlarımız olur. Bəzən, həyat bizi sınağa çəkir. Lakin əsası odur ki, sən bütün bunların öhdəsindən gələ biləsən. Sadəcə bir addım at. Yataqdan qalx, məşq et ya bayıra çıxıb hava al. Nəsə bir şey et. Hər dəfə bir addım at. Ümid edirəm ki, indi özünü yaxşı hiss edirsən və idman zalına qayıdacaqsan. Lakin özün özünü töhmətləmə. Buna ehtiyac yoxdur. Bu, səni idman zalına yaxın etməyəcək. Və kömək istəməkdən də çəkinmə. Uğurlar sənə", - Arnold Şvarsneger öz cavabında Aliyə yazıb.
Özünü Arnold Şvarsnegerin böyük pərəstiçkarı adlandıran Ali deyib ki, həmin cavabı oxuyandan sonra, yatağından qalxıb birbaşa idman zalına yollanıb. "İnanlmaz hisslər keçirdim", - o deyib.
Bu yazşma Reddit şəbəkəsində dərhal populyarlıq qazanıb - Alinin Şvarsneger ilə yazışması 70000 dəfədən çox baxılıb və bəyənilib.
Şvarsnegerin Aliyə ruhlandırıcı cavabı depressiya vəziyyətində olan digər istifadəçilər üçün də təsiredici olub.
Həmin istifadəçilər şəbəkədə öz hissləri və əhvalatları ilə bölüşüblər, Ali isə onlara öz cavablarında ürək-dirək verib. Ali deyir ki, həmin adamlara mənəvi dəstək vermək Şvarsneger ilə yazışma əhvalatının onun üçün ən gözəl hissəsi olub.
Bu arada bəzi istifadəçilər qeyd ediblər ki, depressiya elə ciddi bir xəstəlikdir ki, onun öhdəsindən belə yüngül üsullarla gəlmək bu problemə ciddi yanaşma sayıla bilməz. Lakin Ali bu fikirləri bölüşmür.
O qeyd edib ki, Şvarsneger, şəxsən onun özünə böyük enerji və güc verib, həqiqətən də onu ruhlandırıb.
Alinin digər istifadəçilərlə pozitiv ruhda yazışmasını görən Arnold Şvarsneger isə şəbəkədə videomüraciətini də paylaşıb. Həmin videoda Şvarsneger idman zalında yazdığı müraciətini səsləndirib.
O, deyib ki, Alinin digər insanları "ruhlandırmağa çalışdığına" görə qürur hissi keçirir. Şvarsneger öz videoçıxışını bu sözlərlə bitirir: "Hasta la vista". Bu cümlə ispanca "görüşənədək" deməkdir.
XƏBƏR LENTİ
COVID-19-u keçirənlər də peyvənd olunmalıdır?
Məşhur model tənqid hədəfi oldu-FOTO
Hava haqqında
Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı
Ön xətdə gərginlik qalır - RƏSMİ
Sabah hava yağmursuz olacaq
Kimlər ev tikə bilməzlər?
2015 yaz-yay dəbi çantalar
İnstaqram və reallıq
Norveçin əsrarəngiz görüntüləri
Elçin yeni seriala çəkilir-FOTO
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
"Facebook"dan daha bir YENİLİK
1 həftəyə 5 kiloqram arıqlayın
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Xaricdən gələnlər 14 gün bunları etməlidir
Günün ulduz falı
Sevgidə edilən ən böyük səhvlər
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
ATƏT Qarabağdan narahatdır
Kimsəsiz uşaqlara mənzil veriləcək?
2014-cü il “Sənaye ili” elan olundu
Türkiyədə bağlanan universitetlərin SİYAHISI
Elvis Presli sağdır - İDDİA
Super qadınlar üçün super qidalar
Evlər bu il ucuzlaşacaq
Ramazan ayının 23-cü gününün duası
Skype-da daha bir yenilik
İsti ciyər salatı (foto resept)
Ramazan bayramında terror həyəcanı
Bir qadının xoşbəxtliyi üçün 229 kilo... – İnanılmaz fotolar
Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi
Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər ala bilər
Payızda yaz havası
Putinin gözlənilən Türkiyə qərarı
Sosial şəbəkələr gənc nəsillərə tənhalıq hissini verir
Güclü dövlətlər Azərbaycanla hesablaşmağa başlayıblar
Ərdoğan Bakıya gəlir
Kənd milyonçular məhləsinə çevrildi
Hamiləlikdə zəhərlənmə
Günün ulduz falı
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Azərbaycanda tariflər ucuzlaşdı
Limonlu ədviyyat hazırlayaq
İspaniya çempionatının ən yaxşıları açıqlandı
Şəhid əsgərin son mesajı
Bayram yeməklərini zibil qutularından çıxarırlar
Klaç çanta modelləri
Səyahət - Yunanıstan
Saç düzümləri
- ŞƏRHLƏR