Azərbaycanda şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə mövcud qanunvericiliyə uyğun baxılıb təkliflərin verilməsi 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətlərindən biri olacaq.
Qadin Net trend-ə istinadən bildirir ki, bu, təhsil naziri Ceyhun Bayramovun “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində qeyd edilib.
Əmr 2018-2019-cu dərs ilində ümumi təhsil sistemində keyfiyyət göstəricilərinin davamlı surətdə yaxşılaşdırılması, təhsilalanların milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi istiqamətində çevik fəaliyyət mexanizmi yaratmaq məqsədilə imzalanıb. Əmrlə 2018-2019-cu dərs ilində ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri müəyyən edilib.
Əmrdə qeyd edilir ki, Təhsil Nazirliyinin 2017-ci il 28 avqust tarixli 261 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunsun.2018-2019-cu dərs ilində ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə mövcud qanunvericiliyə uyğun baxılıb təkliflərin verilməsi, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması, yaşayış ərazisi daxilində yaşayan məktəbyaşlı uşaqların təhsildən kənarda qalması hallarına yol verilməməsi, bununla əlaqədar valideynlərlə, eləcə də aidiyyəti təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodik köməklik göstərilməsidir.Bununla yanaşı, ibtidai sinif müəllimlərinin tərkibinin peşəkarlıq baxımından təhlil olunması, onlar haqqında ictimai rəyin ətraflı öyrənilməsi və siniflərə təyinatda ciddi surətdə nəzərə alınması, “İnformatika” və “Xarici dil” fənləri istisna edilməklə digər fənlər üzrə dərs saatlarının başqa müəllimlər arasında bölüşdürülməsi hallarının aradan qaldırılması, şagirdlərin seçilmiş tədris dili, dövlət dili kimi Azərbaycan dili, Azərbaycan tarixi və coğrafiyası üzrə praktik bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin təkmilləşdirilməsi və genişləndirilməsi, şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilməsi işinin təşkili, yerlərdə yaradılmış “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi, “Hər bir uşaq istedadlıdır” devizi ilə ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi, məktəblərdə kitabxana xətti ilə şagirdlərin geniş cəlb olunduğu “Mütaliə aylığı”nın keçirilməsi, hüquq-mühafizə və səhiyyə orqanlarının məsul işçiləri, müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən hüquq pozuntularının qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması, reproduktiv sağlamlıq, insan alverinin qurbanları, alkoqollu içkilərə və psixotrop maddələrə meyilliyin acı nəticələri, erkən nikahların fəsadları, internetdən təhkükəsiz istifadə və zərərli məlumatlardan mühafizə və sair bu kimi mövzularda şagirdlərlə maarifləndirici tədbirlərin təşkilinin təmin edilməsi və s. də prioritetlər sırasındadır.
XƏBƏR LENTİ
"Gül" salatı (foto resept)
"Azərbaycanda etnik və dini tolerantlıq dövlət səviyyəsində təbliğ edilir"
Onlayn alıcılıq sahəsində Avropa lideri kimdir?
Rusiya XİN: Qarabağda yalnız Rusiya sülhməramlıları yerləşdiriləcək
I və II sinifdə ev tapşırıqları ləğv edilsin - Deputatdan TƏKLİF
Məşhur ermənidən ŞOK ETİRAF
Fotomontaj deyil
Ən çox radiasiya yayan smartfonlar - SİYAHI
SAG 2019: Qırmızı xalça
Gözəl ziyafət geyimləri
Qış aylarında dəri baxımı
30 ilə 145 diplom alan hindistanlı
Azərbaycan dördüncü peykini nə zaman buraxacaq?
Yuxular və yuxuyozmalar (9)
Əl baxımınıza laqeyd yanaşmayın
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Yenidoğulmuşlar arasında inkişaf qüsurları erkən aşkarlanacaq
Bakıda yeni SÖKÜNTÜ
Deniz Seki ana ola bilməyəcək-SƏBƏB
Diqqət! Hava şəraiti kəskin dəyişir
Müəmmalı sürətli radiosiqnalların Yer mənşəli olmadığı təsdiq edilib
Ölkəmizdə uşaqlara münasibət nə yerdədir?
İnstaqramda trendə çevrilən geyimlər
Whatsapp istifadəçilərinə XOŞ XƏBƏR
Baş infeksionist: "Karantin rejimi yumşalsın, toylar isə..."
Serdar Ortaç Xloye haqqında AÇIQLAMA verdi
"İlin qadını" o oldu-FOTO
Meyvə satan qız dünyanın ən varlı gəlinlərindən olacaq-FOTO
Putin NATO-nu şoka saldı
“Müslüm” filminin qalmaqalları səngimək bilmir
"Saçlarını yol, gətir..."
Məşhur cütlük ayrılıq xəbərləri ilə gündəmdədir
20 yaşlı türk bütün İngiltərəni heyrətləndirdi
Müxtəlif hislərin beyində yaratdığı dəyişikliklər
Kakaolu paxlava(foto-resept)
Yeni girovun 15 yaşı var imiş
Rusiya Ermənistanı qlobal naviqasiya sistemi QLONASS-a qoşur
45 yaşlı Di Kaprio sevgilisinin 23 yaşını yaxtada qeyd etdi
ABŞ Türkiyəyə istintaqda dəstək olacaq
"Dünyanın ən gözəl ombası" yarışına o da qatıldı-FOTO
Gəlinlik yerinə Dinozavr paltarı geyindi-FOTO
Avropanın halı nə olacaq?
Dünyanın gözü yenə Bakıda oldu
İştah artıran vasitələr
2015-ci ilin ən yaxşı filmləri seçildi
Məryəm Üzerli Kralın dəvətini qəbul etdi-FOTO
Qızıl balıq piroqu (foto resept)
Bacısı Maykl Cekson haqqında ŞOK AÇIQLAMA verdi
Məşhur yazara vəzifə verildi
İstifadəyə yararlı çimərliklər - SİYAHI
- ŞƏRHLƏR