“Ayfon” pasportu əvəz edə bilər » Qadin.Net ~ İlk milli qadın portalı... Azərbaycan xanımlarına...
Bakıda hava 22°
USD 1.7000 AZN
EUR 1.9254 AZN

“Ayfon” pasportu əvəz edə bilər



ABŞ Patent və Əmtəə Nişanları Bürosu "Əpl" şirkətinin "Ayfon" smartfonu vasitəsilə şəxsiyyətin identifikasiyası texnologiyası üçün müraciətini qeydə alıb.

 Qadin.Net xəbər verir ki, texnologiyanın smartfondan pasport əvəzinə istifadəyə imkan verəcəyi nəzərdə tutulur. İdeya mühafizəli saxlancdan şifrlənmiş istifadəçi məlumatlarının informasiyanı tələb edən orqana təqdim edilməsi üzərində qurulur.


Şirkət qurğudan informasiyanı radiotezlik identifikasiya texnologiyası – məsələn, əksər smartfonlarda istifadə edilən "NFC" vasitəsilə ötürməyi planlaşdırır. Mütəxəssislərin planına görə, məlumatların qanunsuz müdaxilələrdən mühafizəsini "Touch ID" və "Face ID" biometrik identifikasiya texnologiyaları təmin edəcək.

Konsepsiya geniş sahələri əhatə edə bilər: onu həm özəl şirkətlər (məsələn, əməkdaşlar üçün buraxılış sistemində), həm də dövlətlər (pasport yoxlanışında) tətbiq edə bilər.

"Əpl" şirkətinin hər həftə büroya çoxlu müraciətlər göndərməsinə baxmayaraq hazırlanan texnologiyaların cüzi hissəsi son məhsullarda tətbiq olunur.


Səslərin sayı: 0
0
39
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )