Şirniyyat yeyərək arıqlamağın sirri » Qadin.Net ~ İlk milli qadın portalı... Azərbaycan xanımlarına...
Bakıda hava 22°
USD 1.7000 AZN
EUR 1.9254 AZN

Şirniyyat yeyərək arıqlamağın sirri

 

Şirniyyatlar sahib olduqları kalori hesabına çəkini sürətlə artırır. Buna görə də bir çox insan şirniyyat qəbulunu azaltmağa çalışır. 

Şirniyyat yeyərək arıqlamağın sirri
 
Şirniyyat sevən və eyni zamanda arıqlamaq istəyənlər üçün bəzi ipucları verir. Aşağıdakılara əməl etməklə nə çəkiniz artar, nə də özünüzü sevimli şirniyyatlardan məhrum etmərsiniz: 

1. Şirniyyatlarınızı yüngülləşdirin - sevdiyiniz şirniyyatın 1 porsionunun yarısını yeyin. Beləliklə, həm şirniyyat yeyərək şəkər ehtiyacınızı ödəyirsiniz, həm də daha az kalori alırsınız.

Şirniyyat yeyərək arıqlamağın sirri

2. Daha sağlıqlı şirniyyat seçimlərini edin - İçərisində kişmiş olan şirniyyatlardan uzaq durun, çünki onun bir porsionu 500 kaloridir. Onun əvəzinə şirniyyat istəyinizi yatırtmaq üçün daha az kalorili, daha sağlıqlı şirniyyatlar seçə bilərsiniz. Banan, yoqurt və şokolad qırıntılarından edə biləcəyiniz bir porsion şirniyyat orta hesabla 150 kaloridir və sizin üçün çox sağlıqlı bir alternativ olacaq.

3. Meyvələrin təbiiliyindən faydalanın - olduqca aşağı kaloriyə sahib olsalarda tərkiblərindəki yüksək miqdarda lifləri hesabına toxluq hissi verirlər. Bir kasa çiyələk sizə çox şirin gəlməsədə aşağı kalorili bir şirniyyatla qarışdırıb yeyə bilərsiniz. Bu həm təbii və sağlıqlı qidalanmağınıza, həm də kilonuzu stabil tutmağınıza kömək olacaq.

Şirniyyat yeyərək arıqlamağın sirri

4. Şirniyyatlarınıza tərəvəz əlavə edə bilərsiniz - bu fikir nə qədər qəribə görünsədə olduqca fərqli və ləzzətli olduğunu söyləyə bilərik. Kekslərinizə və kurabiyənizə ispanaq qoyaraq yüngülləşdirə bilərsiniz. Bir dilim ispanaqlı keks ortalama 150 kaloridi və bu da sizin üçün ideal bir dəyərdir.

5. Bişirdiyiniz şirniyyatda şəkər miqdarını azaldın - şirniyat inqridiyentlərində olan şəkərin miqdarını 30-50 % azaltmaq sağlığınız baxımından faydalı olacaqdır. Beləliklə, yüzlərlə kaloriyə qənaət edərək artıq çəki almağa əngəl ola bilərsiniz. İnqridientlərdən şəkər yerinə meyvə püresidə istifadə edə bilərsiniz. Bu çox daha sağlıqlı bir seçim olacaq

axşam.az

Səslərin sayı: 1
2
454
loading...
Şərhlər
Offline
Surayye
Menden cox sirniyyat yeyen olmaz amma onu yeyib ariqlaya bilmirem ki koknen limonnan etmisem goyertili yox russian_
11 avqust 2018 15:09
Offline
Elif♡
Şirniyyat menim vazgecilmezimdi. Her novunu sevirem..amma terevezli mene de qeribe geldi..yerkokulu ola biler amma ispanaqli tesevvur ede bilmedim. Sagolun xebere gore
11 avqust 2018 15:06
imza: Her insan ölecek yaşdadır.....
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!