Mursilər qəbiləsinin qadınları-FOTO » Qadin.Net ~ İlk milli qadın portalı... Azərbaycan xanımlarına...
Bakıda hava 22°
USD 1.7000 AZN
EUR 1.9254 AZN

Mursilər qəbiləsinin qadınları-FOTO

Mursilər qəbiləsinin qadınları-FOTO


Mursilər Efiopiyanın cənubundakı Omo vadisində yaşayan ən məşhur və populyar tayfalardan biridir. Populyarlığın səbəbi isə alt dodaqlarında böyük gil nəlbəkilər daşıyan mursi qadınlardır.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, turistlərin və fotoqrrafların axını mursiləri qıcıqlandırır.

"Onlar gəlir, bizi çəkir, komalarımıza soxulur, sürəkli suallar verirlər. Elə bil zooparkdakı meymunlarıq", - mursilər deyirlər.

Buna görə turistlər gələn kimi mursilər onlarla bacardıqxca kobud davranırlar. Üstəlik, mümkün qədər çox bəzək vurub ən yaxşı paltarlarını geyinirlər. Çünki mursi nə qədər əlvan və qəribə geyinibsə, turistdən bir o qədər çox pul alır.

Mursi kişilərin də "Kalaşnikov" avtomatlı olduğunu nəzərə alsaq, pul verməyən turist az olur.

Mursi uşaqlarsa turist görən kimi "You money" ("Sən pulsan") və ya "You birr" qışqırırlar. Bırr Efiopiyanın milli valyutasıdır.

Mursi tayfasında qız 15 yaşına çatan kimi onun alt dodağı kəsilir, iki ön dişi sındırılır və ora kiçik gil lövhə qoyulur. Vaxt keçdikcə lövhənin ölçüləri artır.

Dodaqdakı lövhə nə qədər böyükdürsə, qız ərə veriləndə alınan "süd pulu" o qədər çox olur.

Adət quldarlıq dönəmindən qalıb. Tayfanın ən gözəl, yaraşıqlı qızlarını qul kimi satmağa apardıqlarından dodağa lövhələr vurmaqla qızları evdə saxlamağa çalışıblar.

Mursilər qəbiləsinin qadınları-FOTO

Mursilər qəbiləsinin qadınları-FOTO

Mursilər qəbiləsinin qadınları-FOTO

Mursilər qəbiləsinin qadınları-FOTO

Mursilər qəbiləsinin qadınları-FOTO


Səslərin sayı: 1
1
90
loading...
Şərhlər
Offline
Xəyalə Murad
Bu adətlərinə görə pul qazanırlar deyə gələcək nəsillərinə də eyni işgəncəni verəcəklər, təəssüf ki.
9 avqust 2018 22:08
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )