Qarpız bazarlarda niyə ucuzlaşmır? » Qadin.Net ~ İlk milli qadın portalı... Azərbaycan xanımlarına...
Bakıda hava 22°
USD 1.7000 AZN
EUR 1.9254 AZN

Qarpız bazarlarda niyə ucuzlaşmır?

Qarpız bazarlarda niyə ucuzlaşmır?


Tarlalarda ucuz olsa da Bakıdakı bazarlarda 50-60 qəpikdən ucuz qarpız tapmaq olmur. Satıcılar qiymətin yerlərdə də baha olduğunu deyir. Fermerlər isə əksinə, alıcılığın zəif olması səbəbindən son günlər qiymətlərin aşağı düşdüyünü bildirirlər. Ehtimal olunur ki, qarşıdakı həftələrdə qarpızın qiyməti nisbətən də ucuzlaşacaq.

Qadin.Net xezerxeber.az-a istinadən bildirir ki, ötən ilin Bakıdakı bazarlardahətta kiloqramıq 10 qəpiyə də qarpız təklif edilsədə bu il bu mənzərə təkrar olunmadı. Fermərlərin sözlərinə görə bunun əsas səbəbi məhsuldarlığın zəif olması və qarpız tarlalarının azlığıdır. Onların sözlərinə ögrə buna baxmayaraq qarpız ötən həftələrə nisbətən indi ucuz satılır.

Qarpızın ən çox yetişdirildiyi rayonlardan olan Saatlı və Sabirabadda qarpızın tarlada satış qiyməti 10-15 qəpik ucuzlaşıb.

Sabiraba və Saatlıya nisbətdə Bərdədəki tarlalarda qiymət biraz da aşağıdır. Amma fermerlər ötən ilə nisbətən məhsulun ucuzlaşmamasının səbəbini qarpız tarlalarının az olması və məhsuldarlığın zəif olması ilə əlaqləndirir.

Tarlalarda qarpız 25-35 qəpik olsada Bakı bazarlarında hələdə bu məhsulun orta qiyməti 50-60 qəpikdir.

Həm satıcılar, həm də fermerlərin sözlərinə görə yaxın həftələrdə tarlalarda açıq havada yetişən qarpız yığıldıqca qiymətin 20 qəpiyə kimi aşağı düşəcəyi ehtimal edilir.

Səslərin sayı: 1
1
72
loading...
Şərhlər
Offline
Xəyalə Murad
60 qəpikdən aşağı Qarpız görmədim.
9 avqust 2018 22:24
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )