Prezident İlham Əliyev əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, Fərmanda qeyd edildiyinə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" publik hüquqi şəxs (bundan sonra - DOST Agentliyi) yaradılsın.
Müəyyən edilir ki, DOST Agentliyi bu Fərmanın 3-cü hissəsində göstərilən "DOST" mərkəzlərini idarə edir, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirir; DOST Agentliyində təsisçinin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini DOST Agentliyinin nizamnaməsinin və strukturunun təsdiq olunmasına, nizamnamə fondunun miqdarının müəyyən edilməsinə, habelə yenidən təşkili və ləğvinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər məsələlərə münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
3. Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edən "DOST" mərkəzləri yaradılsın.
4. Bu Fərmanın 3-cü hissəsində göstərilən "DOST" mərkəzlərində:
4.1. xidmətlər "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilsin;
4.2. vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edilsin;
4.3. vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsi təmin edilsin.
5. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında iki ay müddətində:
5.1. DOST Agentliyinin nizamnaməsinin və strukturunun layihəsinin hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. DOST Agentliyinin nizamnamə fondunun miqdarı və işçilərinin say həddi ilə bağlı təkliflərin hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.3. "DOST" mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin "DOST" mərkəzlərində göstərilmə qaydasının layihəsinin hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.4. DOST Agentliyinin və onun strukturuna daxil olan "DOST" mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin rəyini nəzərə almaqla hazırlanmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. DOST Agentliyinin və "DOST" mərkəzlərinin fəaliyyətinin təşkili üçün onların inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini bir ay müddətində həll edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.2. DOST Agentliyinin və onun strukturuna daxil olan "DOST" mərkəzlərinin fəaliyyətinin təşkilindən irəli gələn digər zəruri tədbirlərin görülməsini iki ay müddətində təmin etsin;
6.3. DOST Agentliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
XƏBƏR LENTİ
Beyonsun heykəli hazırlandı-FOTO
Ledi Qaqa yenə geyimi ilə təəccübləndirdi-FOTO
Maaşın nə günahı?
Fitoterapiya nədir?
Mikellanın Səsverməsinə bu qədər xərclədilər
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Rusiya növbəti təyyarələrini İrəvana göndərdi
Ziyafət geyimləri
"iPone-7" üçün 23 gün küçədə yaşadı
Bu günün hava proqnozu
Pərdə - plyonka "sezonu" bitir
Dəvə sümüyündən velosiped -FOTO
Qızarmış ciyər (foto-resept)
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Qış aylarında dəri baxımı
Şərqdə ilk opera bəstələyən azərbaycanlı xanımın doğum günüdür
Qadın siyasəti
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Beyazın yeni işi TƏƏCCÜBLƏNDİRDİ
Lotereyada 20 min uddu biletini yandırdı-SƏBƏB/VİDEO
Qızıl və gümüş ucuzlaşıb
Paşinyanın gizləndiyi yer məlum oldu
Təlqinlə bədəni gücləndirin
Hamiləlikdə dəri dəyişkənliyi
Sabah məktəblərdə ilk dərs nəyə həsr olunacaq?
Azərbaycanda Yel çərşənbəsi qeyd olunur
Koronavirusla bağlı bildiyimiz HƏR ŞEY YANLIŞ İMİŞ-16 fakt
Növbəti əfv siyahısı hazırlanır
Balıq yedikdən sonra süd içmək olarmı?
"İşğal olunmuş torpaqların geri qaytarılmasına ümidlər artıb"
İlin adamı seçildi
Bakının kənar küçələri də "sevinəcək"
Azərbaycanda zəlzələ oldu
Hava haqqında
Astroloq 2020-ci illə bağlı proqnoz verdi
Cins şalvarlar
Armud şirəsinin faydaları
Günün qoroskopu: özünüzə vaxt ayırın
Hisə verilmiş ətdən salat (foto resept)
İki məşhur sevgili oldu
Körpə ilə tətilə çıxmaq
Pendirli qızartma (foto-resept)
Messidən möhtəşəm dönüş
İndoneziya qorxuya düşdü
Nepalda yenidən güclü zəlzələ oldu
BÜRCLƏR bizə nə vəd edir? -26 MAY
Nazim Hikmətin şeirindən ilhamlanan kolleksiya
Qoyun ili üçün "Quzu tortu"(foto resept)
Evdə limon bitkisinin becərilməsi qaydaları
İlham Əliyevlə Serj Sarkisyanın görüşü gözlənilir