Ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir.
Qadin.Net bildirir ki, Qida Təhlükəsizliyi Agentliyindən axar.az-a verilən məlumatda bildirilib ki, istehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, hermetik qablaşması, yaxud süni qoruyucu qabığı zədələnmiş (cırılmış), kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə etdiyi kolbasa məmulatlarını almamalıdır.
Kolbasa məmulatını əl ilə yoxladıqda nə çox bərk, nə də çox yumşaq olmalıdır. Kolbasanı bıçaqla kəsdikdə qiyməsinin rəngi kolbasa üçün xarakterik olmalıdır. Kolbasa məmulatının (sellofandan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olmalı, ətə yaxşı yapışmalı, qabığın üzərində kif əlamətləri olmamalıdır. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdır.
Kolbasa soyuducuda saxlanılarkən digər qida məhsulları ilə eyni paketdə və ya qabda saxlanmamalıdır.
Həmçinin məhsulun üzərində orjinal etiketi və tərkib hissəsi mütləq şəkildə qeyd edilməlidir. Bəzən marketlər öz loqolarını və ya qiymət etiketini yapışdıraraq məhsulun üzərindəki istehlakçının bilməli olduğu vacib hissələri məqsədyönlü şəkildə bağlayır. Bu zaman məlumatı oxumaq üçün etiketin açılmasını tələb etmək lazımdır.
Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 – Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur.
Kolbasanın tərkibində olan digər bir qida əlavəsi isə E-621 – qlütamat maddəsidir. Bu maddə dadlandırıcıdır, eyni zamanda insanlarda məhsula qarşı asılılıq yaradır.
E-250 qida əlavəsi isə natrium-nitrit konservant olub, boya maddələri immun sisteminə pis təsir edir, bağırsağın təbii mikroflorasını pozur, insan orqanizminə kanserogen təsir göstərir.
Sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir. Sağlamlığın əsası isə düzgün qidalanmadan asılıdır. Qidalanmamıza, yediyimiz, içdiyimiz məhsullara, onların tərkibinə diqqət yetirməli və tərkibində bizə tanış olmayan maddələrin olduğu məhsullardan uzaq durmalıyıq
XƏBƏR LENTİ
Bakıda növbəti dəfə geniş dezinfeksiya işləri aparılır
Dünyanın yeni möcüzəsi yaradılır
Yengə lazımdırmı?
Evlilik niyə kökəldir?
Bakıda qəbristanlıq rəzilliyi: Zibilləri məzarlığa kimlər atır?
Qoxusundan şəfa tapacağınız bitkilər
Turşməzə piroq (foto resept)
Sulu, şokoladlı keks
Dünyanın ən dözümlü telefonu satışda
Brüs Linin həyatdan öyrəndikləri
Dadlı və asan tort (foto resept)
Dünyanın ən eybəcər kişisi
Adını mən verdim, yaşını Allah versin....
Evi olmayanlara ŞAD XƏBƏR: güzəştli mənzillərin satışı başlayır
Mobil saytlarla bağlı yenilik
Almaniyanın Ermənistandakı səfirindən Qarabağ AÇIQLAMASI
Bayram günlərinin hava proqnozu
Həftənin ilk günü hava necə olacaq?
Buraxılış imtahanlarının nəticələri açıqlandı
"Bu, Qarabağ üçün intihardır"
Arıqlamaq üçün qızıl qaydalar
Bananlı tort (foto resept)
Məşhur cütlükdən inanılmaz ADDIM-FOTO
Kenan Doğuludan Beren Saata gözlənilməz jest
Özümüzdən başlayaq...
Bu dağa çıxan geri qayıtmır
Təhsil Nazirliyi: Müəllim Gününün məktəblərdə qeyd olunması ilə bağlı hər hansı təlimat mövcud deyil
Erməni zabitin savaş proqnozu
40 faiz mobil bankçılıqdan yararlanır
65 yaşdan yuxarı olan vətəndaşların evdən çıxması qadağan edildi
"Qarabağ" niyə uduzdu?
Dəfnə yarpağının faydaları haqda.
Cennifer Eniston İtaliyada dincəlir-FOTO
Ağac evlər
İrina Şeyk qızı ilə gəzintidə - FOTO
95 yaşlı milyarder evləndi-FOTO
Cavanşir
"Yanan binada məhv olan təhsil sənədlərinin hamısı bərpa olunacaq"
Müge Boz ana oldu-FOTO
Rianna rəfiqəsinin toyunda-FOTO
İbrahim Tatlısəsdən Azərbaycana dəstək
Kompüterə baxarkən diqqət
Türkiyədə bələdiyyə seçkiləri keçirilir
Kökəlib arıqlamaqdan yaranan çatlardan xilas olmaq üçün...
2020-ci ilin çanta trendləri
Bakıda anomal şaxtalar gözlənilir
Ermənilərin yeni siyasəti
Günəş eynəkləri
Çatlaq izlərinin çarəsi kartof
İki rayonda qasırğa tüğyan eləyir
- ŞƏRHLƏR