Azərbaycanlı həkim Mehriban Əlizadə Qərbi Afrika dövləti Nigerdə anadan kor doğulanı 25 il sonra uğurlu əməliyyat edərək gözlərini açıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, oftalmoloq cərrah Mehriban Əlizadə türk həkimlərinin yaratdığı Könüllülər Dərnəyinin Afrikada korluqla mübarizə layihəsi çərçivəsində İslam İnkişaf Bankının dəstəklədiyi “Bir milyon katarakt əməliyyatı” çərçivəsində həkim qrupu tərkibində Nigerə səfər edib.
Uzman həkim Mehriban Əlizadə əsasən Aguie adlanan regionda sağlıq xidmətləri göstərib, göz problemləri olan şəxsləri müayinə edib.
Tibbi xidmət zamanı Xədicə Şəfahət adlı şəxs uşağının gözlərini müayinə etmək məqsədilə həkim qəbulunda olub. Bu zaman azərbaycanlı həkim Xədicənin gözlərində mirvari suyu olduğunu sezib. Bəlli olub ki, Xədicə Şəfahət anadan kataraktla doğulub və 25 ildir ki, görmə qabiliyyəti yoxdur. Övladını, həyat yoldaşını, dünyanı görməyən ananı müayinə edən Mehriban Əlizadə təcili onu əməliyyat otağına götürüb. Bir gün sonra gözləri sarğıdan açılan Xədicə Şəfahətə ilk dəfə dünyanı, övladını və həyat yoldaşını görüb.
“Övladını müayinəyə gətirmişdi. Mən Xədicənin qəribə baxışları olduğunu sezdim. Diqqət etdiyimdə gözündə ağ katarakt olduğunu gördüm. Xəstəni dərhal əməliyyata götürərək gözlərinə linza qoyduq. Bir gün sonra gözlərini açdıqda qüsursuz şəkildə dünyanı, övladını görə bildi. Ətrafına qəribə baxışlarla baxıb ağladı. Gözlərini açdıqda necə güləcəyini bilmirdi. Bu qədər həyəcanlı olması bizi çox duyğulandırdı. Onunla şəkil çəkdirərək gülməsinə nail olduq. Əslində, bir insan üçün bundan böyük xoşbəxtlik yoxdur”,- uzman oftalmoloq cərrah Mehriban Əlizadə təəssüratlarını bölüşərkən bildirib.
Məlumat üçün bildirək ki, Nigerə səfər edən könüllü həkim qrupu 635 katarakt əməliyyatı, 1523 göz müayinəsi, 1118 diş müayinəsi, 3403 terapevtik müayinə, o cümlədən 1000 körpənin müayinəsi, 400 ultrasəs müayinəsi həyata keçirilib.
XƏBƏR LENTİ
Xoşbəxtlik axtarışı
Cəfər Cabbarlının qızı vəfat etdi
Dünya çempionatının püşkatmasının vaxtı bəlli oldu
Bu ölkədə pulsuz evlər paylanacaq
Körpə ağlamağında gizlənən fayda
1 sentlik pul 2 milyon dollara satıldı
Prezident və birinci xanım sərgidə - FOTO
Dünyanın ən nüfuzlu şirkətləri seçildi
Say və əvəzliyə aid sınaq sualları
Prezident İlham Əliyev fəxri adlar verdi
Uşaqların yoqaya başlamasının 3 faydası
Maqnoliya pudinqi (foto resept)
Fahriyeylə Burakın oğlunun ilk FOTOsuna 2 milyon verirlər
"13" rəqəminin mistikası...
Göyərçinləri yemləməyin
Bakıda erməni dili dərsliyi nəşr olunacaq
Sürücülük vəsiqələri ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
Azərbaycan ordusu Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir - RƏSMİ
Yanlış bildiyimiz məlumatlar
Şakira xəstəxanaya yerləşdirildi-FOTO
Azərbaycanda zəlzələ olub
Azərbaycanda daha 338 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Kişilər də nə vaxtsa qadınlar qədər yaşayacaqlarmı?
“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov
Banklar avtomobil kreditlərini bərpa etdilər
Abituriyentlər üçün vacib xəbər: ballar artırılır!
Üzü qardan qorumağın yolları
Mingəçevir və Ağcabədi rayonlarının əraziləri intensiv atəşə tutulur - RƏSMİ
Günün ulduz falı
Bu günün hava proqnozu - 27.10.2013
Çiban və ziyillərə qarşı müalicə üsulları
Təəsüf ki.Arsen Vengerin komandası öz ad günündə məğlub oldu
İcra başçısının jurnalistlərə verdiyi “Tissot” saxta çıxdı
İngiltərədə “super yoluxduran” qadın
Həkimi Anita Soya qadağa qoyudu-SƏBƏB
"Rüstəm İbrahimbəyovun siyasətə qoşulmağının məntiqi anlamı yoxdur"
Qadınların fərqli psixalogiyası (1)
Simpsonlar əlvida deyəcək
Ərəb kişidən qadınlara dəstək
İncə zövqlü gəlinliklər
Mozaik şəkillər
Məşhurların uğursuz plastik əməliyyatları
Nurgül Yeşilçay yeni imicidə -FOTO
Baham adalarına getdi akulaya yem oldu-FOTO
Rəsədxana işçisi qasırğadan danışdı
Sabahdan 40% bahalaşma
Fonetika - Səslər
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Uşaqların sosial-psixoloji inkişafı-30 (Son)
Şokoladlı top (foto resept)