Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
23 fevral 20:18Ayla Ayla Dalaka gəldi amma Sabriye yoxdu gören Sude nu udacag?! 23 fevral 20:18Ayla Ayla Surayyə canım Survivora baxıram,Özetdi.Sən də bax 23 fevral 16:46Surayye Sima Peri Deyirem day unutmusuz meni yazib elemirsiz 23 fevral 16:46Surayye Qizlarim qizillarim necesiz? Ayla mesajlara baxarsan
39991

"Şirinim" tortu (foto resept)

Tərkibi:

Tort biskiviti(pandispanya) üçün:

6 yumurta

3/4 su stəkanı un

1/4 su stəkanı nişasta

1 su stəkanı toz şəkər

1 paket vanil

Azərduz yodlu narın xörək duzu

 

"Şirinim" tortu (foto resept)

 

Tortun kremi üçün:

1,5 su stəkanı süd

3 ədəd yumurta sarısı

3 yemək qaşığı un

4 yemək qaşığı toz şəkər

1 paket vanil

2 yemək qaşığı nişasta

"Şirinim" tortu (foto resept)

Üstünün bəzədilməsi üçün:

Dr Oetker məhsullarından

Bitter şokoladlı qlazur


Bəzəmə qlazurları

Hazırlanması:

Əvvəlcə 6 yumurtanın ağları ilə sarılarını bir-birindən ayırırıq.Burda ən vacib nöqtə yumurta ağları ilə sarıları qarışmamalıdır.

"Şirinim" tortu (foto resept)

Sonrakı addım yumurta sarıları ilə toz şəkər birlikdə əvvəl yavaş ,sonra daha sürətli mikserlə çırpılır.Rəngi ağarıb krem halına gəldiyində,bilin ki,çırpmanı dayandıra bilərsiniz.

"Şirinim" tortu (foto resept)

"Şirinim" tortu (foto resept)

Növbəti addımda yumurta ağlarının üzərinə bir çimdik duz səpilərək mikserlə çırpılır.Elə etmək lazımdır ki,yumurta ağları çırpıldıqdan sonra üç özü qədər miqdara çatsın.Yumurta ağlarının tort biskvitinin qabarmasında böyük rolu vardır.

"Şirinim" tortu (foto resept)

İndi isə heç vaxt itirmədən(yumurta ağları qabarıqlığını itirməsin deyə) yumurta sarısı olan qarışıma vanil,un və nişastanı ələyərək(mütləqdir!)əlavə edib altdan yuxarıya doğru qarışdırırıq.

"Şirinim" tortu (foto resept)

Yumurta ağı köpüyü Biskvit xəmirinə əalvə olunub yenə də altdan yuxarıya doğru spatule və ya taxta qaşıqla qarışdırırlır.

"Şirinim" tortu (foto resept)

Tort biskvitini bişirmək üçün mən biskvit dairəsindən istifadə etdim.

"Şirinim" tortu (foto resept)

"Şirinim" tortu (foto resept)

Bu dairə qabın içərisinə yağlı kağız yerləşdirilir.

"Şirinim" tortu (foto resept)

Və hazırlanmış biskvit xəmiri bişirmə qabına tökülür.

"Şirinim" tortu (foto resept)

Qeyd:Bu addımları etdiyiniz zaman sobanızı mütləq 180 dərəcədə isitməlisiniz.

Biskvit xəmirinin çökməsinin qarşısı alınmalıdır.

Biskvitimiz bişdikdən sonra:

"Şirinim" tortu (foto resept)

Kremin hazırlanması:

Biskvit soyuması üçün bir kənara qoyulur və tortun sadə kreminin hazırlanmasına başlanır.Kremin tərkibi haqqında yuxarıda miqdarlar qeyd olunmuşdur:

Bir onu qeyd edim ki,mən paket vanil yerinə kremdə vanil essensiyası istifadə etmişəm.vanil tozundan fərsi yoxdur,sadəcə essensiya daha aromalıdır.

"Şirinim" tortu (foto resept)

Əvvəlcə yumrutaların sarısını ağından ayırırıq.İçərisi teflon olan bir qazana və ya krem bişirəcəyiniz qaba yumurta sarılarını tökürük.Daha sonra kremin tərkibində göstərilən vəsaitlərin hamısını əlavə edib yaxşıca çırpırıq ki,topaclanma olmasın.

"Şirinim" tortu (foto resept)

Krem tərkibini ocağa alıb orta atəşdə bişiririk,bişmə müddətində qarışdırmağa davam edirik.Krem halına gəlməsini görüncə ocaqdan endiririk və soyumaq üçün qoyuruq.Soyumasını gözləmədən,həm də arada bir qarışdırırıq ki,üstü qatmaqlanmasın.

"Şirinim" tortu (foto resept)

Əhəmiyyətli bir nöqtə:

Tortun biskviti və xəmirinin daha gözəl alınması üçün həm biskvit,həm də krem bir gecə soyuducuda saxlanmalıdır.

Tortun bəzədilməsi mərhələsi:

Bir gecə soyuducuda saxlanılan tort biskviti çıxarılaraq ortadan 2 yerə bölünür(istəyən 3 yerə də bölə bilər)

Krem də soyuducudan cıxarılaraq biskvitin bir qatının üzərinə çəkilir.

"Şirinim" tortu (foto resept)

Biskvit qatlarının arasına kremin üzərindən zövqə görə meyvələrdən düzə bilərsiniz.Mən mövsümə görə şaftalı düzdüm.

"Şirinim" tortu (foto resept)


Daha sonra tort dilimini yeyərkən qıtır-qıtır etməsi üçün Damla şokolad səpdim.

"Şirinim" tortu (foto resept)

"Şirinim" tortu (foto resept)

Və digər biskvit qatını da qoyub,üzəri təkrar kremlənir.

"Şirinim" tortu (foto resept)

Tortun üst qatını örtmək üçün Bitter şokoladlı qlazurdan istifadə edilmişdir.Qlazurun istifadəsi haqqında üstündə məlumat verilmişdir.

"Şirinim" tortu (foto resept)

Qlazurun üzərini istədiyiniz şəkildə bəzəyə bilərsiniz.Bu sizin fantaziyanıza bağlı olacaq.

Mən əvvəlcə bir ədəd gülən peçenye qoydum.

"Şirinim" tortu (foto resept)

Daha sonra bəzəmə qlazurları ilə şəkillər çəkdim,Alpay adını yazdım.

"Şirinim" tortu (foto resept)

Kənarlarını da bəzəkli etdim))

"Şirinim" tortu (foto resept)

Tortumuz hazır oldu,təkrar servis edilənə qədər soyuducuya qoyuldu.

"Şirinim" tortu (foto resept)

Nuş olsun! 

Səslərin sayı: 47
519
40658
loading...
Şərhlər
Offline
Mələksima
Dadlı torta oxsayır çox sağ olun.
21 fevral 2015 00:58
Offline
Hacət-i Vuslat
Lap reklamdaki eti ciNƏ BƏNzədiki yahoo
Leyla girl_ten
14 dekabr 2014 15:01
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
AFƏR
Böyük bala olsun inşallah 2 yanına bir 2də gəlsin ondada tortunu bişirib təqdim edesiz Ceylan xanım. girl_ten
21 noyabr 2014 11:50
Offline
Elvira Melek
Təşəkkür edirəm give_ros
14 iyun 2014 19:25
Offline
Zeyneb-Esger
tort gozeldir alpay balanida boyuk oglan olsun
10 aprel 2014 11:50
Offline
Qəribə
Super gorunur. ALLAH saxlasin ALPAY balanizi. Amin! kiss girl_ang
28 mart 2014 14:30
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Rzayeva Guler
Maraqlidir
6 sentyabr 2013 18:32
Offline
Serras
Mende tebriklere qosuluram,,,ALLAhin nezeri uzerinde olsun her zaman,,,Ata anasinin basini uca etsin insallah...
15 avqust 2013 02:45
Offline
Ceylan Mumoğlu
Xanımlar, təşəkkür edirəm hər birinizə, xoş sözlərinizə, isti yanaşmanıza, hər şey üçün çox sağ olun girl_smi kiss
15 avqust 2013 00:59
Offline
Ferzeliyeva Konul
Tebrik edirem boyuk oglan olsun. Vetene layiqli evlad olsun.
15 avqust 2013 00:28
Offline
ToRmEnTo
Bu gün də Alpayın 4 yaşı oldu.

Iller nece de su kimi axib kecir.Alpayin 1 yas xeberini men hazirlamisdim.ele bil dunen idi.Tebrik edirem.Boyuuuk boyuuk kisi olsun.Allah sizi ona,onu da size cox gormesin.Amin!

Herden skypdaki sozu yadima dusur gulurem ( öküüüüüüz) biggrin
15 avqust 2013 00:06
imza: Yemek bisirmek,evi temizlemek,usaga baxmaq qadının vezifezı deyıl, size lütfudur! Hz. Mehemmed (sav)
Offline
pure love
Ceylan xanım balanızı təbrik edirəm.Hər zaman fəxriniz olsun.
14 avqust 2013 23:55
Offline
Zehra Bedirxanli
Təbrik edirəm böyük oğlan olsun. o gün olsun 100 yaşını elə bizlərlə bərabər qeyd edəsiniz
14 avqust 2013 23:33
imza: QADİN.NET
Offline
B.Ulviyye
Ceylan Mumoğlu,mən də Alpay balanı ürəkdən təbrik edirəm.Xeyirli övlad olsun ,İNŞALLAH give_ros

Bəs bu ilki tortunun şəkli hanı ?
14 avqust 2013 23:22
Offline
First Lady
Tebrik edirem böyük oğlan olsun
14 avqust 2013 23:20
Offline
Aminim
Gözü dolusu görəsiz.
14 avqust 2013 22:52
imza: qadin.net
Offline
Fidan
Bu gün də Alpayın 4 yaşı oldu. Allah bütün balaları qorusun ! Amin !

Təbrik edirəm,atasına anasına layiqli,əməlisaleh bir övlad olsun,Allah nəzəri həmişə onun üzərində olsun.Amin give_ros
14 avqust 2013 22:50
Offline
HACIYEVA SABINA
CEYLAN XANIM,MƏN DƏ BALANIZI TƏBRİK EDİRƏM.XEYİRLİ ÖVLAD OLMASINI DİLƏYİRƏM.
14 avqust 2013 22:45
Offline
Günəş
Tebrik edirem.size layiq ovlad olsun inshallah.tort dadli gorunur ellerinize sagliq.meyveli tortlardan xoshum gelir.
14 avqust 2013 22:41
Offline
Fidan Məmmədova
Ceylan xanim Alpay balamizi tebrik edirem ,boyuk oglan olsun
14 avqust 2013 22:00
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!