Bakıda hava 19°
USD AZN
EUR AZN
09:28Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41082

Köklü gül kələmi plovu (foto resept)

Tərkibi:

1 orta boy gül kələmi

3 y/q kərə yağı

1/2 ç/q sarımsaq tozu

1/2 ç/q dəniz duzu

1/2 ç/q istiot

1 böyük boy  kök (doğranmış)

1 orta boy soğan (doğranmış)

3 ədəd yumurta

1/4 su st Hindistan qozu unu

 

Hazırlanması:

Gül kələmini doğrayıb blenderə atın. Düyü formasına düşənə qədər blenderdən keçirin.

Böyük tavanın içinə 2 y/q kərə yağı və püre halında olan gül kələmini əlavə edin. Sarımsaqları, duz və istiotu da əlavə edib 5 dəqiqə bişirin.

Köklü gül kələmi plovu (foto resept)

 

Daha sonra kök və soğanları da qarışıma əlavə edin və tərəvəzlər yumşalana qədər pörtün. 

Köklü gül kələmi plovu (foto resept)

Sonra qalan kərə yağını və yumurtaları əlavə edin, yumurtaları qarışdırmaq üçün taxta qaşıqdan istifadə edin.

Köklü gül kələmi plovu (foto resept)

Sonra Hindistan qozu unu da qarışdırın. Evdə reyhan varsa, gözəl ətir və dad üçün əlavə edin.  

Köklü gül kələmi plovu (foto resept)

 

Səslərin sayı: 0
2
641
loading...
Şərhlər
Offline
Iceberg
Vitaminli yemekdir yaxşı
31 iyul 2018 13:12
imza: shafaabdulla.blogspot.com
Online
Xəyalə Murad
Fərqli reseptdir. Gül kələmini adi halda və salatda yeyirəm, ondan plov bişirməyi ilk dəfə gördüm. Yoxlayaram
31 iyul 2018 11:30
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış