"Biz ölkənin yüksəlişinə çalışırıq, qeyri-neft sektorunun inkişafı üçün ölkəyə daha çox turist cəlb etməklə turizm sektorunu genişləndirmək istəyirik. Və Azərbaycan özünün bu məqsədinə müəyyən mənada çata bilib".
Lakin hava limanından ölkəyə ilk addımını qoyan andaca aldadılan, ağac kölgəsini 5 manata satın alan turistlərlə bağlı da məlumatlar yayılır. Bu gün hava limanında düşüb, 5 manatlıq məsafəni 25 manata gedən turistlər taksi biabırçılığı ilə qarşılaşırlar.
Qadin.Net -in məlumatına görə, məsələ ilə bağlı modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, hava limanı ölkənin giriş qapısı sayılır:
"Əlbəttə ki, hava nəqliyyatı ilə ölkəmizə gələnlərə, o cümlədən sərnişinlərə göstərilən taksi xidmətinin indiki vəziyyəti heç bir halda bizi qane edə bilməz. Bakı Nəqliyyat Agentliyi bu narahatedici məqamın aradan qaldırılması üçün hələ bir müddət əvvəl məsələ qaldırıb. Bununla bağlı xüsusi konsepsiya da hazırlanıb. Konsepsiyaya əsasən hava limanında müasir və komfortlu nəqliyyat vasitələri ilə taksi xidməti göstəriləcək.
Bakı Nəqliyyat Agentliyi hava yolu ilə ölkəmizə gələnlərin hava limanında taksi xidmətindən istifadəsini asanlaşdırmaq üçün müasir innovasiyalara əsaslanan alətlərin hazırlanması istiqamətində də iş aparır".
M.Ağayev deyib ki, yeni konsepsiyaya görə, taksi sürücüləri turistlərə qiymət "oxuya" bilməyəcəklər:
"Hava yolu ilə Bakıya gələn şəxs artıq əvvəlcədən müəyyən proqram təminatı vasitəsi ilə taksi sifarişi edə biləcək. Hazırda bunun üzərində iş gedir. Hava limanı taksi konsepsiyasında digər bir vacib məqam müştəri ilə sürücü arasında qiymət sövdələşməsinin aradan qaldırılmasıdır.
Belə ki, hava limanından paytaxtın müxtəlif istiqamətlərinə əvvəlcədən müəyyən edilən tariflər olacaq. Zonalar üzrə müəyyən edilən tariflər barədə Bakı Nəqliyyat Agentliyinin hava limanı terminallarında təşkil etməyi planlaşdırdığı informasiya məntəqələrindən də məlumat əldə etmək mümkün olacaq. Bir sözlə, hava yolu ilə gələn şəxs artıq ona göstəriləcək taksi xidmətindən, həm də müasir xidmətdən yararlanmaqla şəhərimizin inkişafı ilə bağlı xoş təəssürat alacaq. Onu da qeyd edim ki, hava limanı taksi konsepsiyası ilə bağlı yaxın vaxtlarda konkret addımların atılmasına başlayacaq".
XƏBƏR LENTİ
Bakıda əfsanəvi sənətçiyə heykəl ucaldıldı
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb
Onlar xərçəngdən qoruyur
Bu ölkədə 10 milyon insan koronavirusa yoluxub - Səhiyyə nazirindən ŞOK AÇIQLAMA
Quranda adı keçən əbabil quşu Türkiyədə tapıldı - FOTO
Burak Özçivitin bacısı gözəlliyi ilə diqqət çəkdi-FOTO
"Qızıl Qlobus - 2019" namizədlərinin adları açıqlandı
Ulduzlar "Jara-2018"in qırmızı xalısında-FOTO
Özünüzə dəyər verin
2017-nin bahar dəbi
Rusiyada pandemiyanın başlanğıcından bəri koronavirusa rekord yoluxma
Pensiyalarla bağlı yenilik
2019-cu ilin TƏTİL GÜNLƏRİ
Azərbaycan bayrağı Ağdamda Şahbulaq qalasına sancıldı - VİDEO
Milli komandanın futbolçusundan dopinq çıxdı
Hazal Kaya onları toyuna dəvət etməyib
Almalı mütəkkə (foto resept)
Ziyafət donları
"Yuxu xəstəliyi" müəmması davam edir
Səfirlik: ""Versace"nin Dağlıq Qarabağda öz istehsalatının açılmasına dair planları yoxdur və olmayıb"
Övladım əzizdir, tərbiyəsi ondan da əziz
Bolqar xıçınisi (foto-resept)
Qəribə adətləri olan qəbilələr
Pişiklərə bu qidaları vermək olmaz
Aparatlar manatı niyə bəyənmir?
Vitgenşteyn fəlsəfəsi
"Qara qutu"ların faciəli etirafları
Doğuşdan sonra bunlara əməl edin!
5G şəbəkəsi gəlir
Göbələk salatı( foto resept)
Gülben Ergen xəstəxanalıq oldu - FOTO
Qış üçün papaqlar
"İçerde"nin aktrisası Avstriyada toy edəcək - FOTO
Çaylarımızda su aşıb-daşdı
Qorxulu xəstəliyin müalicəsi tapılıb?
Sabahın hava proqnozu
Qırışlara qarşı 4 təbii yağ
Ən hündür küknar ağacı quruldu-FOTO
Emrah karyerasını bitirməyə çalışır
Ermənilər necə silahlandırılır?
Küçələri rəngləndirən 13 rəsm
Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər (4-6 ay)
Koronavirusun yeni simptomu məlum çıxdı
Bu ölkədə "havayı" yükləmə yasaqlandı
Cirə çayının FAYDALARI: nəfəs yollarını təmizləyir, köpü aradan qaldırır
Neftdə kəskin bahalaşma
Bakıda koronavirus xəstəsi mağazada tutuldu - VİDEO
Xəstəliklərin təbii üsulla müalicəsi
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
İŞİD-in azad etdiklərindən şok etiraflar