Kinoların təsiri » Qadin.Net ~ İlk milli qadın portalı... Azərbaycan xanımlarına...
Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9330 AZN
13:58Surayye Dilim oyresib e Xeyale xanim. Tapdim sagolun 13:54Xəyalə Murad Mətbəx bölməmizin Kosnervləşdirilmiş məhsullarına baxın 13:54Xəyalə Murad Sürayyə xanım,yaşıl pomidor turşusunu nəzərdə tutursuz? 13:52Surayye Mene tecili lazimdiye 13:52Surayye Xanimlar goy pamidor tursusunu nece qoyurlaq bilmirsiz? 13:50Xəyalə Murad Çoxu şərh yazmağa ərinir, ondandır( 13:36Elif♡ 200u, 1000i kecen baxiş sayi olan xeberlerde şerh sayi 2-3 13:35Elif♡ Xanimlar niye aktiv deyilsiz? 11:52Xəyalə Murad Hər vaxtınız xeyir olsun! Şükür siz necəsiz? 10:54Sima necesiz eziz bacilar
39016

Kinoların təsiri

 

Kinoların təsiri



 

Bu kino ki, var... yox qəliz məsələ filan deyil, əsil təbliğat vasitəsidir. Bu yeni fikir, kinonun qanunlarını özündə əks etdirən qeyri-adi ifadə olmasa da böyük bir gerçəkdir. Kimin ideyası olursa olsun, hardan sifariş edilirsə edilsin, lap elə rejissorun, ya da ssenaristin aşılamaq istədikləri fikir olsun ünvanına dəqiq çatır və adamların şüurunda, dünyagörüşündə “yerini rahatlayıb əyləşir” Kinoların insanlara təsirini müşahidə etmək, onun vasitə ilə hansı dəyişikliklərin baş verdiyini izləmək üçün təkcə kinoşünas olmaq şərt deyil, bunu bütün sahələrin mütəxəsisləri asanlıqla sezə bilir. Hələlik bu söhbəti yarımçıq saxlayıram. Bu hissənin niyə yazıldığını bundan belə yazılanları oxuyandan sonra anlayacaqsınız.

Ətrafımızda sosial problemlərdən deyinən nə qədər adamlar görürük. Hərə bir qurumun, bir təşkilatın işindən gileylənir. Bunların hamısının (qışda soyuqdan, yayda istidən deyinənlərlərdən başqa) şikayətləri əsaslı və başadüşüləndir. Bir də kəlməbaşı “indiki cavanlar” deyib qan-yaş tökənlər var ki, onları da anlamaq çətin deyil. Beş-on acıdil və eqoist qocanı çıxmaq şərtilə əksəriyyəti gileyində haqlıdır. Ömrünün çoxunu arxada qoyub gələn bir yaşlının qayğı ummasında anlaşılmayan nə var ki? Anlaşılmayan bir çox işlərin öhdəsindən özü gələ bilmədiyindən nəvəsini buyuran və ondan laqeydlik görən, adət-ənənələrin unudulduğundan yana-yana danışan qocanın indi bəyənmədiyi məqamların bünövrəsinin bəyəndiyi sovet dönəmində qoyulduğunu dərk etməməsidir. Yaşadığı o dönəmlərdə nə baş verdiyindən, onlardan nələrin alınıb əvəzində nəyin verildiyindən xəbərsiz yaşlı nəsil ömürlərinin son günlərini ancaq “indiki-indiki” deyib hər şeydən narazılıq etməklə başa vurmaqla məşğuldurlar. “Bizim zamanımızda...” deyərək o qədər gözəl hisslərdən danışırlar ki, adamın lap inanmağı gəlir. Sovet hakimiyyətinin insanlara kinoların vasitəsilə göndərdiyi mesajlardan xəbərsiz olan yaşlılar “adət-ənənlərimiz undulur” deyəndə “Asif, Vasif, Ağasif” filminin nəyi aşıladığını ağıllarına gətirmirlər.

 

Kinoların təsiri



 

Əlbəttə, uşaqların tərbiyəsində bağçaların rolunu danmaq fikrim yoxdur. Vurğulamaq istədiyim o kinoda uşağı nənənin laylasından zorla qoparılmasıdır. Bu elə-belə şey deyil axı. Bax elə o illərdən zorla qoparıldıq çox şeyimizdən. Folklora “ağız büzən”, klassikləri tənqid edən cavanlar o kinoların təsiri ilə böyümüşlərdir. Yaşlı nəsillə gənc nəslin bugünkü mübahisəsinin, mentalitetə keçilməz sədd kimi baxmayan, yeri gələndə onu asanlıqla keçən gənclərin tərbiyəsinin ilk rüşeyimləri o kinolarlar olub. “Evləri köndələn yar” tamaşasına yalnız əylənmək üçün baxan valideynlər övladları sevdiyi ilə nişansız-toysuz evlənəndə zəmanəni günahkar sanır, tamaşanın rolu ağlına gəlmir. Qızlarına yığdığı cehizi özü istədiyi şəkildə verə bilməyən analar qızlarının“Xoşbəxtlik qayğıları” filmindən gözü açıldığını düşünmürlər. Məqsədim nə valideynləri, nə ssenaristləri, nə də gəncləri günahkar çıxarmaq deyil. İçimdəki narahatlığı bildirmək istəyirəm ki, bu minvalla son dövrlər çəkilən serialların nələri dəyişəcəyi artıq heç kəsə sirr deyil.

Ürəyimizi ağrıdan çox kinolarımız var, onlarla da “haqq-hesabımız” qalsın növbəti yazılara.

Pərvanə Bayramqızı

Səslərin sayı: 2
3
257
Digər yazılar
Şərhlər
Offline
Ayla Ayla
O səhnədə mən də pis olmuşdum. Anam da deyirdi ki, uşağa nənə lazımdı.
28 iyul 2018 15:57
Offline
Iceberg
O ssenarilər düşüncələrin məhsuludur
26 iyul 2018 14:14
imza: shafaabdulla.blogspot.com
Offline
Xəyalə Murad
Kinoların təsiri həqiqtən danılmazdır. İstər müsbətə, istərsə də mənfiyə doğru fikir dəyişikliyi yaradır. Bilməyərəkdən onların təsirindən qərar dəyişə bilirik. Fikrinizi anlayıram, Pərvanə xanım. Yazınız üçün təşəkkür edirəm.
26 iyul 2018 12:51
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 90 yaşlı nənə şəkil çəkməyə başlayarsa...

    90 yaşlı instagram fenomeni ))
  • Ayın ən çox satılan kitabları-SİYAHI

    1. Vladimir Jeleznikov. “Müqəvva”. Roman. Yeni tərcüməDiqqətimi çəkdi
  • Məryəm Üzerle əvvəlki gözəlliyini bərpa etdi-FOTO

    Həqiqətən də, əvvəlki gözəlliyini bərpa edib. Dolğulardan xilas olub. Təbii görünüşünü geri qazanıb
  • 16:57 - Müəllif: Xəyalə Murad
    Gündəlik yod ehtiyacı (1)

    Gündəlik yod ehtiyacı

    - 5 yaşına qədər olan körpələr və uşaqlar üçün gündə 90 mikroqram yod- 6 ilə 12 yaş arası uşaqlar üçün 120 mikroqram
  • Hava ilə işləyən avtomobil yaradıldı - FOTO

    Havamız o qədər təmizdi ki bir də bu çıxdı
  • 14 yaşlı gənc Vermontun rəhbəri olmaq istəyir

    Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, 3 namizədlə yarışacaq 14 yaşlı gənc "Vermontlular məni ciddi qəbul etməlidirlər, çünki onları qabağa aparacaq düşüncələrim var", deyə bildirib.Yaxşı cavabdı
  • 15:15 - Müəllif: Ayla Ayla
    Eyni serialda rol alacaqlar? (1)

    Eyni serialda rol alacaqlar?

    Bir serialda olsalar çoox sevinərəm
  • Köhnə adət; günəşdən qorunmaq üçün makiyaj etmək

    Nə yaşları var ki Hər qəbilədə qadınlar zülm çəkir
  • Artur-Rivares Feliçe,yoxsa Ovod?

    Menim bu saytda ilk xeberim mehz bu eser "Ovod" haqqinda olmusdu. En sevdiyim, cox cox sevdiyim bedii qehremanlardan biri. Goz yaslari ile oxudugum bir eser. Onun atasina mehebbeti hem qezebi hebsxanada olarken qarisiliqli dialoqlari, gullelenme sehnesini aglayaraq oxumusdum. Sevdiyi qiza mektubu. Mektubda deyirdi: men seni saclarini sican quyrugu tek horuk yigan vaxtlardan sevirem. Yəni lap usaqliqdan. O qeder tesirli o qeder saf. Coxx sevdim xeberinizi. TesekkurlerGəlin qınamayaq.Bizlər deyilik İbrahimin balasını Allah uğrunda fəda etmək istədiyi günü özümüzə bayram edən?Beli bu muselman alemin iki en eziz bayramindan biri olan Qurban bayramidi. Ve Allahin bir sinagi idi dediyiniz hadise. İbrahim ə.s bu sinaqdan da kecdi..
  • Uşaqlar neçə yaşında musiqi alətində ifa edə bilər?

    Musiqinin dili olmazsa, öyrənmək üçün yaşı da olmaz.
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış