Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
Mərkəzdən verilən məlumata görə, imtahanlar respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılır.
İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 585 nəzarətçi-müəllim cəlb olunub.
İmtahanda 31 904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14 993 abituriyent II qrup üzrə, 16 911 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 29 370 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 13 641, III qrup üzrə 15 729 nəfər), 2 534 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1 352, III qrup üzrə 1 182 nəfər) məzunudur. Abituriyentlərin 13 849 nəfəri oğlanlar (II qrup üzrə 9 419 nəfər, III qrup üzrə 4 430 nəfər), 18 055 nəfəri isə qızlardır (II qrup üzrə 5 574 nəfər, III qrup üzrə 12 481 nəfər). 24 666 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5 865 nəfər əvvəlki illərin məzunlarıdır. 98 nəfər ali təhsil müəssisələrinin, 1 275 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2003-cü ildəndir.
Bakı şəhərində 14 262, Naxçıvanda 1 615, Gəncədə 3 211, Sumqayıtda 1 587, Mingəçevirdə 1309, Şəkidə 1 788, Bərdədə 1 827, Göyçayda 1 310, Şirvanda 1 853, Lənkəranda 1 947, Xaçmazda isə 1 195 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? - 25 fevral
Sağlam qalmaq üçün bunlara əməl edin
Peçenyeli şokolad tortu (foto-resept)
Uşağı döymək olarmı?
Azərbaycana yay fəsli daxil olub
Sənə dönmək istəyirəm
Sabah da tıxaca hazır olaq?
İlham Əliyev daha 23 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi
Alla Puqaçova hər kəsi təəccübləndirdi-FOTO/VİDEO
ABŞ Marsda 10 minlik şəhər tikəcək
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
Cins şalvarlar
Filmin çəkilişləri dayandırıldı-SƏBƏB
Rusiyadan ABŞ-a XƏBƏRDARLIQ
Google keçmişə qayıdır
Dərs ilinin müddəti artırıla və yay tətili ləğv oluna bilərmi? - RƏSMİ
İlk çantalar
Üçüncü sınaq başlayır
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan qadağa götürüldü - RƏSMİ
Günün qoroskopu: çoxsaylı problemlər yarana bilər
Parlaq və ləkəsiz dəri üçün maska
Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlər üçün yenilik
Manikür üçün dırnaq ətini yumşaldan maska
Yay aylarında qidalanmada nələrə diqqət edilməlidir?
Kraliça Yelizaveta portretində səhv tapdı - VİDEO
Beyrutda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı
Yağış yağacaq, külək əsəcək...
Geyim kombinasiyaları
18 oktyabr Milli Müstəqillik günüdür!
İzmirdə yenə zəlzələ oldu
Doğuşdan sonra depressiya
Məşhur serial ərəb şahzadəsinin sifarişi imiş
Rusiyada koronavirusa qarşı daha bir peyvənd test ediləcək
Toy üçün saç aksesuarları
Adel 20 kq arıqladı-FOTO
Sarı şam kimi yanan paxistaxis
ÜST-dən maska XƏBƏRDARLIĞI - Qaydalar dəyişdi
Qıvırcıq saçlar üçün 3 tövsiyə
Cemli, halvalı peçenye (foto resept)
Günün qoroskopu: məsləhət üçün təcrübəli insanlara müraciət edin
Günün ulduz falı - 21.09.2013
Lampalar bizi izləyəcək
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Ermənistan ordusu Azərbaycan ərazilərini atəşə tutub
Türkiyə kurortu sökülür
Günün qoroskopu: çətin qərarlar qəbul etməlisiniz
Köhnə film ulduzların palto dəbi
Hadisə xəstəliyini ETİRAF ETDİ
Məşhur filmlərin səhnə arxası şəkilləri