Azərbaycan ərazisinə Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə etmiş şirkətlərin valsartan tərkibli dərman vasitələrinin idxalı qadağan edilib.
Qadin.Net xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən trend-in sorğusuna cavab olaraq bildirilib ki, Avropa Dərman Agentliyi (EMA) Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edən şirkətlərin valsartan tərkibli dərman vasitələrinin qiymətləndirilməsini həyata keçirir. Bu tədbir Avropa Birliyində bir-sıra şirkətlərin valsartan tərkibli dərman vasitələrinin istehsalında valsartan təsiredici maddə substansiyası olaraq istifadə etdikləri Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasında N-nitrosodimethylamine (NDMA) maddəsinin tapılması ilə əlaqədardır.
Laborator testlərin nəticələrinə əsasən N-nitrosodimethylamine (NDMA) maddəsi kanserogen xüsusiyyətlərə malik ola biləcək bir maddə olaraq qiymətləndirilir.
Qiymətləndirmə və araşdırmaların aparıldığı bir mərhələdə Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edən şirkətlərin valsartan tərkibli dərman vasitələri Avropa Birliyi ölkələrində, ABŞ və bir çox başqa ölkələrdə geri çağrılıb. Bu barədə EMA, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələrin dərman vasitələrini tənzimləyən rəsmi qurumları öz rəsmi saytlarında məlumat veriblər.
Valsartan arterial hipertenziyalı xəstələrin müalicəsi üçün, həmçinin ürək çatışmazlığı və ya miokard infarktı keçirmiş xəstələrin kombinə olunmuş müalicəsinin tərkibində istifadə edilir.
Mərkəzdən bildirilib ki, Azərbaycan ərazisində istifadə olunan valsartan tərkibli dərman vasitələrindən müxtəlif doza və qablaşdırmada olan yalnız üç adda dərman vasitəsinin (VALZ, VALZ H, KoValsar-Denk) istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilib
Mərkəzdən qeyd edilib ki, Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilərək istehsal olunmuş valsartan tərkibli dərman vasitələri - VALZ, örtüklü tabletlər в„–28, valsartan 80mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ, örtüklü tabletlər в„–28, valsartan 160mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ H, örtüklü tabletlər в„–28, valsartan/hydrochlorothiazide 80mg/12.5mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ H, örtüklü tabletlər в„–28, valsartan/hydrochlorothiazide 160mg/12.5mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), KoValsar-Denk, örtüklü tabletlər в„–28 (4x7), valsartan/hydrochlorothiazide 80mg/12.5mg ("Denk Pharma GmbH & Co.KG", Almaniya), KoValsar-Denk, örtüklü tabletlər в„–28 (4x7), valsartan/hydrochlorothiazide 160mg/12.5mg ("Denk Pharma GmbH & Co.KG", Almaniya), KoValsar-Denk, örtüklü tabletlər в„–28 (4x7), valsartan/hydrochlorothiazide 320mg/12.5mg ("Denk Pharma GmbH & Co.KG", Almaniya) geri çağrılıb.
Azərbaycan ərazisində istifadə olunan digər valsartan tərkibli dərman vasitələrinin istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilməyib. Əldə olan məlumatlara əsasən, bu dərman vasitələrinin istehsalında istifadə olunan substansiyalarda qeyd edilən N-nitrosodimethylamine (NDMA) maddəsi yoxdur. Buna əsasən bu dərman vasitələri geri çağırılmırlar və bundan sonra da istifadə təlimatlarında göstərilən göstərişlərə və tövsiyyələrə uyğun istifadə oluna bilərlər:
"Valsartan tərkibli dərman vasitələrinin istehsalında istifadə olunan substansiyada gözlənilməyən maddə tapılmışdır. Azərbaycan Respublikası ərazisində istifadə olunan valsartan tərkibli dərman vasitələrindən müxtəlif doza və qablaşdırmada olan yalnız üç adda dərman vasitəsinin (VALZ, VALZ H, KoValsar-Denk) istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilib. VALZ , VALZ H və KoValsar-Denk dərman vasitələri geri çağırılıb. Müalicə həkiminizin göstərişi olmadan valsartan qəbulunu dayandırmayın".
XƏBƏR LENTİ
Arizona (Glen Canyon)
Ərikli-çiyələkli piroq(foto resept)
Məktəblilərin ağır çantaları: nə etməli?
İtburnu: dərdlərə dərman, ətirli və faydalı
Yağış yağacaq
Dubayda dünyanın ən hündür oteli açılır
Yataq otağınıza bu 5 bitkini qoyun - SİYAHI
Şahzadə haqda çəkilən film qalmaqala səbəb oldu
Günün qoroskopu - 11.12.2013
İsrailli professordan PEYVƏND XƏBƏRDARLIĞI
Həm arıqla, həm də sağlam qal
Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı İsmayıllıda keçiriləcək
Sən kişi olsaydın...
Hadisə 33 saata klip çəkdi
Şagirdlərin tətil günləri başladı
Kirayəyə veriləcək mənzillərin siyahısı - FOTO
Tələbələrə təqaüdlər necə ödəniləcək? - Nazirdən AÇIQLAMA
Bensu Soralın toyundan FOTOlar
Məzardan çıxarılan meyit gülümsədi – Şok olay
Bu gün ali məktəbə qəbul imtahanı gedir
Madrid derbisində Xocalı qurbanlarının xatirəsi anıldı
Qaraciyər yağlanmasının səbəbləri
Can Yaman anası ilə -FOTO
Hacıqabul-Bəhramtəpə avtomobil yolunda yeni körpülər tikilir
Azərbaycanlı nazir xərəklə məhkəməyə aparıldı
İstirahət günlərinin hava proqnozu
Ecazkar xanımlar üçün geyimlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rusiyalı tələbələrlə görüşüb
Dünya bu adamdan danışır
Üzən evlər
60 il bir yerdə yaşamış cütlük eyni gündə koronavirusdan vəfat etdi
Hərbi hissələr Gəncədən çıxarılır
ABŞ bunu etsə, savaş olacaq
Xanımlar üçün paltolar
Günün ulduz falı - 09.12.2013
Mazda MX-5 GT təqdim olundu
Yeni klipində gözəgörünməz oldu
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda yeni ağaclar əkildi
Dünyanın ən məşhur köpəyi öldü
Qan təzyiqinə nəzarət edən qüsursuz sistem
Sabahdan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində yeni onlayn xidmətlər
ÜST-dən korona peyvəndi ilə bağlı SƏRT REAKSİYA
Aybaşı zamanı problemlər
Dollar yenə bahalaşdı
Nəhayət ki: ABŞ İŞİD-ə qarşı vuruşacaq
AzTV Şuşada yayımlanmağa başladı - VİDEO
Buse Varolun geyimi tənqid olundu-FOTO
"Gülümsəyən depressiya" - müasir cəmiyyətin yeni bəlası
"Qarabağ" azarkeşlərinə şad xəbər
- ŞƏRHLƏR