Qadin.Net bildirir ki, tanınmış yazıçı, fililogiya üzrə fəlsəfə doktoru və Hədəf STEM Liseyinin rəhbəri Şəmil Sadiq yenə facebookdakı hesabında yazdığı fikirlərlə gündəmə gəlib. Qəbul imtahanlarına münasibətdə yeni fikir ortaya qoyan Ş.Sadiq uşaqların gələcəyi üçün valideynləri məktəblərlə əlbirliyə çağırıb.
“Əziz valideyn dostlarım!
Məktəb və təhsil mövzusunda hamımızın nələrdənsə narahat və narazı olduğunu bilirik. Amma unutmayın ki, təhsilin, məktəbin düzəlməsi üçün ilk addımı valideynlərin atmalıdır. Ya da hamımız oturub gözləmələyik, məktəblər elə vətəndaş yetişdirsin ki, onlar valideyn olanda problemlərimiz həll edilsin. Bunun mümkün olmadığını da yaxşı bilirsiniz. “Biz sabah düzələrik” ümidilə yaşamaq yanlışdır, biz düzəlməliyik, elə məhz indi, məhz bu saat, bu an. Onun üçün də məktəblərdən, müəllimlərdən öncə özümüz başlamalıyıq. Övladlarımıza qiymət, diplom arzulamaq, onun üçün çalışmaq, vuruşmaq məqsədyönlü yox, nəticə yönümlü təhsilin arzusudur. Universitetlərə qəbul imtahanları ərəfəsindəyik. Əslində, buna qədər görüləcək işlərdən birincisi, onların hansısa bir peşəyə yönləndirməyimiz olmalı idi.
Bilirsinizmi, PİSA adlı beynəlxalq qiymətləndirmədə iştirak edən Azərbaycan son sıralarda olub! Ordakı suallardan xəbəriniz olsa, heç biriniz nə məktəbi, nə də təhsili təndiq edərdiniz. 80-90 faiz sual bir insanın həyatda necə yaşamalı, nəyi bacarmalı olduğunu soruşur. Nə tarixi faktlar, nə elmi məsələ və misallar var, nə də hansısa düsturları əzbər bilmək. Gündəlik həyatımızda qarşımıza çıxan problemlərə yanaşmamız, necə anlamağımız soruşulur. Məsələn, şagirdin qarşısına bir metro sxemi qoyub, ondan necə istifadə etməli olduğu, hardan hara necə getməli olduğu soruşulur və ya bir telefon dəftəri verib, Orxandan Londondan Azərbaycanın Şəki şəhərinə necə zəng edə biləcəyi yoxlanılır. Xaricə, tanımadığımız bir yerə gedəndə heç vaxt xəritədən istifadə etmirik, qabağımıza çıxandan filan yerə necə getməli olduğumuzu soruşuruq, amma başımızın üstündəki tabloya baxmırıq, əlimizdə telefon və google ola-ola kimdənsə filan sözün yazılışı necədir, tərcüməsi necədir, deyə soruşduğumuz kimi.”
XXI əsrin təhsil tələblərinə işarə vuran Ş.Sadiq bizdəki stereotiplərin dəyişilməsi tərəfdarı olduğunu bildirib:
“Müasir təhsil insana hansısa tarixi, elmi məlumatı necə bilməyi yox, onu necə əldə etməyi öyrədir. Yəni bacarıq, bacarıq, bacarıq! Amma biz zənn edirik ki, övladımız yüksək bal toplayaraq universitetə qəbul olsa, hər şey bitib. Amma düşünmürük, o, evlənəndə ailəsini necə idarə edəcək, əlindən ev işləri ilə bağlı nələr gələcək. Sözüm ondadır ki, ixtisas seçimlərində diqqətli olun, populyar ixtisasları seçmək yox, onların həyatda seçdiyi ixtisasdan necə bəhrələnəcəyinə, həyat tərzini necə quracağına köklənin. Məsələn, dördüncü qrupda hamı həkim olmaq istəyir, amma heç kim fərqinə varmır ki, bu gün Azərbaycanda aqronom ixtisasına daha böyük ehtiyac var və burda daha tez uğur əldə etmək olar və s.
Əgər uşaqlarımız orta məktəbi bitirəndə müəyyən bir iş bacarığına sahib olsa, o, tələbə olanda da çox uğurlu olacaq. Fikir verirsinizmi, əksər insan 25-30 yaşından sonra öz həyat yolunu, nəyi istədiyini daha yaxşı anlayır, bəzən oxuduğu diplomu kənara tullayıb, bacardığı və sevdiyi bir işlə məşğul olur. Amma Jurnalistikanın balı yüksəkdir deyə, hamının ora üz tutmasına ehtiyac yoxdur. Normal kitabxanaçı olsa belə, bu gün özünü təsdiqləyə bilər. Heç kim işini yaxşı bilmədən, istədiyi maaşı ala bilməz. Gəlin, övladlarımızı bilik yarışına yox, bacarıq yarışına yönləndirək, deyirəm! Bacarqlı insan hökmən lazım olan biliyi əldə edəcəkdir, düşüncəsindəyəm!”
XƏBƏR LENTİ
Bir-birinə əkizi qədər bənzəyən məşhurlar - FOTO
Bank islahatı bizə nə vəd edir?
Parkda ölənlərin sayı 70-ə çatdı: 29-u uşaqdı
Elm də təsdiq etdi: bürclərin insan xasiyyətinə təsiri var
Bel ağrısını azaldan yoqa hərəkətləri
Ən çox rast gəlinən cinsi problemlər
Sabah ilk Qədr gecəsidir
Uşağın ölümü valideynin də ömrünü qısaldır
Toğrul Nərimanbəyovun əsəri hərracda 68 500 funta satıldı
Britni Spirsin ayağı burxuldu-SƏBƏB/FOTO
Valideynlərin DİQQƏTİNƏ! - FOTO
Qasırğa Beyləqanı viran qoydu
2013-cü ilin gündəlik və mərasim geyimləri
Uzun kirpiklər üçün nə etməli?
Dağlar qoynunda unikal tryuk
Geyimdə nanəcövhər fərahlığı
Madrid "Real"ı artıq ən bahalı futbol klubu deyil
Planetin ən gözəli Yusif oldu
Sevginin son istifadə tarixi
Bu ölkədə əhalinin 82 faizi saqqız çeynəyir
Cəbhədə son vəziyyət
Azərbaycanda hava şəraiti dəyişir
Varikoz damar genışlənməsi nədir?
Bakıda yeni avtomobil yolu və piyada keçidləri tikilir
Sezen Aksu əməliyyat olunacaq-SƏBƏB
Texnologiyasız yay
"Mourinyo futbol üçün böyük təhlükədir"
Gülməli heyvanlar (3)
Azərbaycanda 12 illik təhsilə keçid üçün yeni sənədlər imzalanacaq
Südlü toyuq qızartması (foto resept)
Yazı, xəbərlər üçün yeni QN sistemi
Ağciyərlərdəki heyranedici sistem
Hava haqqında
Məşhur aktyor ata olmaq arzusundadır
Üzdəki məsamələri daraldan maskalar
Manat sabah bu qiymətə olacaq
Cəbhədə uşaq yaralandı
Alış-veriş xəstəlikdirmi?
Paşinyan məğlub erməni ordusuna öz xalqı üzərində “qələbə şansı” verir
Vaksin üzərində çalışan türk həkimdən şad xəbər
Sən demə, bütün hərəkətləriniz telefonla izlənilir
HAVA necə olacaq?-23 İyul
Bu ərazidə yaşayan vətəndaşlara BÖYÜK MÜJDƏ
Bakıda tələbələr yayda necə pul qazansınlar?
Məşhur futbolçunun BOŞANMA xəbəri yayıldı-FOTO
Hadise bacısı ilə barışdı-FOTO
Leysan, dolu yağacaq - XƏBƏRDARLIQ
Dünyanın 100 ən zəngin İT milyarderləri - SİYAHI
Gavurdağı salatı (foto-resept)
Quru meyvəli maffinlər (foto resept)
- ŞƏRHLƏR