Hansı qadın kişidən şikayətlənmir? İlk vaxtlar mələk kimi tanıdığımız romantik insan sonradan dəyişir. Qadınlarsa səbəb axtarmağa, məntiq tapmağa çalışırlar. Özünüzü yormayın.
Psixoloqlar kişilərlə bağlı bir çox araşdırmalar ediblər. Onları davranışına, aksesuarlarına, ayaqqabılarına görə tanımaq mümkündür.
Belə ki, sənə romantik nağıllar danışan birinin doğru və ya yalan dediyini öyrənmək üçün onun saatına baxamağın kifayətdir.
Dördkünc saat sevənlər:
O, rəhbərlik etməyi və plan qurmağı çox xoşlayır. Onun bütün həyatı, hətta sənə dediyi xoş söz belə əvvəlcədən düşünülərək, planlaşdırılmış bir işdir. O, qeyri-adi hadisələri, sirləri və sürprizləri xoşlamır. O müşahidəçidir, tələbkardır, təşkilati işləri xoşlayır, düzgünlüyü ilə yanaşı göpçuluğu da var. Amma qarşısındakı insandan düzlük tələb edir. Çox inadçıldır. İstədiyini əldə etməyincə rahatlıq tapmır. Onun öz düşüncələri, öz qanunları var. Beləsi ilə mübahisə etmək qeyri-mümkündür. Çünki həmişə son sözü özü deyir. Belə kişilərin öhdəsindən yalnız işgüzar qadınlar gəlir.
Yumru saat sevənlər:
Mehriban və sakitdir. Münasibət qurmağı xoşlayır. Şirin söhbətləri ilə ilanı yuvasından çıxarar. Onu bütün dostları sevir. Çünki etibarlı insandır. Hamıya yaxşılıq etməyi xoşlayır. Başqalarına qulaq asıb, onların problemlərini həll etməyə can atır. Problemləri ilə başqalarını yormağı xoşlamır. Bu tip kişilərlə evlənən qadın ömrünün sonuna kimi xoşbəxt olur. O, dostlarının pis günündə onların yanındadır. Çox romantikdir. Onu ələ almaq üçün bir-iki xoş söz kifayətdir.
Üçbucaq saat sevənlər:
O, liderlik etməyi xoşlayır. Hər yerdə özünü birinci göstərməyə çalışır. Buna nail də olur. Həmişə diqqət mərkəzində olmağı, seçilməyi xoşlayır. Elə buna görə də qeyri-adi formada saat taxır. Risqə getməyin tərəfdarıdır. Uğur həmişə onun yanındadır. İşində ciddi, tələbkardır. Heç vaxt işə həvəssiz yanaşmır. Belə kişilər həm də sirli olur. Qarşınıza üçbucaq formada saat taxan biri çıxıbsa, onunla yaşayacağınız ciddi həyata hazır olmalısınız. Çünki işdə olduğu kimi belə kişilər ailələrinə qarşı da tələbkar və ciddi olurlar.
Düzbucaq saat sevənlər:
Qarşınıza bəlkə də dünyanın ən səbirli və inadkar insanı çıxıb. O, sizi ömrünün sonuna kimi gözləməyə hazırdır; təki istədiyinə nail olsun. Konservatordur. Necə deyərlər, əsl mühafizəkardır. Dəyişikliyi xoşlamırlar. Onun «sən nə istəsən edəcəksən, təki bir «hə» de sözünə aldanmayın. Belə insanlar öz vərdişlərindən əl çəkmirlər. Bu tip saat sevən kişilər çox vaxt kolleksiya yığmağı da xoşlayırlar. Belələri ilə özünü ailəsinə həsr edən, hövsələli evdar qadın yola gedə bilər.
Standart olmayan, ziqzaq saat sevənlər:
Ehtiyatlı ol! Qarşına əsl Don Juan çıxıb. Onun xoş sözlərinə aldanma. Sən onun həyatının yeganə qadını deyilsən. İnan ki, onun dediyi xoş sözləri səndən başqa o qədər qız eşidib ki... Belələri heç bir işi sona çatdırmırlar. Amma onların intuisiyaları çox güclü olur. Belə insanlar çox yaradıcı olur, həmişə qeyri-adi ideyalar irəli sürürlər. Hətta o, sizə münasibətinizin nə üçün bitdiyini deyəndə də elə bəhanə gətirəcək ki, onu günahlandırmağa heç bir haqqınız belə olmayacaq.
Bəs saat taxmağı heç sevməyənlər?
Elə kişilər də var ki, onlar saat taxmağı heç sevmirlər. Belələri xoşbəxt, həyatsevərdirlər. Heç vaxt problemlər, haqqında fikirləşmirlər. Sadəcə, bu günləri üçün yaşayır, sabahı düşünmürlər. Sevgi onlar üçün gəldi-keçər bir oyundur.
axşam.az
XƏBƏR LENTİ
Galaxy S5 smartfonu istehsal ediləcək
30 yaşdan sonra ailə qurmaq
HAVA necə olacaq?- 14 MART
Nur Yelitaşın son halı təəccübləndirdi-FOTO
Qoruyucu ruhunuzun sizə göndərdiyi 4 ismarıc
Sulu qara hazır olun
Dünyadan maraqlı faktlar (II hissə)
Kim deyir, gecələr yatmaq üçündür?
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Şeir əzbərləmək üçün üsullar
Sürücülər bu xəbərə mütləq baxsınlar
YouTube yeni şirkət alır
Gözlənilən kimi çıxmayan məhsullar
Qarın ağrısı səbəbləri və müalicə üsulları
Ronaldo hər gün mənfi 200 dərəcəli otağa girir
Gənc qadınlara məsləhət
Evdə mayonezi necə hazırlamalı? (resept)
Bu hallarda körpəni həkimə aparın
"Quş qripi" qayıdır
Berlində sürücüsüz hərəkət edən pulsuz elektrobuslar işə başlayır
3 günlük sindirella pəhrizi
JLo-nun istirahəti davam edir-FOTO
Jirinovski Rusiyada koronavirus peyvəndini yaradanların mükafatlandırılmasını istədi
Hərbi qulluqçuların pensiyaya çıxması üçün şərtlər dəyişib?
Suriya Türkiyəni vurdu: yaralılar var
Avtovağzal yaxınlığında yol yenidən çökdü - sürücülər təhlükədə
Obezofobiya
Müsəlmanlar üçün xüsusi telefon
İlk gümüş dollar rekord qiymətə satıldı
Ən yaradıcı insanlar - REYTİNQ
Quru dəri üçün avokado maskası
İtaliya ölkəmizə yeni səfir təyin etdi
Maliyyə direktorları nəyə etibar edir?
Alma və pendir piroqu (foto resept)
Uşaqların sevmədiyi oyuncaqlar
Hidrogenlə işləyən ilk gəmi dünya turuna çıxıb
Azərbaycanda bu xəstəliyin daha çox yayıldığı rayonlar
Aslı Enver yeni filmə çəkilir-FOTO
12 mərtəbəli bina ölçüsündə UNO tapıldı
Bədənizin ehtiyacı olan qidalar
Alpinistlər buz bağlamış şəlaləyə dırmşdılar
Elza Seyidcahan Yazıçılar Birliyinə üzv olmasından danışdı
Paytaxtın əsas magistral yollarında sürət həddi ENDİRİLDİ
Sabah saat 22:11 radələrində qış girəcək
Bərdə “Toçka-U” kompleksindən atəşə tutulub - RƏSMİ
Beren Saat çimərlik FOTosu paylaşdı
Selena ilk dəfə Castinə qayıtmasından danışdı
Sabah şahzadə Yevgeniyanın toyudur-FOTO
Bakıda çovğun olacaq!
Ər öz arvadının namaz qılmağına mane ola bilərmi?
- ŞƏRHLƏR