Xəbər verildiyi kimi, iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni və birinci xanım Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilməsi haqqında İtaliya Respublikasının Prezidentinin - “Xidmətlərinə görə” ordeninin rəhbərinin 2018-ci il iyulun 12-də imzaladığı sərəncamlar elan edilib və mükafatlar təqdim olunub.
“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliya Respublikasının ən ali dövlət mükafatı hesab olunur. İtaliyanın “Xidmətlərinə görə” ordeni əhəmiyyətinə görə ikincidir.
Ümumilikdə, ordenin 6 dərəcəsi var: “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni (cavaliere di gran croce decorato di gran cordone), “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni (cavaliere di gran croce), Böyük zabit (grande ufficiale), Komandor (commendatore), Zabit (ufficiale), Kavaler (cavaliere).
Ordenin rəhbəri İtaliya Prezidentidir. O, Ordenin Kansleri və daha 16 nəfərin daxil olduğu Ordenin Şurasına rəhbərlik edir.
Böyük Xaç Kavaleri Ordeni 1951-ci ildə təsis olunub. Orden iqtisadiyyat, ictimai və humanitar fəaliyyət, xeyriyyəçilik, ədəbiyyat, incəsənət və digər sahələrdə xalq qarşısında mühüm xidmətlərə görə verilir.
İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni ilə dövlət və hökumət başçıları, dünya səviyyəli ictimai-siyasi xadimlər təltif olunublar. Onların arasında Çexiyanın birinci prezidenti Vatslav Havel, Almaniyanın keçmiş Kansleri Helmut Kol, Böyük Britaniya Kraliçası ll Yelizaveta, Fransanın sabiq prezidentləri Jiskar Desten, Fransua Mitteran və Jak Şirak, Belçikanın sabiq Kralı ll Albert, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül və digər görkəmli şəxslər var.
XƏBƏR LENTİ
Ən yaxşı 5 meyvə maskası
Yeni il üçün 5 hədiyyə bağlama üsulu - VİDEO
Ermənilər atəşkəsi pozmaqda davam edir
Sakit Okeandakı bu tapıntı alimləri Heyrətləndirdi
Tuba hər kəsi təəccübləndirdi
Bu smartfon bir ayda 1 milyon ədəd satıldı
Cəbhədə şiddətli atışma
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Qiyməli kartof dolması (foto-resept)
Bu günün hava proqnozu
Məşhur müğənni ilk dəfə ana oldu-FOTO
Bu gün Fikrət Əmirovun doğum günüdür
Ölkəsini peşkəş verən hakimiyyət və susan xalq
Yuxu haqqında bunları bilsək
Nadir Qafarzadə: "Hüseyn ölüb, cəhənnəmə, qara gora ölüb, böyük iş olub?"
Şəkərli diabet
Kartof şirniyyatı (foto resept)
Demet Özdemir geyimi ilə diqqət çəkdi-FOTO
Sadə şirni (foto resept)
Çağatay Ulusoyun yeni imici bəyənilmədi-FOTO
Döyüş təyyarələrimiz səmaya qaldırıldı.
Ermənilərə Qarabağı qaytarmaq üçün 15 gün vaxt verildi
Nazir müəllim ixtisarından danışdı
Avropa İttifaqından Dağlıq Qarabağ AÇIQLAMASI
Ulduzlar mərasimə qara geyindilər - FOTO
İş yerindən arayış lazım olmayacaq
Nurgül Yeşilçay yeni şəkillərini paylaşdı
Rosalianın sevimli kostyumları
Albalı tortu(foto resept)
Müəllimlərin maaşları artırıldı - Bu gündən...
İnsan dərisinə yapışdırılan displey icad olundu
Qarın əritmənin sirləri
“Əl-Cəzirə” kanalında ermənilərin Ağdamdakı vəhşiliklərindən danışılıb - VİDEO
Burak Özçivit Aleks De Souzanı filmə çəkir
QALİB SEÇİLDİ - "Şah əsərim"
Toxunma uşaq ayaqqabıları
Soyuq müharibə anonsu
2012-nin stil ikonları
"Ermənistan gərginliyi ört-basdır etməyə çalışır"
Caponata (foto resept)
Ermənilər çaylarımızı yenə bulandırır
PSJ Fransa yığmasının ulduzunu aldı
Google-da işə katerlə gedirlər
Avropalı bayrama nə qədər xərcləyir?
Tətilə çıxmağın faydaları
Çipsi: biz onu niyə sevirik?
Uşaqlar modelyer olarsa...
"Bakı-2015" Birinci Avropa Oyunlarının məşəli artıq Naxçıvandadır
Fəaliyyətinə icazə verilən kafe-restoranlarla bağlı XƏBƏRDARLIQ
Bu vitamin və minerallar sizi xəstələndirə bilər!