Qoç - günün ilk yarısında ifrat səmimiyyət zərərinizə ola bilər. Münasibətlərdə birmənalı olmayan ifadələr işlətməyin, diqqətli olun, hiyləgərliyə əl atmayın. Bəzi şanslar və imkanları itirə bilərsiniz. Məsələn, məqsədə çatmaq üçün məkr, intriqa yararlı vasitə deyil.
Günün ikinci yarısında mövcud situasiyaya uyğunlaşmağa çalışsanız ciddi uğurlar əldə edə bilərsiniz. Maliyyə məsələlərində məntiqli davranın. Xərcləriniz ifrata varmamalı, normal olmalıdır.
Buğa - yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz.
Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.
Əkizlər - sirlərinizi bölüşməyə, niyyətinizi yaxın ətrafınızdakı insanlara söyləməyə tələsməyin. Tənqidə adekvat reaksiya verin. Başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanın israrlı təkliflərinə aldanmayın. Vəzifə səlahiyyətlərinizi, verilən tapşırıqları vaxtında yerinə yetirin. Rəhbərliyi qəzəbləndirəcək addımlar atmayın.
Yaxınlarınız və qohumlaınızla münasibətləri kəskinləşdirməyin.
Axşam saatlarında stressdən qurtulun.
Xərçəng - günün ilk yarısından etibarən tələsmədən fəaliyyət göstərin. Çox vaxt və böyük enerji tələb edən işlərin bir qismini ertələmək olar. Əsas məsələ mənəvi rahatlıqdır. Yaradıcılıqla məşğul olmaq, yaranan problemləri çözmək olar. Yaxınlarınızın qeydinə qalın.
Günün ikinci yarısında dəyər verdiyiniz insanın təkliflərini diqqətlə dinləyin. Amma başqalarının işlərini həll etməyə başlayaraq öz problemlərinizi unutmayın.
Maraqlarınızı kimsəyə qurban verməyin.
Sayıq olun.
Şir - günün ilk yarısında kənar şəxslərin həyatınıza kobud müdaxiləsinə imkan verməyin. Evdə qalmayın, fəaliyyətinizi genişləndirin. Məişət və təsərrüfat problemlərini sürətlə nizamlayın. Süst, ətalətli olmayın.
Günün ikinci yarısında dostlarla, tərəfdaşlarla, şəriklərlə görşün. Sizi maraqlandıran məsələlərdən biri ilə bağlı onlar yaxşı məsləhət verə bilərlər. İzafi dərəcədə inadkar, aqressiv olmayın. Əks halda ailə üzvlərindən biri ilə münaqişə istisna deyil.
Qız - emosiyalar, hisslər, duyğular bu gün düşməninizə çevriləcək. Ən ağır situasiyada, ən çətin vəziyyətdə soyuqqanlı davranın. Sizi narahat edən məsələlərdən birini etibar etdiyiniz insanla nəzərdən keçirmək olar. Yardım təkliflərini rədd etməyin. Dəyər verdiyiniz şəxs sizi dəstəkləyəcək.
Günün ikinci yarısında yollarla maksimum dərəcədə ehtiyatlı olun. Nasazlıq, cərimə istisna deyil. Uzaq yola yaxşı hazırlaşmamış çıxmayın. Maddi durumunuza tam nəzarət edin.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - fərdi yaşamınızla bahəm, işgüzar fəaliyyətinizdə problemlər yarana bilər. Çətinlikləri dərhal həll etməyə çalışmayın. Səbrli, təmkinli olun. Yeniləşən şəraitdə və dəyişən situasiyaya uyğunlaşın. Ötən zamanların bir daha qayıtmayacağını düşünərək nisgilə qapılmayın.
Günün ikinci yarısında maliyyə məsələlərinin çözümündə mümkün qədər diqqətli olun. Aldığınız mal və ya məhsulu diqqətlə nəzərdən keçirin. İşlərdə sürəkli təftiş zamanı deyil.
Riskli anlaşmalara, avantüralara qatılmayın. Maliyyə imkanlarınızı olduğundan artıq göstərməyə çalışmayın.
Əqrəb - hisslərinizi kontrolda saxlayın. Əməlləriniz əvvəlcədən hazırlanmış plan çərçivəsindən çox kənara çıxmamalıdır. Sayıq olun, qarşınıza çıxan maneələri araşdırmamış onları dəf etməyə can atmayın. İradəli olun, mövqelərinizdən əsla geri çəkilməyin.
Günün ikinci yarısında cari məsələlərin həlli ilə məşğul olun.
Yaxın ətrafınızdakılarla ünsiyyətdə hisslərin əsiri olmayın. Mübahisələrdə sözlərinizə fikir verin. Aqressiya və ya ifrat sərtlik yolverilməzdir.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Oxatan - təşəbbüslər və yeni layihələr üçün uğurlu zaman deyil. Texnika, avadanlıqla bağlı məsələlərdə maksimum diqqətli davranın. Ehtiyatsızlıq ciddi travmalara səbəb ola bilər.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərdə qayğını, həssaslığı unutmayın. Yardıma ehtiyacı olan qohumunuza kömək edin. Emosiyalara qapılaraq düşünülməmiş addım atmayın. Qəfil hərəkət, nagahani əməl sonradan peşmançılıq hissi yarada bilər.
Axşam saatlarında gəzintiyə çıxın.
Oğlaq - parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısınıda sizə böyük üstünlük qazandırır.
Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.
Dolça - günün ilk yarısından etibarən neqativ hisslər sizi çulğamasın. Mənfi işlər və pis insanlar barədə nə qədər çox düşünsəniz yaşamınıza bir o qədər problemlər əlavə edəcəksiniz. Nikbin olun, məqsədə doğru aparan yoldan sapmayın.
Günün ikinci yarısında fiziki və ya mənəvi diskomfort hiss etsəniz, aktivliyi bir qədər azaldın. Mənasız söhbətlərdən, yaramaz insanlardan uzaq durun. Sizə qarşı məkrlə davranan şəxslərin planlarını sürətlə aşkarlamağa çalışın.
Axşam saatlarını özünüzə həsr edin.
Balıqlar - ehtiyacınız olan dəstəyi vaxtında alacaq və onun sayəsində bir çox problemlərinizin öhdəsindən gələcəksiniz. Ağlınızı işlədərək cari məsələlərin öhdəsindən tez gəlməyin yolunu tapa bilərsiniz. Belədə, yeni ideyalarınızın gerçəkləşdirilməsinə də vaxt qalar. İşgüzar görüşlər uzansa da, istədiyinizə çata bilərsiniz.
Şəxsi münasibətlərdə təşəbbüs göstərin, arzu və gözləntiləriniz barədə açıq danışın. Başqalarının işlərinə qarışmaqdan çəkinməyin - bu, yalnız hamının xeyrinə olar. Günün ikinci yarısı uğurlu alış-veriş edə bilərsiniz.
XƏBƏR LENTİ
Dahi yazıçını əridən qadın...
Amerika silkələndi
Siemens 15 min nəfəri işsiz qoyacaq
Xınayaxdı məclisi təşkil edən şəxslər cərimələndi
Ramazan ayının 10-cu gününün duası
Meyvəli piroq (foto resept)
TƏBİB sədri: “Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…”
2020 Yaz Kolleksiyası
PSJ Fransa yığmasının ulduzunu aldı
Hülyadan 3 milyonluq reklam
Tavada toyuqlu börək (foto resept)
Səhər yuxudan dolların ətri ilə oyanacaqsınız
Boşanmanın əsl səbəbi məlum oldu-FOTO
Uğurlu insanları fərqləndirən 45 xüsusiyyət(1)
Qadın.Netlilərin ləhcəsi (4)
Payızın rəngləri
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan edildi
Poçtda dekoderlərin satışı yardımçı tədbirdir
Metropoliten satıcılarının əksəriyyəti hələ də işsizdir
Tanınmış aktyor həbs olundu-SƏBƏB
Elman Rüstəmov manat haqqında danışdı
Prezident fəxri ad verdi
Hüseyn Cavid kimdir, bilən varmı?
Sibel Can İlker Koçu məhkəməyə verdi
Roma Papası macəra filmində çəkilir
Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur - RƏSMİ
Məşhur türk aktrisası nişanlandı-FOTO
Alimlərdən QORXUNC XƏBƏR
10 aylıq oğlan 9 yaşlı uşaq boydadır - FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr
Ana südüylə qidalanan uşaqlar daha intellektual olur
Ailənizi xoşbəxt edin
2019 Oskar Mükafatlarının ən yaxşı aksesuarlar
Acun İlıcalı sürəti ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanın əməkdar memarı Rasim Əliyevin 80 illik yubileyi qeyd edilir
“Survivor” adasında yanğın oldu - VİDEO
"Facebook"da yeni funksiya - Markın növbəti hədəfi
Məşhurların şəkillərini təqlid edən Tom
Azərbaycanda istirahət günü hava necə olacaq?
Dünyada yeni böhran başlandı
Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır - VİDEO
Həm fotoqraf, həm model olmağı bacaran Kimberly
İnsanoğlu bu gün bir addım da irəlilədi
Soba listində mantı (foto resept)
Fərqində olmadan sizi stress edən 11 vərdiş (2)
Qaranlıqda saxlanılan ölüm
Azərbaycanda qızıl hasilatı artır
"Tərəvəz" şənliyində 320 kq-lıq balqabaq uddu-FOTO
Zərifə Əliyeva adına Milli Oftalmalogiya Mərkəzi Gəncədə humanitar aksiya keçirib
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO