Bakıda hava 28°
USD 1.7000 AZN
EUR 1.9828 AZN
00:23PERI nehayet gele bildim)) 22 iyul 17:55Ayla Ayla Salam Xəyalə xanım 22 iyul 17:51Xəyalə Murad Xoş gəldiz, Ayla xanım. İstirahət günüdür) 22 iyul 17:48Ayla Ayla Qızlar bu gün nə səssizlikdi belə? Gəzməyə getmisiz
38888

YouTube yalan məlumatlarla mübarizə aparır

YouTube yalan məlumatlarla mübarizə aparır


"YouTube" videohostinq şirkətinin rəhbərliyi yalan xəbərlərlə mübarizə üçün 25 milyon dolların ayrılması ilə bağlı qərar qəbul edib. Bu barədə şirkətin bloqunda deyilir.

Qadin.Net Milli.Az  -a istinadən bildirir ki, fəaliyyətin həyata keçirilməsi üçün şirkət xəbərlərə aid videonun keyfiyyətinin artırılması üçün "Google News" xəbərlər aqreqatoru ilə səylərini birləşdirəcək. Bundan başqa, birgə fəaliyyətə "Vox Media", "Jovem Pan" və "India Today" kimi kütləvi informasiya vasitələrinin cəlb edilməsi planlaşdırılır.

Məlumata görə, qeyd olunan məbləğ "YouTube" və "Google News" üçün nəzərdə tutulub. Layihənin həyata keçirilməsi üçün kontentin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə təkliflər hazırlayacaq xüsusi işçi qrupunun yaradılması planlaşdırılır.

Nüfuzlu xəbər mənbələrinin xüsusilə dəstəklənəcəyi, "Ən yaxşı xəbərlər" funksiyasının isə təkmilləşdirilərək daha çox axtarış nəticələri təqdim edəcəyi bildirilir.

Səslərin sayı: 0
0
27
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış