Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
09:56Xəyalə Murad Sabahınız xeyirli,Cüməniz mübarək olsun,Əziz Qadin.Netlilər!
39980

Təzyiqin nəticəsi...(4-cü hissə)

 

Təzyiqin nəticəsi...(4-cü hissə)


 

Lamiyənin başına gələnlərdən sonra onun əhvalını açmaq üçün arada, vaxt tapan kimi zəngləşib görüşər, birlikdə vaxt keçirərdilər.Zaman hər dərdin dərmanıdır, həqiqətən də.Lamiyənin bir az əvvəlki acıları artıq geridə qalmışdı.Növbəti görüşlərin biri idi.Lamiyə özünü qəribə aparır, sözlü adama oxşayırdı.Üzdə danışıb gülsə də gözlərində tərəddüdlə kədər qarışıq bir ifadə vardı.Sanki həyatı indi demək istədiyi sözdən, daha doğrusu bacı qədər sevdiyi rəfiqəsinin o sözə, Lamiyənin qərarına göstərəcəyi reaksiyadan asılı idi.Amma bilmirdi necə desin.Aytən onu özü kimi tanıdığı üçün sözə özü başladı:

-Hə, bacı, eşidirəm səni.

-Nə deyim axı?

-Demək istədiyin sözü.Ürəyindəkini.

-Sən hardan bilirsən ki, ürəyimdə nə var?Ürəyimə girmisən?-gülə-gülə dedi.

-Gözlərin danışır da, səndən xəbərsiz.Hə, tez danış görüm, nə baş verir?Ürəyimi partlatma.

-Mənimlə eyni ildə,- biz 8-ci sinifdə oxuyanda,-amma məndən sonra sinfimizə bir oğlan gəldi ha, yadındadır?

-Əlbəttə.Seymuru demirsən?Nə olub ki?

-Sən demə o da bizim universitetdə oxuyurmuş.

-Necə?Bəs sən bu neçə ildə görməmişdin onu?

-Əvvəldən bizdə oxumayıb.Universitetimizin rayon filialından bu il köçürməylə gəlib.Başqa fakültədə oxuyur.Amma eyni korpusdayıq.Demək olar hər gün görüşürük.

-Görüşürsüz?

-Yəni demək istədim ki, hər gün rastlaşırıq.Bir-birimizi görürük.

-Ondan danışanda gözlərin niyə belə gülür, qız?-Aytən gülə-gülə soruşdu.

-Yadındadır son zəng günü?Həmin gün mənə qəlbini açdı.Mənsə ona “Yox” dedim.

-Hə, yadımdadır.Son zəng günü hamı deyib-gülür, o isə qəmgin baxışlarla səni süzür, bir kənarda təkcə dayanıb bizə baxırdı.Niyə qəlbini qırdın ki onun?Heç olmasa qəti fikrini həmin gün deməzdin.Bir dəfəlik “Yox” deyib qəlbini qırmayaydın gərək.Səndən çıxmayan iş.Axı sən kimsəni incitməzdin.”Yox” cavabını ona başqa zaman deyə bilməzdin?

-Ehh, nə bilim ee.Fikirləşdim ki, boş ümid verməkdənsə birdəfəlik düzünü deyim.İmtahan qabağı idi.Ümidlənər, bütün gün boş yerə xəyal qurub məni düşünər, imtahana yaxşı hazırlaşa bilməzdi.

-Nə fərqi oldu ki..Yenə də hazırlaşa bilmədi də.Hazırlaşsa az balla filiala, həm də ödənişli fakültəyə düşməzdi..

-O zaman həm bir sinifdə oxuduğumuz üçün, həm də arıq, çox cılız olduğu üçün bəyənmədim onu.O dövrdə düşünürdüm ki, mənim xəyalımdakı ağ atlı şahzadəm mütləq uzaqdan olmalı və maniken tipli çox yaraşıqlı biri olmalıydı.

-Ehh, gördük də yaraşıqlıları,-Kamillə Elvin də çox yaraşıqlı idilər.İkisinin də dərdindən ölürdü qızlar.Amma nə olsun?Yaraşıq yerinə bir az ağılları, vicdanları olaydı kaş.Nə isə.Dərdini də təzələdim lap.Bağışla, bacı..De görüm, Seymur indi necədi, çox dəyişib?

-Hə, iki il əvvəl gördüyüm Seymur deyil.Heç tanımadım ee qarşılaşanda.Mənə yaxınlaşıb salamlaşanda elə bildim kimdisə tanış olmaq istəyir mənimlə.Sonra diqqətlə baxanda üzü bir az tanış gəldi.Qəşəngləşib həm də..-Bunu deyəndə bir az qızardı Lamiyə..

-Aha, day denən torbada pişik var daa, qız,-Aytən nəhayət məsələnin nə yerdə olduğunu anladı.

-Elə mən də sənə bayaqdan bunu demək istəyirdim.O, Elvinlə görüşdüyümüzü və artıq ayrıldığımızı bilir.Hardansa öyrənib.Buna baxmayaraq mənə yenə ürəyini açdı.Bu dəfə “Yox” demədim.Hər şeyi onunla unutmaq istəyirəm.Səncə səhv edirəm?Elvinlə ayrılmamızdan elə də çox zaman keçməyib, amma mən yeni sevgili haqda düşünürəm.Sən nə fiirləşirsən bəs?Sənin fikrin mənimçün çox-çox vacibdir, bacı.

-Mən nə fikirləşəcəm ki.Allah xeyir versin.Bax, xeyir-duanızı da verdim,-deyib Aytən rəfiqəsini bər-bərk qucaqlayıb hər iki yanağından öpdü.

-Elə səndən də bu cavabı gözləyirdim.Səndən yoxdur, birdənəsən sən.-Sevincdən Lamiyənin gözləri yaşarmışdı.

-Bəlkə gələn dəfə üçlükdə görüşək.Necə də olsa sinif yoldaşı olmuşuq.Yenidən o günlərə qayıdarıq.Həm də səni ona tapşıracam.Səni asanlıqla əldə edə bilməyəcəyini qoy bilsin..

Rəfiqəsiylə bu dəfəki görüşü Aytənin son günlərdə ən maraqlı görüşü, aldığı xəbər sanki öz həyatının ən vacib xəbəri, nəhayət bu gün-ömrünün ən xoş günü oldu..Marşrutda arxa oturacaqların birində, pəncərə tərəfdə oturdu.İstəmirdi gözlərindən qeyri-ixtiyari axan yaşları kimsə görsün.Sevincdən axan göz yaşları olsa belə.Pəncərədən çölə baxanda gözlərinə inanmadı.Əl-ələ tutub parkda gəzən o cütlüyü görəndə sanki cərəyan vurmuş kimi oldu.Bu nədir?O yuxu görürdü?Sarışın, toppuş qızın əlindən bərk-bərk tutan Kamil idi, ya ona elə gəldi?Əlbəttə o idi!Əynindəki o qara zolaqlı mavi köynəyi də elə Aytən bu yaxınlarda-ad günündə bağışlamışdı Kamilə.Gözü ilə görməsəydi bütün dünya yığışıb Kamilin ona xəyanət etdiyini desəydi inanmayacaqdı yenə.Axır ki, öz gözüylə gördü.Sənə olunan xəyanəti öz gözünlə görmək nə pis şeymiş, ilahi?Xəyanətin bu qədər acı olduğunu indi bildi.Axı ilk dəfəydi dadırdı bu zəhərdən də acı xəyanəti..Kaş gözləri kor olaydı.Kaş bu avtobus bir az əvvəl qəzaya düşəydi.O öləydi, amma görməzdi bu mənzərəni..”Mən səninçün nələr etmədim?Nələrdən keçmədim?Sağlamlığımı itirdim.Atamın nifrətini qazandım.Bunun üçünmü?Bunun üçünmü?Yox, bu artıq səbr kasamı daşdıran son damla oldu.Daha bitdi..Mənim kimi sevgimiz də bitdi.Bitdiii..”

Bayaqkı sevinc göz yaşları qurumamış onu acı göz yaşları əvəz etdi..Həm də bərkdən, hönkürtüylə ağlayıb ürəyini boşaltdı.

                                 

Evə gələn kimi otağına keçdi.Yuxu dərmanı atıb yatağına uzandı.Bəlkə bir az yata bilsə sakitləşərdi.Sakit başla daha düzgün qərar qəbul edə bilər.Az sonra yuxuya getdi.Bir neçə saat sonra oyandı.Evdəkilər Dilarəgildən hələ də qayıtmamışdılar.Evdəki səssizlikdən hiss olunurdu.Yenə tək idi...Yatsa da heç nə dəyişmədi.Bayaqkından da pis idi.Xatırladıqca əhvalı anbaan pisləşirdi.Sanki qanı donmuşdu damarlarında.Nəfəsi ağırlaşır, çətinliklə gedib-gəlirdi.Ürəyi dəhşət sıxılır, az qala ağlını itirmək üzrəydi.Gah öz-özünə dəli kimi gülür, gah ağlayırdı.Axşam atası işdən qayıdanda Dilarəgilə səhərdən qonaq gedən anasıyla qardaşını da gətirdi.Hamının əhvalı yaxşı idi.Onların da qanını qaraltmamaq üçün Aytən bir söz demədi.Əvvəlcə Kamillə görüşüb qərarını ona bildirdikdən sonra valideynlərilə danışacaqdı.Belə də etdi.Elə səhəri gün Kamil onu evdən gəlib götürəndə heç nə olmamış kimi onunla çıxdı.Dünən gözüylə gördüklərini yolda Kamilin üzünə deyəndə o tutuldu.Əvvəl istədi inkar etsin.Bundan bir şey çıxmayacağını görüb etiraf etdi.Həmin qızla bir neçə aydır görüşürmüşlər..Çox peşman olduğunu, Aytəni belə “xırda şeylər”ə görə itirmək istəmədiyini dedi.Özünə bəraət üçün o qızla aralarında heç nə baş vermədiyinə and da içdi.Amma bu üzrlərin, andların Aytən üçün heç bir əhəmiyyəti olmadı.Onu bağışlamadı.Evə gəlib qəti qərarını-nişanı qaytarmaq istədiyini valideynlərinə də bildirdi.

Kamil Aytənin bu qərarını ilk vaxtlarda ciddiyə almamışdı.Düşünmüşdü ki, bu, Aytənin şıltaqlığıdır.Ona bir az zaman vermək lazımdır.Zaman keçdikcə unudacaq və özü barışacaq.Axı Kamili çox sevir.Həm də aralarında baş verənlərdən sonra Aytən tamamən ayrılmağa risk etməzdi.Bu fikirlərlə bir neçə gün onun gözünə görünmədi, zəng də etmədi.Baş verənlərin unudulmasını gözlədi.Nişanlısının onu bağışlayacağına o qədər əmin idi...Hətta Kamilə elə gəlirdi çox keçməz Aytən özü onu axtaracaq.Amma sən saydığını say...Günlər həftələrə, həftələr aylara çevrildi.Aytənin yumşalmadığını, onu bağışlamadığını görəndə özü buna cəhd  etdi.Anasıyla birlikdə Aytəngilə barışıq üçün gedəndəsə gözlədiyinin  tam tərsi oldu.Nişan üzüyü və o günədək Aytənə gətirdikləri və özünün ayrıca aldığı bütün hədiyyələrlə birlikdə onları yola saldılar.Kamil nəhayət hər şeyin bitdiyini, sevgilisini itirdiyini anladı.Çox peşman olsa da artıq gec idi.

Təhqir olunmasına, hətta döyülməyinə belə dözən Aytən bircə xəyanətə dözmədi.Onu bağışlamağı çox istərdi.Amma bacarmadı..Xəyanətin acı zəhəri qanına kimi işlədi.Onu içindən yedi, bitirdi, məhv etdi..Kamillə bir yerdə olmağa onu son günlərdəki rəftarına baxmayaraq məcbur edən səbəb də daha gözündə deyildi.Bu da onu fikrdindən döndərmədi.Onun böyük sevgisi belə adi sonluqla başa çatdı..

Daha onun öz arzusu, onu həyata bağlayan bir istəyi qalmamışdı.Qoy bundan sonrakı taleyini valideynləri həll etsinlər.-İndi blə düşünürdü..

...Bütün baş verənlər Aytəni çox dəyişdi.Bədbinləşmişdi.Daha qapalı olmuşdu.Evdən bayıra çıxmağa da həvəsi yox idi.Nə bacısı Dilarəgilə gedər, nə rəfiqəsi Lamiyə ilə gəzməyə çıxardı.Anasına ev işlərində kömək edər, boş vaxtındasa balaca Elçinlə oynayıb başını qatmağa çalışardı.

Beləliklə bir il keçdi.Yavaş-yavaş özünə gəlməyə başlayırdı.Yaxşı ki, Lamiyə var idi.Bircə o təsir edə bilirdi ona.Lamiyə ilə axırıncı söhbəti çox mütəəsir etmişdi onu.Həmin söhbətdən sonra özünə söz verdi ki, yaşamaq, xoşbəxt olmaqçün mübarizə aparacaq, dirənəcək, eynən rəfiqəsi kimi.Aytəni gəzməyə çıxara bilməyən Lamiyə həmin gün özü gəlmişdi Aytəngilə.Çox sevincli, bir az da həyəcanlı görünürdü.Görünür yenə mühüm və xoş bir xəbərlə gəlib yenə.Söhbətə hardan başlayacağınısa bilmirdi-gözlərindən görünürdü.Əvvəlcə Aytəndən hal-əhval tutmaq istədi.Axı çoxdandır görüşmürdülər.Gələn kimi onun halını soruşmadan ancaq özü haqda danışmaq yaxşı çıxmazdı.

-Şükr, gözümə yaxşı dəyirsən bacı.Telefonda danışsaq, tez-tez zəng zəngləşsək də görüşməyin, üzbəüz danışmanın yeri başqadır.Hər dəfə zəng edəndə, halını soruşanda “Yaxşıyam, bacı, narahat olma” desən də səsindən hiss olunurdu heç də yaxşı deyilsən.Amma indi deyəsən bir dəyişiklik var, üzün gülür daha..

-Əsəblərimi müalicə etdirdim bir müddət.Psixoloqla da əlaqə saxlayıram hələ də.Tapşırdı ki, evə qapanıb qalmayım.Bu daha pis təsir edər.Hər şeyi unutmaq istəyirəmsə mütləq insanlar arasında olmalı, tez-tez gəzintilər etməli, kiçik də olsa dəyişikliklər etməliyəm həyatımda.Və bunu özüm etməliyəm.”Özün-özünü sağaltmağa çalış” tapşırdı mənə.Hərdən vaxt tapanda kitab oxuyuram.Elə öz dərsliklərimi.Axırıncı iki ili yaxşı oxuya bilmədim.Bir yandan qaqaşa başımız qarışdı, bir yandan da fikrim Kamildə, onunla görüşlərimizdə qaldı.Sevgiylə dərs bir yerdə alınmır.Şagird hara, sevmək hara?

-Aaa, nə yaxşı?Demək nəyəsə marağın yaranıb.Bu yaxşı haldı.İnsanda maraq, istək olanda onda ümid də yaranır.Ümid varsa yaşamaq həvəsi də artacaq.Amma adi maraq üçün deyil, ali məktəbə qəbul məqsədilə oxu.Sən axı sinfimizdə hamımızdan yaxşı oxuyardın.Səndən pis oxuyanlar, orta qiymətlərlə məktəbi bitirənlər bu gün tələbəykən sən niyə ali təhsil almayasan ki?

-Ehh, üç il keçib.Bundan sonra hazırlaşsam da inanmıram qəbul olam.

-Belə inamsız olma.Hazırlaşmana bir il də bəs edər.

-Atam da sən deyənləri deyir.Hazırlıq kursuna yazılmamı təkid edir.Bilmirəm, tərəddüd edirəm hələ.Qorxuram bu dəfə də qəbul ola bilməyəm.Onun ümidlərini qıram.Daha onu məyus etmək istəmirəm.

-Nahaq yerə qorxursan.Sən axı həmişə cəsarətli olmusan.Özünə güvən.”Bir işi başlamaq-onun yarısını etməkdir”-bu sözü deyən sən deyildin,Belə inamsız olma.Ən azından bir cəhd etmiş olarsan.

-Yaxşı, fikirləşərəm.Sən indi özündən danış.Nə var, nə yox?Hiss edirəm mənə xeyir xəbər verməyə hazırlaşırsan.Hə, düz tapdım?

-Həmişəki kimi düz tapdın.Səni toyuma dəvət etməyə gəldim.Seymurla evlənməyə qərar verdik.

-....-Aytən susdu, dərhal cavab verə bilmədi.Bilmədi bu xəbərə sevinsin, ya kədərlənsin.Düzdür bacı qədər sevdiyi rəfiqəsinin bu xoş gününə sevinməyə bilməzdi.Amma onu kədərləndirənsə Lamiyənin sonrakı taleyi haqda olan narahatlığı idi.Seymur onun keçmişini, “səhvini” bilirmi?Bilsə qəbul edəcəkmi?Bunu özündən soruşmağa çəkindi.Qəlbinə dəymək istəmədi.Lamiyə onun bir qədər fikrə getdiyini, dediyi xəbərə dərhal reaksiya vermədiyini görüb rəfiqəsinin fikirlərini oxuyurmuş kimi davam etdi:

-Seymurla əvvəl dost kimi görüşürdük.Necə də olsa üç il bir sinifdə oxumuşuq.Bir ildir bir yerdəyik.Onunla hər günkü görüşlərimiz, gün ərzində saysız zənglərimiz məni ona bağladı, məndə sevgiyə yenidən inam yaratdı.Yalnız sevdim..Onunla evlənəcəyimizi isə düşünmədim.Özümü ona layiq görmürdüm..Bu təklif mənimçün də çox gözlənilməz oldu.Onun sevgisinə, sadiqliyinə özümdən çox inanıram..

-Heç vaxt demə ki “Mən ona layiq deyiləm”.Bu sözü bir də eşitməyim.Sən hər şeyin ən yaxşısına layiqsən.Qəlbin çox təmizdir.Allah qəlbinə görə versin.Heyf ki, oğlanlar bizim kimi düşünmürlər.Onlar “yaxşı qız”dan istifadə edib onu atandan sonra bu azmış kimi hələ ona “pis qız” damğasını da vururlar.Seymur Elvinlə görüşdüyünüzü, sevgili olduğunuzu bilirdi.Bəs aranızda olanları?

-Əlbəttə...Danışdım.Çətin olsa da..Hər şeyi olduğu kimi..Onu aldatmaq istəmədim.Elvinin dediyi kimi etmək-qızlığımı bərpa etmək-sevdiyim insana qarşı ən azından vicdansızlıq olardı.Lap buna görə məndən ayrılsaydı da danışıb rahatlanmalıydım.

-Sonra?Necə qarşıladı?-Lamiyə danışdıqca həmin anı təsəvvür etməyə çalışan, özünü Lamiyənin yerində hiss edən Aytən də həyəcanlandı..

-Normal qarşıladı.Mənə görə, aldadıldığım, əzab çəkdiyimçün pis olsa da səhvimə görə məni günahlandırmadı..Ona layiq olmadığımı, məndən qat-qat yaxşı qızla evlənməsini özünə də dedim..Fikrindən dönmədi.Dedi:-“Mənə qədər həyatında nə olubsa olub.Mənimlə olduğun müddətdə sadiq olman mənə yetər.O səhvi sən təklikdə etməmisən.Neyləyəsən ki, qarşına elə əclafı çıxıb.Səni həyata, sevgiyə küsdürüb..Söz verirəm ki, sənə hər şeyi, bütün acılarını unutduracam.Mənə inan..”-Seymur danışdıqca göz yaşlarım dayanmaq bilmirdi.Həqiqətənmi dünyada Onun kimi Mələk simalılar varmış..Dogurdanmı çəkdiyim əzabların mükafatı kimi Allah onu mənə bir ərmağan göndərmiş??Onun təklifini qəbul etdim.Amma hələ də inana bilmirəm.Bu yuxudur, ya reallıq?

...Lamiyə ilə bu söhbətini hər dəfə xatırladıqca gələcəyə inamı daha da artırdı.Tələbə olmaq və nə zamansa sevmək ümidi yenidən baş qaldırmışdı içində...

Ardı var...

Səslərin sayı: 22
73
5186
loading...
Şərhlər
Offline
Leyla_
Siz Allah gul kimi oxuyurudum amma ardi gelmedi. Hacan yazib qoyacaqsiz ardin?
18 mart 2015 09:06
Offline
Deniz N-va
Bele oglanlara lenet olsunn ireful
30 may 2014 15:35
Offline
Minira Aslanzade
Maraqlıdı təşəkkür edirəm.
20 mart 2014 01:42
Offline
Kemale Memmedova
men oqlanlara hec inanmiram.evvelden.
2 dekabr 2012 16:31
Offline
Sandra
oooooooooy necə maraqlıdı.
8 mart 2012 16:29
Offline
Zeriş
COX -COX MARAQLİDİR
22 sentyabr 2011 13:23
Offline
SARA91
LAMIYE COX WANSLI OLUB, BU , HER QIZA [ VEZIYYETINE GORE ] NESIB OLMUR .
21 sentyabr 2011 20:47
Offline
Flowers
Sitat: Gulşen_q
Çox sağ ol))Gec də olsa mən də səni təbrik edirəm.Tətildən sonrakı günlər həmişə ağır gəlir adama.Bu, təbiidir.Sıxılanda gəl yanıma))Gör neçə ildir görmürəm səni.Yəqin ki tanımayacam görəndə.Gələsi olsan 6-cı gün gəl ki rahat danışa bilək.
P.S.-Yaxşı ki qadın.net var-onun sayəsində yenidən rastıaşdıq

cavabiniza gore teşekkurler, bilirem ki indi 5 nomrelidesiniz, işleriniz daah cetin olar mence...oz "eviniz" deyil axi , o gun gelmişdim, xalamin yanima iceri kecmeye curet etmedim nese utandim , hem de evvelki muellimlerimin coxusu yoxdur eee ele bil...yoxsa mene ele gelir ne bilim... dogrudan da şadam ki sizi burda gordum bunun da esl sebebkari sizsinzi, eger avatarinizdaki sekli gormeseydim bilmezdim ki hec bu sizsiniz...haraan aglima gele bilerdi axi? sonra nedense avatariniz gotrudunuz, ama men cox beyenmisdim o sekilleri... bir gun soz verirem vaxt tapan kimi gelecem, hec deyismemeişem, goren kimi deyeceksiniz ki ele hemin qizdir... wink
18 sentyabr 2011 12:59
Offline
oksana
Ardini gozleyeceyem cox sag olun size
17 sentyabr 2011 19:35
Offline
Fatma xanım
davam -davam yenə' davam tez ol
17 sentyabr 2011 15:12
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
QWEN
Axir oxuya bildim, neche gundur başim qarişiq idi, oxuya bilmirdim. Ardini gozleyirem, yeqin gozel sonluqla biter winked
16 sentyabr 2011 21:30
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Offline
Gulshen_q
Sitat: azerikizi
bu bolumude oxudum deyesen finala yaxinlaşiriq.umud edirem ki,gelen defeki son olar

Sona hələ 3 hissə qalıb.

Sitat: creativka
Kamil kimilerinin bu heyatda yeri yoxdu,

Amma nədənsə Kamil kimilərə meyl edən qızlarımız daha çoxdurlar.Sakit, üzuyola, səbrli, qayğıkeş oğlanlarımızı-bir sözlə "centlmenleri" deyil, "Donjuanları" daha çox bəyənirlər.Görəsən niyə?))

Sitat: ayans
oxumadim eee

Özünüzə məxsus qeyri-adi şərhyazma üsulunuz var.Heyranam sizə))

Sitat: AylinEli?
belə eşylər oxuduqca ancaq və ancaq qizimi fikirləşirəmcox qorxuramki gələcəyi ücün.

Az qala hər hissəni oxuyanda belə yazırsız.Bu bədbinlik hardandır sizdə?Belə etməyin.Yadınızda saxlayın ki, bədbin ruhlu sözlərinizlə o pis fikirləıri, hələ baş verməyən hadiləsəri özünüz "çağırırsınız"..Əksini edin.Sizə pis təsir edən nəsə eşidəndə o dəqiqə deyin:-"Məndə isə hər şey yaxşı olacaq".Sözlərə və fikirlərə diqqət edin.."Məndə pis olmayacaq" da deməyin heç."Məndə yaxşı olacaq" deyin.Hər iki cümlədə məna eyni olsa da 1-ci sümlədə "Pis" sözü işlənib, 2-cidə isə "Yaxşı"..

Sitat: NNNN
bugun bunu qebul eden oglan sabah bawina vurmayacaq ki, vaxtinda bele bir sefin olub.

Məsələ də bundadır..

Sitat: lovable_madam
coxdandir se soraginiz gelmir ay GULŞEN XANIM, ana sehiye hemise baxirdim goren sizin şeriniz var? gormeyende cox pis olurudm

Pis olma, Canım.Sadəcə internet vaxtım bitib.Başım çox qarışıqdı deyə bununla məşğul olmağa hələ vaxtım myoxdur.

Sitat: lovable_madam
bu arada sizi sabahki 2011-2012 tedris ilinizin baslanamsi munasibetile urekden tebrik edirem, bir shey deyriem size bu il qoy xeyir ve ugur getirsin.....bundan yaxsi ne deye bilerem?! ele ozume de bunu arzulayiram..nese ele bil bu il mene cox cetin gelir, agir olacaq, teki men yanilim...ALLAH ishlerimiz avand etsin.. AMIN AMIN AMIN

Çox sağ ol))Gec də olsa mən də səni təbrik edirəm.Tətildən sonrakı günlər həmişə ağır gəlir adama.Bu, təbiidir.Sıxılanda gəl yanıma))Gör neçə ildir görmürəm səni.Yəqin ki tanımayacam görəndə.Gələsi olsan 6-cı gün gəl ki rahat danışa bilək.
P.S.-Yaxşı ki qadın.net var-onun sayəsində yenidən rastıaşdıq smile


Sitat: R.G.AL-SU
BU QURTARANA OXSAMIR AMMA

3 hissədən sonra qurtaracaq.Təxminən oktyabrın əvvəlllərində.
16 sentyabr 2011 14:21
Offline
Angel
Sitat: Gulşen_q
həyat yoldaşına etiraf edə

mence etiraf etmeyi duz olub, bawqa weylerle ort bastir edib oglani aldada bilerdi, bu zaman bes oz vicdani? insan ozune gele bilmez, omur boyu onu fikirlewerki ozum ozumu aldatmiw kimi varam, amma bilmekde olmaz ki bugun bunu qebul eden oglan sabah bawina vurmayacaq ki, vaxtinda bele bir sefin olub.
16 sentyabr 2011 14:19
Offline
Gulshen_q
Sitat: ToRmEnTo
hercend ki ele menim de dusunceme gore normal qarsilanacaq bir veziyyet deyil.ona gore de oglanin reaksiyasi cox gozlenilmezdi...

Əgər siz də belə düşünürsünüzsə o zaman daha oğlanları niyə qınayaq ki?))

Sitat: vusale91
heyatda bele olmur hekayedeki kimi cox teesuf

Sonda hər şey həyata tam uyğun olacaq..

Sitat: NNNN
oxuduqca ele bilirem bu qizlari taniyiram,

O qızlar kimilərilə hər birimiz rastlaşa bilərik.Rastlaşırıq da.Sadəcə onlarda Lamiyə kimi ürək, cəsarət yoxdur ki, etdiyi səhvi gələcək həyat yoldaşına etiraf edə..Bunda onları elə də qınamaıram.Etiraf etsələr belə onları "bağışlayan" az tapılar".Özləri günah içində itib-batsalar belə..

Sitat: leylahuseynova
oğlan başqa qız qaçırıb Sumqayıtdan idilər

Qız idi Sumqayıtdan, ya oğlan?Allah hər ikinizi-həm o qızı, həmm səni yaxşı qurtarıb o adamdan..

Sitat: Mila?85
BIZ QADINLAR SEVDIYIMIZE, NIŞANLIMIZA, HEYAT YOLDAŞIMIZA SADIQ QALIRIQ
AMA BU KIŞILER OFFFFFFFFF

Təəssüf ki, həyatda çox az adam öz YARını tapa bilib.Qalanlarındasa nəsə çatmır.Hər ikisi sadiq, hər ikisi anlayışlı, hər ikisi mehriban,-qısası bir-birini tamamlayan cütlüklər çox azdırlar.Onların çoxunusa ya həyat ayırırir, ya Ölüm..
16 sentyabr 2011 14:05
Offline
Iceberg
Sitat: Gulşen_q
Bu hisslər, ya fikirlər tanışdır?))

hisslər əslində.
16 sentyabr 2011 01:34
imza: shafaabdulla.blogspot.com
Offline
muslim woman (şirinlər:))
MENCE BELE OGLLAN AZ TAPILAR ZATEN COX Tapilsa qizlar bildiklerini ederler belay
16 sentyabr 2011 01:21
Offline
vefa-n
HER INSANIN TALEYINDE NESE BAŞQASININ TALEYINE OXŞAYIR EEE.COOX MARAQLIDIR GULŞEN XANIM MEHZ HEYATI HEKAYE OLDUGU UCUN MARAQLIDIR GOZLEYIREM ARDINI
15 sentyabr 2011 20:34
Offline
kranlik_cizgi
bu yzinin axirini cox maraqla gozleyirem.dogurdan da bele insanlar ve bele heyatlar var.Allah insanin aglini alinca canini alsin
15 sentyabr 2011 20:29
Offline
sheyla
men de butun hisseleri oxuyuram axirini sebirsizlikle gozleyirem gorum nece olacaq men her muasir yazicilarin eserlerini oxumaga hovselem catmir amma bu hekaye maraqli idi
15 sentyabr 2011 19:37
Offline
Məryəm.
Sitat: Gulşen_q
Niyə?

bir az oxudum maraqlıdı seçilmişlərə atmışam mütləq hamsını oxuyacayam
vaxtım yoxdu hamsını oxumağa həmdə internetim zəifdi tam açılmır
15 sentyabr 2011 15:23
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!