Qoç - Mühüm işlərə başlamaq üçün günün ilk yarısı əlverişlidir. Önəmli görüşü və danışıqları təxirə salmayın. Yaradıcılıq sizdə məmnunluq hissi yaradacaq. Sizi narahat edən məsələ ilə bağlı yaxınlarınızla müzakirələr apara bilərsiniz. Yaşamınıza yeni nüanslar əlavə edin.
Günün ikinci yarısında ailə problemləri ilə yaxından məşğul olun. İntuisiyanıza güvənin. Həddən artıq vaxt və qüvvə itkisi tələb edən işləri təxirə salın. Axşam saatlarında yaşam arealında qayda yaradın. Alış-verişdə bədxərclik etməyin.
Buğa - Günün ilk yarısında təxribatlara uymayın, emosiyaların təsiri altında hərəkət etməyin. Yaşam tərzinizi və fəaliyyət sahənizi dəyişməyin. Neqativ çoxdursa, yorğunluq hiss edirsinizsə, bir qədər nəfəs dərin. Sakitləşin, gərginlikdən qurtulun.
Günün ikinci yarısında yaşananlara praqmat baxın. Adi, rutin işlər sizi darıxdırmasın. Axşam saatlarına ciddi, önəmli iş planlaşdırıbsınızsa, onu yaddan çıxarmayın.
Görüləsi işlərin praktik yönlərini götür-qoy edin. İntuisiyanıza güvənin.
Əkizlər - Yaradıcılıq impulsları və enerji səviyyənizin yüksəlişini mövcud işlərdə ciddi islahatlara yönəldin. Danışıqlara, söhbətə çox vaxt sərf etməyin. İdeyalardan birini reallaşdırmaq olar.
Günün ikinci yarısında cürətli, iradəli olun. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli vasitələrin hamısından istifadə etmək olar. Sizi qayğılandıran məsələni çözmək üçün detallara fikir verin. Ambisiyaları azaldın. Bəzi nüanslarda ciddi irəliləyişlərə nail olmaq mümkündür. Planlar və gözləntilərdə yeniliklər edin.
Axşam saatlarına yaxın spontan hadisələr yaşanacaq.
Xərçəng - Ümumi mənzərəni görərək dəyərləndirməyə mane olan detallara çox fikir verməyin. Deyilənləri yanlış anlamayın. İkinci dərəcəli məqamlara həddən artıq önəm verməyin. Yaxın ətrafınızdakı insanların məsləhətləri sizdə stereotip düşüncə formalaşdırmamalıdır.
Günün ikinci yarısında sizi nə isə qıcıqlandırırsa və ya nədənsə şübhələnirsinizsə, qərar verməyə tələsməyin. Ani hisslərin təsirinə düşməyin.
Axşam saatlarında tanış süjetlər və nüanslar təkrarlanarsa, dejavyu effekti yaşana bilər.
Şir - Özünüzə çox güvənməyin. İmkan və potensialınızı nikbinliklə dəyərləndirməyin. Məişət məsələlərinin həllində iradəsiz davranmayın. Dözülməz dərəcədə xırdaçı olmayın.
Günün ikinci yarısında bədgümanlıq artarsa, yeni işə və ya layihəyə başlayın. Mənfi hisslər yaradan xatirələrə dalaraq reallıq hissini itirməyin. Qətiyyətli olun. Çətin olmayan, yeknəsəq işə üstünlük verin. Stressdən qurtulmağa çalışın.
Axşam saatlarında rasionunuza fikir verin. Çox hərəkət edin, səhhətinizi düşünün.
Qız - Orqanizminiz və əsəb sisteminiz kənar təsirlərə məruz qalacaq. Emosional durumuzunu səbatlı edin. Məişət problemlərinin həllini axşam saatlarına saxlayın.
Günün ikinci yarısında tərəfdaş və ya şəriklərin davranışlarındakı dəyişikliklərin psixosomatik səbəblərini aşkarlamağa can atın. Ailədəki situasiya sizdə kəskin reaksiya yaratmamalıdır. Həll olunmamış məsələlər varsa, astagəllik etməyin.
Önəmli məsələləri təxirə salmayın.
Yalnız hissiyata güvənməyin.
Tərəzi - Qüvvənizdən optimal qaydada istifadə edin. İşgüzar tərəfdaşlar və dəyər verdiyiniz insanlarla təmaslarda səmimi, dürüst olun. Aqressiv və sərt davransanız, ünsiyyət alınmayacaq.
Günün ikinci yarısında bir qədər müstəqil çalışın. Kənar təsirlərə və müdaxilələrə boyun əyməyin. Tənha çalışmaq vurnuxmada nəzərdən qaçırılan detalların görülməsinə səbəb olacaq.
Axşam saatları profilaktiki tədbirlər üçün münasibdir.
Fəaliyyət göstərdiyiniz arealı qaydaya salın.
Əqrəb - Gördüyünüz işin təfərrüatlarına varın. Səhvləri aşkarlayın, kiçik nöqsanları üzə çıxarın. Diqqətli təhlil aparsanız, indiki yanlışlıqları bundan sonra təkrarlamaq riskiniz azala bilər. Yeni layihələrə qatılmaq üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında planlara köklü dəyişikliklər etmək olar. Metodlar, alətlər, avadanlıq və tərəfdaşları dəyişin. Yaxın ətrafınızdakı insanlardan biri sizdə şübhə yaradırsa, beləsindən uzaq durun.
Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Oxatan - Günün ilk yarısından etibarən asılı vəziyyətə düşməyin. Maliyyə, inzibati və təşkilati məsələlərdə diqqətli olun. Kimdənsə asılı durumda olmağınız işlərinizin xeyrinə deyil.
İş yerində günün ikinci yarısında yarana biləcək problemləri tələsmədən həll edin. Əks təqdirdə düşünülməmiş qərar fəsadlı nəticələrə səbəb ola bilər.
Həddən artıq çalışmayın. Yorğunluq riski var.
Genişmiqyaslı layihəyə başlamazdan əvvəl imkanlarınızı, qüvvələrinizi və potensalınızı dəyərləndirin.
Oğlaq - Günün ilk yarısında formalaşan situasiyanın şərtlərindən asılı olmayaraq ruhdan düşməyin. Pozitiv emosiyalara ehtiyacınız var. Zəhmətkeş olun, vədlərinizi unutmayın. Çətin məsələlərin həllində başqalarına bel bağlamayın.
Günün ikinci yarısında ciddi problemlər yaranmayacaq. Cari məsələləri asanlıqla həll edə bilərsiniz. İş yoldaşları, şəriklər və ya tərəfdaşlarla bağlı şübhələr yaranarsa, durumu nizamlamaq, nigaranlıqlardan qurtulmaq olar.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Dolça - Günün ilk yarısı təşəbbüslər üçün yararlı deyil. Yaxşı situasiya müşahidə olunmur. Diqqətli və səbrli olun. Maraqlı detalları nəzərdən qaçırmayın, sayıq davranın.
Günün ikinci yarısında zərurət olmadan təşəbbüslə çıxış etməyin. İrəliyə doğru hərəkətinizə maneələr yarada biləcək nə varsa, ondan qurtulun. Zərərli vərdişlərdən biri və ya bir neçəsi ilə vidalaşmaq zamanıdır.
Peşəkar fəaliyyət müstəvisində kobud səhvlərə yol verməyin. Şübhəli əlaqələrə aludə olmayın. Təkrarlanan situasiyalar, göz qarşısında vurnuxan insanlara diqqət yetirin.
Balıqlar - Hadisələrlə zəngin gündür. Mövcud prosesdə yenidənqurma tələb edən nüansları diqqətdən qaçırmayın. Emosiyalarınıza nəzarət edin. Vəziyyət çox asanlıqla münaqişə yarada bilər. Baş verənləri heç bir səbəb olmadan dramatikləşdirməyin.
Günün ikinci yarısı yeni layihə ilə bağlı çalışmalar üçün əlverişlidir. Uğur məhsuldarlığınızdan, zəhmətkeşliyinizdən asılıdır. Olaylara süni təkan verməyin. Axşam saatlarında stressdən qurtulun. Heç yerə tələsməyin.
XƏBƏR LENTİ
"Instagram"da 3 yeni funksiya
Türkiyədə zəlzələ: yaralananlar var
Hacıqabulda güclü yanğın olub, 180 Eldar şamı yanaraq məhv olub
Dilqəmin məktubu çatdı
NASA kosmosa sualtı qayıq göndərmək istəyir
Qeyri-adi görünüşlü kitabxana
Günün ulduz falı
Nazirlik cəbhədəki vəziyyətə görə tədrisin təşkili ilə bağlı əhaliyə müraciət etdi
Qripin müalicə prosesini sürətləndirən 5 təklif
Virtual Mercedes real olacaq
Sızanaqları aradan qaldıran süd maskası
Dünyanı necə çirkləndirdiyinizi görün
Zahanın Qətərdə stadionu
Günün ulduz falı
90-cı illərin saç və makiyaj trendləri geri gəlir
Məşhur gözəl bir gecədə 50 il qocaldı
Qeyri-adi broşlar
Satılan mənzillərin 30 faizinin sənədi yoxdur
Bakının bu hissəsində qaz olmayacaq
Hamilə xanımların diqqətinə...
Şvarsnegger 61 yaşlı Sara ilə qayıtdı-FOTO
Dəbli gəlinliklər
Meryem Üzerli YENİ İMCİDƏ-FOTO
Müəllimlər hansı hallarda cəzalandırıla bilərlər
Eser Yenenler 15 kq arıqladı
Həyatımı Ona borcluyam...
Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ
Miniatür kitab muzeyi Ginnesin rekordlar Kitabına düşüb
Rasim Balayev karantinə alındı
Facebook parolunu unudanlara XOŞ XƏBƏR
Burak Özçivit bu dəfə Buxarestə gedir
Maraglı fincanlar
SMS icazənin ləğvindən sonra Bakı - VİDEOREPORTAJ
Evdə oturmaqdan sıxılan uşaqlarla necə vaxt keçirməli?
Qvinet Peltrou toy FOTOsunu paylaşdı
Qonşusu ilə dalaşan Ed Şiran pandemiya dövründə yeni evlər aldı
Bakıda partlayıcı qurğu aşkarlanıb
“Cumali” aşiq olub - FOTO
Dostu necə tapmalı?
"Qələbəni anama həsr edirəm"
Rabitə Nazirliyinin təklifi internet-provayderlərin gözləntilərini doğrultmadı
Bu yeni sözləri dilimizdə işlədə biləcəyik - SİYAHI
Salep necə hazırlanır?
Uşaqlar yalnız "yaxşılıqdan" anlayır
Avropanın ən hündür atraksionu bu şəhərdə qurulacaq – FOTO
Alimlər duman vasitəsilə elastik displey yaradıblar
Ağız qoxusunu yaradan səbəblər və həlli yolları
Pulsuz təhsil alanların sayının artırılması təklif olunur
HAVA necə olacaq?
Ana qatili olmayaq