Bakıda hava 31°
USD 1.7000 AZN
EUR 1.9828 AZN
17:55Ayla Ayla Salam Xəyalə xanım 17:51Xəyalə Murad Xoş gəldiz, Ayla xanım. İstirahət günüdür) 17:48Ayla Ayla Qızlar bu gün nə səssizlikdi belə? Gəzməyə getmisiz
38887

Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı

Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı


Bu il yay fəsli Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 14:07-də gələcək.

Qadin.Net Milli.Az xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya bildirib ki, bu il martın 20-də Bakı vaxtı ilə saat 20:15-dən ölkəmizə qədəm qoyan yaz fəsli iyunun 21-də saat 14:07-dən etibarən yay fəsli ilə əvəzlənəcək. Həmin vaxt yay Günəş qarşıdurması anı adlanır.

Alim bildirib ki, yay fəslinin gəldiyi 21 iyun tarixində Şimal yarımkürəsində ən uzun gündüz (14 saat 43 dəqiqə) və ən qısa gecə yaşanacaq. Cənub yarımkürəsində isə bu gün, əksinə olaraq ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq. İyunun 22-dən etibarən isə gündüzlər qısalmağa, gecələr uzanmağa başlayacaq. Bu proses 21 sentyabr tarixinədək davam edəcək.

Qeyd edək ki,  bu il Azərbaycanda payız fəsli sentyabrın 23-də Bakı vaxtı ilə saat 05:54-də (payız gecə-gündüz bərabərliyi), qış isə dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) başlanacaq.

Səslərin sayı: 0
0
253
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )