Bakıda hava 25°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
14:26Ayla Ayla Qızlar istilərlə neyniyirsiz? 09:39Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40598

ETİRAFLAR:-"Oyuncaqsız uşaq valideynə nifrət edər?"

"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın! 

ETİRAFLAR:-"Oyuncaqsız uşaq valideynə nifrət edər?"

"İnanmayacaqsız, amma bəzən yorğunluqdan ağlayıram. Bel ağrısı, ayaq damarlarımın ağrıdı, baş ağrısı... ağrılar bitmək bilmir. Evdar xanımam nə olsun? Bir saat oturduğumuzu xatırlamıram. Üç uşaq anasıyam. Birinin tökdüyünü digəri yığmaz. Heç nəyi bölüşə bilmirlər. Bir yerə qonaq gedəndə quzu balası olurlar. Hamı deyir nə tərbiyəlidilər. Di gəl ki, evdə... Gün ərzində qonaq otağını ən azı qırx dəfə yığışdırıram. Oyuncaqların tam yığıldığı gün nədir, heç dəqiqə belə yoxdu. Qonaq gələndə utanıb xəcalət çəkirəm.
ETİRAFLAR:-"Oyuncaqsız uşaq valideynə nifrət edər?"
Axı necə izah edim ki, yığsam da, yığmamış kimi görünür. Axı necə izah edim ki, uşaqlarım dağıdıb tökməyin kralıdırlar. Yoldaşım da ki... Təmizliyin kralı. O qədər təmizlik xəstəsidir ki, hətta qapını nəm salfetlə tutub açır. Hətta həkimə gedib bu qədər təmizlik tələb etməsinin səbəbini öyrəndik. Psixoloji problem çıxdı. Başını buraxdı. Mikrobdan qorxur. Yanında asqırmaq olmaz. Öskürmək olmaz. Diş pastasının qapağının içini belə təmizləməmiş yerinə qoymur. Sabun qabını gündə otuz dəfə yumaqdan bezdiyimdən süngər üstünə qoydum. Onun gəlişinə beş dəqiqə qalmış dəhlizi, qonaq otağını gül kimi edirəm ki, qanı qaralmasın. Amma bütün bu rahatlıq onun uşaqların yataq otağına keçməsinə kimidir.
ETİRAFLAR:-"Oyuncaqsız uşaq valideynə nifrət edər?"
Oyuncaqları atmağımı, yenisini almamağımı təkid etsə də, ana ürəyim dözmür. Uşaqlarımı oyuncaqsız təsəvvür etmirəm. Bir oyuncaqdan üç ədəd alırıq. Etiraf edirəm ki, çox xərc edirik. Yorğunluqdan inildəyirəm. Yatağa uzanıb dərin yuxu yata bilmirəm. Bütün bədənim ağrıyır. Ağrıdan kim yata bilər? Tək əlacım oyuncaqları evdən xaric etməkdir. Qonşuya, ya uşaq bağçası var ora verərəm. Bəs sonra? Sonra uşaqlarımın ən amansız düşməni mən olmaram? Onlar mənə nifrət etməzlər? Nə edim? Çarə deyin. Uşaqlarım 3-8-10 yaşlarındadırlar. 
Məni dinlədiyiniz üçün sizə minnətdaram, Xəyalə xanım". 
Səslərin sayı: 2
5
1850
loading...
Şərhlər
Offline
Elif♡
Xanim, dogrusu cox uzuldum haliniza. Men de evin seliqeli yir yigisli olmasini sevirem..amma usaqdi bu. Elbette tokub dagidacaq. Oyuncaqlari ile de oynamaga sonuna qeder haqqi var. 8, 10 yasli usaqlarin sene komek etmesini balacaya baxmaqda, evi cox dagidib tokmemelerini xahis ede bilersen. Biraz qanirlar, mekteb yasindadilar. Ama her halda onlar da usaqdi. Problem yoldasinizdadi baci. Bunun ucun nece mualice usulu secirler bilmirem ama psixoloqla meslehetleşsez yaxsi olar. Size de yaziqdi. Butun gunu sil supur elbette yorgun dusersiz. Allah komeyiniz olsun.
14 avqust 2018 13:15
imza: Her insan ölecek yaşdadır.....
Offline
Feride
Sizi mənim qədər anlayan olmaz xanım. Ancaq balacanız böyüyənə kimi o oyuncaqlara dözməlisiz. ya da 10 və 8 yaşlı uşaqlarınızı hansısa idmanla yorun ki evi dağıdan tək balaca olsun
22 iyun 2018 08:59
Offline
Ayla Ayla
Oyuncaqsiz uşaqlıq olmaz ki nə danışırsız? Yoldaşınız səliqə tələb edirsə getsin təmiz otağa usaqlar niyə əziyyət çəkməlidir ki
21 iyun 2018 21:40
Offline
Iceberg
Burada bizim verə biləcəyimiz məsləhət yoxdur, həkimlikdir iş
21 iyun 2018 15:13
imza: shafaabdulla.blogspot.com
Offline
Xəyalə Murad
Əziz Qadin.Netlilər! Bu xanım bizdən məsləhət istəyir. Mümkünsə biganə qalmayın!
21 iyun 2018 11:31
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )