Bakıda hava 31°
USD 1.7000 AZN
EUR 1.9828 AZN
17:55Ayla Ayla Salam Xəyalə xanım 17:51Xəyalə Murad Xoş gəldiz, Ayla xanım. İstirahət günüdür) 17:48Ayla Ayla Qızlar bu gün nə səssizlikdi belə? Gəzməyə getmisiz
38887

İsveçdə yaşamaq hüququ almağın YOLLARI

İsveçdə yaşamaq hüququ almağın YOLLARI


İsveçdə yaşamaq bir çox miqrantın arzusudur desək, yanılmarıq.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, bir çoxları bu ölkədə yaşamaq, təhsil almaq istəyir. Bəs, görəsən, İsveçdə müvəqqəti yaşamaq hüququnu necə qazanmaq olar?

1.İsveç Krallığında yaşamaq hüququ almağın yollarından biri iş təklifidir. İş təklifi almaq bu ölkədə elə də asan deyil. Səbəb isə tələbatın yalnız yüksək ixtisaslı peşəkarlara olmasıdır. Misal olaraq İT sahəsində yüksək ixtisaslı kadrlara ehtiyac var.

2.Əgər bu ölkədə yaxın qohumlarınız yaşayırsa, buna görə də müvəqqəti yaşamaq hüququ ala bilərsiniz.

3.İsveçdə də ölkənin vətəndaşı ilə ailə qurmaqla yaşamaq hüququ əldə etmək keçərlidir. Lakin bu qaydalar elə də asan deyil. Belə ki, ailənin həqiqətən qurulduğunu bilmək üçün dövlət rəsmiləri həmin ailə ilə 6 aydan bir görüş keçirir. Bu, 2 il davam edir.

4.İsveçdə biznes açmaqla da uzun müddətə yaşamaq hüququ sənədini əldə etmək olar.

Bu sənədi əldə etmək üçün İsveçin ölkədəki səfirliyinə müraciət etməlisiniz. Müraciət müsbət dəyərləndirildikdən sonra həmin şəxs səfirliyə görüşə çağrılır və bu mərhələni də uğurla keçərsə, İsveçdə bir müddətlik yaşamaq hüququ qazanır. Yaşamaq izni hər kəsə individual yanaşılmadan sonra verilir. Müddəti isə 6 ay və ya 1 il olur.

Avropa ölkələrində yaşamaq hüququ kartını 2011-ci ilin 20 mayından bu yana "Residence card"-lar əvəz edir. Əvvəllər isə kartların əvəzinə kağızdan ibarət stikkerlər verilirdi. Yeni kartlarda sahibinin biometrik göstəriciləri və iki barmağının izi yer alır.

Səslərin sayı: 0
2
522
loading...
Şərhlər
Offline
Sima
4.İsveçdə biznes açmaqla da uzun müddətə yaşamaq hüququ sənədini əldə etmək olar.
20 iyun 2018 16:01
Offline
Xəyalə Murad
2.Əgər bu ölkədə yaxın qohumlarınız yaşayırsa, buna görə də müvəqqəti yaşamaq hüququ ala bilərsiniz.
19 iyun 2018 18:44
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!