Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
21:18Surayye Ozunde gunah gormur ele adadakilari pisliyir 21:17Surayye Salam canim Kadere qulaq asdin?Qiz yaman seydi ha 14:32Ayla Ayla Salam canim necəsən? Sima hanı? 13:17PERI hervaxtiniz xeyir qizlar hardasiz
39984

Mükafatların verildiyi gün – RAMAZAN BAYRAMI

Mükafatların verildiyi gün – RAMAZAN BAYRAMI


Ramazan (fitr) bayramı İslamda ən böyük iki bayramdan biri. Ramazan ayının sona çatması münasibətilə şəvval ayının 1-də qeyd edilir. Dini mətnlərdə "eyd əl-fitr" (fitr bayramı) kimi də xatırlanır.
Ramazan bayramına keçən gecə ayrılmış fitrə pulunu bayram günü səhər öz təyinatı üzrə çatdırmaq məsləhətdir. Ramazan bayramı günü oruc tutmaq haramdır. Həmin gün səhər vaxtı qüsl almaq, ətir səpmək, təmiz və səliqəli libas geyinmək, qohum-qonşuları təbrik etmək, əzizlərin görüşünə getmək savabdır. Bütün bayramlarda olduğu kimi, ramazan bayramı günündə də küsülülərin barışması təkid edilir. Bayram günündə ölülərin məzarını ziyarət edib, ruhlarına rəhməğ diləmək də ənənə şəklini alıb.
Ramazan bayramı günü qılınan bayram namazı eynilə Qurban bayramının namazı kimidir. Bayram namazını qılmaq şafii və maliki məzhəblərndə təkid edilən sünnət sayılır. Hənəfi məzhəbinə görə, bayram namazını qılmaq vacibdir (fərzdən daha aşağı səviyyədə). Hənbəli məzhəbinə görə isə, vacibi-kifayidir. Yəni heç kim bu namazı qılmasa, bütün müsəlmanlar günahkar sayılarlar; amma bir nəfər qılsa, başqalarının öhdəsindən bu vəzifə götürülmüş olar. Cəfəri məzhəbi baxımından, peyğəmbərin və imamın zamanında bayram namazını camaatla qılmaq vacibdir. İmamın qeyb dövründə isə qılınması müstəhəbdir; həm camaatla, həm də təklikdə qılına bilər.
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: "Şəvval ayının ayparası görünəndə (yəni Fitr bayramı gecəsi) mələklər möminlərə elan edərlər: "Sabah öz mükafat¬larınızı almağa tələsin; sabah mükafat günüdür". İmam Əli ibn Əbu Talib (ə) xəlifə olduğu dövrdə ramazan bayramı günü müsəlmanların qarşısında xütbə söyləyərək buyurmuşdu: "Ey camaat, bu gün yaxşı əməl sahiblərinə savab verilər, pis əməl sahibləri ziyana uğrayarlar. Bu gün qiyamətə çox bənzəyir. Evinizdən çıxıb məscidə toplaşmağınız qiyamətdə qəbirdən çıxıb Rəbbinizin hüzurunda toplaşmağınıza oxşayır. Məsciddə namaza durarkən qiyamətdə Rəbbinizin hüzurunda duracağınızı təsəvvür edin. Məsciddən evinizə dönməniz isə qiyamətin sonunda behiştə və ya cəhənnəmə getmənizi xatırlatsın sizə.
Ey Allahın bəndələri! Bilin, oruc tutan kişi və qadınlara veriləcək ən kiçik savab budur ki, Ramazanın sonuncu günündə Allahın əmri ilə mələklərdən biri car çəkib elan edər: "Müjdə olsun sizə, ey Allahın bəndələri! Sizin ötən günahlarınız bağışlandı. Görək gələcəkdə özünüzü necə aparacaqsınız".
Ramazan bayramına keçən gecəni ibadət və dua ilə keçirmək müstəhəbdir. Həmin gecə də ehya saxlamağın və çoxlu namaz qılmağın savabı var.
Fitr bayramına keçən gecənin axşam namazlarından və bayram gününün namazlarından sonra bu duanı oxumaq böyük savaba malikdir: "Allahü əkbər. Allahü əkbər. La ilahə illəllah. Vallahü əkbər. Vallahü əkbər. Və lillahil-həmd. Əl-həmdü lillahi əla ma hədana. Və ləhüş-şükri əla ma əvlana". Tərcüməsi: "Allah böyükdür. Allah böyükdür. Allahdan başqa məbud yoxdur. Allah böyükdür. Allah böyükdür. Həmd Allaha məxsusdur. Bizi hidayət etdiyinə görə Allaha həmd olsun. Bizi özünə dost etdiyinə görə Ona şükr olsun".
Rəvayətlərdə deyilir ki, İmam Zeynül-abidin (ə) ramazan bayramının gecəsi sübhə kimi oyaq qalıb namaz qılar və deyərdi: "Bu gecə heç də Qədr gecəsindən əskik deyil". İmam Əli ibn Əbu Talib (ə) isə həmin gecənin üstünlüyünü belə təsvir edirdi: "Yeri var ki, insan hər il dörd gecə yalnız ibadətlə məşğul olsun: fitr bayramı gecəsi, qurban bayramı gecəsi, şəbanın orta gecəsi və rəcəb ayının birinci gecəsi".
Bəzi ölkələrdə ramazan bayramı böyük təntənə ilə bir neçə gün (ən azı 3 gün) qeyd edilir.

Səslərin sayı: 0
0
205
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 21:18 - Müəllif: Surayye
    Yun köynəkləri necə yumalı? (1)

    Yun köynəkləri necə yumalı?

    Olmaz axi 60da qirisar men 30da yuyuram
  • 21:17 - Müəllif: Surayye
    "Qumlu" keks (foto resept) (3)

    "Qumlu" keks (foto resept)

    Ay da bu kremi ne qeder axtarmisam Allah razi olsun
  • 48 saat dayanmadan oyun oynadı-FOTO

    Ayla AylaTut qulağından sürü küçəyə. Hələ yemək aparır ki yesin. Uşağın yuxusuna görə narahat olmurAgzina salik canim menim. O play steysonu baglatmaq lazimdi
  • Ürək sağlamlığını qoruyan qidalar

    Maqneziumla zəngin olan daha bir qida yer fındığıdır. Onnu yeyən zaman siz eyni zamanda kifayət qədər vitamin və mineral da qəbul etmiş olacaqsınız. 4cstəkan qovrulmuş yer fındığı 64 mq maqnezium və yaxşı dozalı kalsium deməkdir.Magneziyum yemeliyik bilmirdim tesekkurler
  • Pizza dilimləri ilə böyüyən körpə

    Ussss pitsa yerine yeyerem seni
  • Modelin qaşları diqqət çəkir-FOTO

    Seksenlerin makiyajini elemese yaxsidi
  • 3 günə 3 kiloqram arıqladan pomidor pəhrizi

    Yoxlayacam gorüm ne mene seydi
  • Maykl Ceksonun ailəsi 100 milyon dollar tələb edir - SƏBƏB

    Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, onlar sözügedən kanalın müğənni haqda çəkilən “Neverlendi tərk edərkən” filminə görə 100 milyon dollar tələb edir.
  • Ürək sağlamlığını qoruyan qidalar

    Çox dəyərli və maarifləndirici xəbərdir. Təşəkkür edirəm, Ülkər xanım. Sizin xəbərlərinizi yenidən görmək xoş oldu. Bu inanılmaz tərəvəzin tərkibində fitonukleotidlər, bol vitaminlər həmçinin külli miqdarda magnezium vardır. Onun qəbulu orqanizmi iltihabı prosesləri aradan qaldıran altioksidantlarla zəngiləşdiri, detoksikasiyanı təmin edir, damar divarlarını təmizləyir, bu da təzyiqin azalmasına və ürəyin əlavə gərginlikdən azad olmasına səbəb olur.
  • Məşhurlar 80-ci illərdə

    Anjelina ile beonsa yarasdirdim
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!