Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9810 AZN

Şiddətin qurbanı olmayaq!

 

Şiddətin qurbanı olmayaq!


 

İnsan yaradılanların ən alisidir deyirlər.Çünki insan iradəyə, mənəviyyata malikdir və düşünə bilir.Bəzən də insan düşünməyi unudur . Yaradılanların ən alisi olan  insanı, Yaradanın  ucaltmasına  baxmayar, insan özünü ən adi səviyyəyə endirə bilir. Mən düşünürəm ki, insanın düşməni hər zaman insan olur. Çünki insanın insana və onun ruhuna verə biləcəyi  qədər təsirli  və qərəzli zərəri heç bir  qüvvə verə bilmir. Müasir çağımızda dünyada xüsusi ilə  bizim cəmiyyətimizdə  bunu daha aydın və kütləvi şəkildə müşahidə edə bilirik. Bunu hal-hazırda televizya kanallarımızda yayınlanan xəbər və porqramlar da təsdiq edir. Hansı kanalı izləsəniz ,günün müxtəlif zaman dilimlərində ailə için problemlərdən ,ailə daxili fiziki eyni zamanda  psixoloji şiddətədən bəhs edilir və bu hala məruz qalan insanların  nə qədər zərər çəkdikləri görünür.

  Həqiqətən elm və texnalogiya çağı kimi qəbul edilən bu çağda  pisixoloji - fiziki şiddətə,zorakılığa və təhqirə məruz qalib əzilən insanlar var . Bəli ,bu müasir çağımızda da ən çox qizlarimiz və qadınlarımız şiddətə məruz qalır və çox zaman ailə daxili şiddətin qurbanı olurlar.  Ailə daxil şiddət əsas olaraq “ailə içində bir fərd tərəfindən digər fərdin  həyatının, bədəninin, psixolojik bütünlüyünü ya da özgürlüyünü- müstəqilliyini güç ya da zorla təhlükəyə məruz qalması” şəklinde tanımlandırılır.(Stewart ve Robinson,1998, s. 83) (1) 

Ailə daxili şiddətin səbəbləri bunlardır : aşağı səviyyədə  evliliyə mecburi  razılıq, ailə fərdlərinin aqressiv hərəkətlər sərgiləməsi, ideolojik-düşüncə, irq və din fərqlilikləri, evlilkdə xüsusi ilə qadının məsləyinin  həyat yoldaşından daha yaxşı olması, daha çox gəlirinin olması, ilətişim- ünsiyyət qurma yoxsulluğu (özəlliklə uşaqlarda ve yaşlılarda),  hər cür güçsüzlükdür. Ailə daxili şiddətə məruz qalmış şəxslərdə əsasən bu  xüsusiyyətlərin olduğu görülür: Aile içinde bəlirgin bir rolları vardır (ən kiçik ya da ən böyük olmaq kimi). Ailə içində çox zaman hər şeyin suçlusu görülmə , günah keçisi olaraq qəbul edilmədir.  Bu şəxslər qarşı Şiddətin təkrarlandığı və  şiddətə təkrar təkrar məruz qaldıqları müşahidə edilir. Aile içi şiddətə məruz qalanlar təməldə qadınlar,  uşaqlar və yaşlılardır . (Vahip I :Evdeki Şiddet Ve Gelişimsel Boyutu: Farklı Bir Açıdan Bakış.Türk Psikiyatri Dergisi. 2002; 13(4): 312-319 )(Sağlık Bakanlığınca Dünya Sağlık Günü İçin Hazırlanan Basın Bildirisi.10 Ekim 2002,Ankara. Erişim Adresi: . Erişim Tarihi:14.7.2004.)(2)

 

Şiddətin qurbanı olmayaq!



 

Şiddətə məruz qalan qızlar və qadınlar bu hala etiraz etmək istədikləri zaman isə ailə daxilində  qınaq hədəfinə çevrilir və ailənin fərdləri etdikləri fiziki , eyni zamanda  pisixoloji siddətin  normal hal olduğu ,hər ailədə bu  halın baş verə biləcəyi kimi safsataları qadınların beyninə aşılamağa çalışırlar. Əgər qadın bu safsatalara uymayıb və etirazına davam etməkdə qərarlı olarsa   daha çox zorakılığa və şiddətə məruz qalır.  Bəzən də “ namus təmizliyi” adı ilə  qəlt edilir ya da intihara məcbur qalır. Bu fəlakətlərdən qurtulam üçün qadınlar səslərini lazımi Dövlət Orqanlarına duyurmaqda qərarlı olmalıdırlar. Çünki  Şiddətə məruz qalan qadın,uşaq və bütün insanlar  bunu etiraf etməkdən çəkinməməli və ”  el-aləm” deyilən gərəksiz , boş-bekar insanların qınağından qorxmaq əvəzinə, cəsur və iradəli şəkildə bu qınaqları və sahiblərini susdurmalıdırlar.  Çünki bizim müstəqil Dövlətimiz var və Hüquq Orqanlarımız var. Bizlər hüquqlarımızı bilməli və müdafə etməliyik. İnanın,  Allahın c.c endirdiyi heç bir ayədə “ insanları öz eqolarınız  və çıxardığınız  ədalətdən uzaq qərarlar üçün döyə və ya öldürə bilərsiniz” deyilmir , ya  da heç bir ayədə “Erkəkdir –KİŞİDİR hər istədiyini edər” də deyilmir və  Azərbaycan Respublikasının Konstitusiyasında  heç bir maddəsində də “ Qadınlara, uşaqlara ,gücsüz insanlara qarşı şiddət göstərmək güclülərin haqqıdır” deyə yazılmır! Bütün bunlar şiddətin  Yaradan tərəfindən də ,  Dövlət tərəfindən də  qəbul ediləmədiyini  açıq- aydın əks etdirir.

  Dünyanın ən saf varlığı olan və bizlərin gələcəyi olan uşaqlar da çox zaman  fiziki və psixoloji şiddətə məruz qalırlar. Bu hal ya ailə daxilində ,ya da  məktəbdə,bağçada və.s baş verir. Çox zaman valideyinlər övladlarına  sözdə “tərbiyə” üsulu olaraq şiddəti seçirlər.  Əslində bu ən böyük cinayətdir.Uşaqların ruhunda dərin yaralar açan bu “tərbiyə” üsulunu normal hesab edən valideyinlərin çoxu özlərini müdafiə edərkən “ Məni də anam ,atam və ya qardaşım döyüb.Burda nə var? ,sən məndən qiymətlisən? mən də döyülmüşəm ,sən məndən dəyərli deyilsə,adam ol deyə döyürəm” deyirlər.  Sanki döyülmək(şiddət)   nəsildən-nəslə ötrülməsi lazim olan bir mirasmış kimi dəyərləndirilir.  Zorakılıq ,zülm və şiddətin ailə daxili tərbiyənin bir hissəsi kimi görənlər də var. 

 Məhz şiddət sorununun (probleminin) ən can alıcı nöqtələrindən biri də, nəsildən -nəslə ötürülmə özəlliyidir. Aile daxili  şiddətə məruz qalan uşaqların əksəriyyəti, böyüdüklərində şiddət göstərən ərə və qadına ( yəni eşlərə) , ana atalara dönüşürlər.  

 Bəzi  şiddətə meyl edən  yetişkinlərin büyük bölümünün uşaqlıqda ailə içi şiddətə məruz qaldıqları gərcəyi təsdiqlənmişdir. (Kaufman ve Zigler 1987) (3).  Yeni nəslin şiddətə məruz qalması gələcəyimizin məhvi deməkdir.  Belə ki, ailəsində ardıcıl bir şəkildə  fiziki və ya psixoloji şiddət görən şəxslərdə depresiyaya  daha çox rastlanılır. Şiddət məruz qalmaq nəticəsində öfkənin bir şəkildə dəf edilməsi  ilə ortaya çıxan depressiya, bu şəxslərdə impulsif suisid  yəni bir anda intihar etməyə səbəb  olur.( Aile ve Toplum Yıl: 7 Cilt: 2 Sayı: 9 Ocak-Mart 2005 ISSN: 1303-0256.(4).  

  Dəyərli qadınlar və şiddətə məruz qalan bütün insanlar ! Şiddətə məruz qalmağa məcbur deyilsiniz!  Öncədən də qeyd etdiyimiz kimi insanın insana  verdiyi qərəzli zərəri heç bir qüvvə verə bilməz. Bəzən bizə ən güclü zərəri ən yaxınlarımız verir.  Bu zərərin normal hal olduğunu da müdafiə edirlər.Çünki,  hələ də  şiddəti,təhqiri və təhdidi  normal hal hesan edən bədəvi ərərblərlə eyni düşüncədə olan va ya şəxsi eqolarını doyurmaq üçün “ qanunlar“  çıxaran  və  özlərini çağdaş hesab edən barbarlar  var. Əslində mən bu mövzuda  “EL-aləmin , xalqın və  camaatın sayəsində puç olan həyatlar” isimli məqaləmdə geniş bəhs etmişdim. Şiddətə məruz qalan qadın,uşaq və  ümumilikdə insanlar  bunu etiraf etməkdən çəkinməsinlər. Örnək olaraq mən çəkinmədən bir zaman ailə daxili  pisixoloji və fiziki şiddətə məruz qaldığımı etiraf edirəm. Bu şiddəti məndən 5 yaş kiçik olan qardaşım  mənə qarşı həyata keçirirdi  və valideyinlərim də eyni fiziki və psixoloji şiddəti təhqir və söyüşlə dəstəkləyərək , baş verən şiddətin normal  hal olduğunu və hər ailədə  ola biləcəyini müdafiə edirdilər.  Ama mən bunun qanuna zidd olduğunu bilirdim və etirazımda da qərarlı olduğumdan çox boş-bekar insan tərəfdən qınandığım olsa da ,bu səviyyəsiz  qınaqların boş olduğu həqiqətini unutmadım. 

 

Şiddətin qurbanı olmayaq!



 

 Şiddət görən insanların(mən də daxil olmaqla)  vücudunda olan  izlər,yaralar   zamanla keçsə də, ruhularınada fiziki və pisixoloji şiddət edən insanların açdığı yara hər zaman  aci verməyə  davam etdir.   

  Bəzən şiddət göstərən və buna pisixoloji şiddətlə dəstək olanlar tərəfindən, şiddətə məruz qalan insana  “ bizim üçün darıxmırsan, heç ağlına gəlmirik?” kimi suallar  da verilir.  Düşünün, bir insanın bədəninə  və ruhuna  şiddət göstərənlər,  zaman keçicən yaraladıqları ve daha təsirli  desək qətl etdikləri ruhdan-ruhun sahibindən  hələ onları düşünməsini  istəyir və özlənilməyi umurlar. .Bu həqiqətən dəhşətdir... 

 Bu da açıq bilinir ki, Azərbaycan Türk qadını hər zaman ailəsinə sadiq və ailə sevər olur.Çox zaman ailəsi və övladları üçün hər fədakarlığı etməyə razı olur. Məhz qadınlarımızın ailəsinə və ailə fərdlərinə qarşı olan bu sevgisini anlayan qiymət verənlər olduğu kimi, bu sevgidən sui istifadə edərək qadınlarımızı aşağılayanlar da olur.Sözsüz mənəviyyat sahibi olan və düşünmənin önəmini anlayan alicənab insanlar qadına və uşaqlara qarşı əsla siddət göstərməzlər. Bizim atalarımız da əsla qadına şiddəti dəstəkləməmişdir və hər daim Azərbaycan Türk qadınını uca tutmuşlardır.Əlbəttə sözün əsl mənasında Azərbaycan Türk igidinə, qəhrəmanına ,ərinə də bu yaraşar.Eynən atalarımız kimi qadini uca tutan  igidlərimiz ,erlərimizə-ərənlərimizə ,qardaşlarımıza mən bir Azərbaycan Türk qizi olaraq xüsusi təşəkkür edirəm.

  Aparılan araşdırmalara görə çox  zaman ailələr qızlarına təhsil verməyi deyil onları evləndirmyə üstün tuturlar .  Bəzən də “qıza   təhsil verək yoxsa verməyək "mövsuzu belə mübahisə edilir və nəhayət qərar verilir ki,buna(qız övladına) təhsil verək,verək ki el- aləm desin "cehizində diplomu var, həm də bu zaman  qızı istəyən çox olar, hətta bir pulluya verərik". Əslində bu düşüncə ilə guya ailə  qız övladının həyatını qurtarır və ona daha yaxşı həyat vəd edir. Halbu ki,təhsil qız övladına öz ayağları üzərində dursun, yeni nəsli güclü ,təhsilli yetişdirsin,vətəninin, millətinin haqlarını müdafiə etsin  deyə verilməlidir.  Dəyərli valideyinlər, qızlarınız təhsil verin və çalışın təhsil aldığı təhsil ocağının diplomu vətəndə və dünyanın hər yerində keçərli olsun ki, qız övladınız bu diplomdan yetərincə yararlana bilsin. Əks halda sadəcə cehizdə olan bir kağız parçasında fərqi olmaz. Bəzəndə ailələr  tərəfindən "qız övladının yaşı 25 və ya 30 -a çatmadan mütləq evlənməsi gərəkər,xalx nə  deyər?!" düşüncəsi ortaya atılır. Çox zaman da evlənən qıza getdiyin evdən" kəfənin çıxar" deyilir. Bu isə nəticədə gərcək olur. Qızlarımız ailə içində  şiddətə məruz qalır , övladları dünyaya gəlincə onlar üçün susmali olurlar. Əgər gəldikləri evdəki ailələri zəngindirsə onlara sahib çıxır ,çıxdıqdan sonrda "el-aləmin" sözü ilə qızının başına çaxınc etməyə başlayır ki," getdiyin evdə dolana bilmədin" nəticədə isə qızlarımız yenə ya həyatına son qoyur ya da əsəb xəstəsi olur,sosiallaşmaqdan məhrum olur.Ama əgər madii durum yoxdursa söylənildiyi kimi o evdən " kəfənlə" çıxır. Beləcə "el-aləmin","xalxın" istədiyi olur. Yəni həyatlar puç olur gedir!(5).

Bütün bu faciələrin önünü almaq üçün toplumdakı fiziki və psixoloji şiddətə son verilməli və şiddət törədənlərin önü alınmalıdır.  Dahi dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki kimi “diri ölülərdən” cəmiyyətimiz özünü qorumalıdır.  Cəmiyyətimizin bütün fərdləri öz hüquqularını bilər və digər fərdlərə qarşı  sayqılı olarsa daha rəfah və mədəni bir həyat yaşaya bilərik.Əks halda gələcəyimiz məhv olar. Sağlam ruha və düşüncəyə sahib olmaq üçün özəlliklə qadınlarımızın təhsil alması  mütləqdir.  Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev nə gözəl söyləmişdir “Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”.Düşünürəm bu sözlər fikrimi  daha təsirli bir şəkildə əks etdirir.

Yazar: Aynur Talıblı

Tarix və mədəniyyət tədqiqatçısı- İstanbul 2018.

 

Səslərin sayı: 1
4
564
loading...
Şərhlər
Offline
Iceberg
Həqiqətən elm və texnalogiya çağı kimi qəbul edilən bu çağda pisixoloji - fiziki şiddətə,zorakılığa və təhqirə məruz qalib əzilən insanlar var
12 iyun 2018 07:47
imza: shafaabdulla.blogspot.com
Offline
Surayye
Qadina qiza el qaldirmaq kisilik deyil
11 iyun 2018 23:44
Offline
Xəyalə Murad
Bu mövzuda hər kəs eyni cür düşünür, lakin iş reallığa gələndə tamam fərqli nəticələrlə rastlaşırıq. İstənilən halda şiddətə(xüsusilə uşaq və qadınlara yönəldilmiş şiddətə) qarşıyam!
11 iyun 2018 14:43
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Sima
Məhz şiddət sorununun (probleminin) ən can alıcı nöqtələrindən biri də, nəsildən -nəslə ötürülmə özəlliyidir.
11 iyun 2018 13:36
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!