"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın!
"Əvvəla onu deyim ki, sizə etiraf etmək gözlədiyimdən asanmış. Sən demə bir şəxsi mesaj hər şeyi həll edə bilir. Dəyərli dostlarıma hər şeyi açıq-aydın danışa bilərdim, lakin onların səhvlərimi üzümə deməyəcəklərinə, hər məsələdə məni haqlı görəcəklərinə əmin olduğumdan, tanımadığım şəxs kimi sizə yazmaq qərarına gəldim. Ümid edirəm ki, düzgün məsləhəti məhz Qadin.Netli xanımlar verə bilərlər.
Biz dörd gəlinik. Ailənin ilk gəlini mən olduğumdan həmişə diqqət mərkəzində olmuşam. Di gəl ki, ikinci, üçüncü və nəhayət dördüncü gəlinlər ailəyə daxil olandan sonra həyatım dəyişdi. Paxıl insan deyiləm. İkinci gəlinlə mehribanıq. Ancaq qaynanam üçüncü və dördüncü gəlinləri məndən və ikinci eltimdən xeyrli fərqli sevir. Buna ayrıseçkilik deyirəm. Böyük gəlinəm bəli, ancaq bütün diqqəti öz üzərimə çəkmək niyyətim də yoxdur. Sadəcə kiçik gəlin gələndən eltimlə mən qaynanamın bizə qarşı bir qədər aqressiv olduğunu hiss edirik. Sanki kiçik gəlinin etdiyi hər şey ideal, bizim etdiklərimiz və bu günədək qayanamın bəyəndiyi hər şey səhvmiş. Balacamı həyətə çıxardanda hər dəfə qonşu gəlinlər mənə bəxtəvərlik yağdırırlar. "Mən evin tək gəliniyəm, qaynanam aldığım nəfəsi də güdür. Nə geyindim, nə aldım, nə qoydum-hamsının haqq hesabını çürüdür. Bəxtindən eltilərin var, qulağın dinc olar". -kimi sözlər deyirlər. Üzlərinə gülümsünürəm. Bəlkə də, haqlıdırlar-deyə düşünürəm. Ancaq qaynanamın kiçik gəlini biz iki böyük gəlindən üstün görməsini həzm edə bilmirəm. Dediyim kimi paxıl deyiləm. Bu hiss mənə yaddır. Özünüzü yerimə qoyun və vicdanla deyin. Kiçik gəlinin bişirdiyi çiy yumurtanı belə bəh-bəhlə yeyir, ancaq mənim adicə xiyar doğramağımı söz edər, "xiyar acıdır" deyib dilinə vurmaz. Onunla bir evdə yaşadığımız illərdə belə problemlərimiz olmayıb. Heç ikinci gəlin ailəyə gələndə belə onunla mənim aramda bu cür fərq qoymazdı. Bir yaylıq alanda ikisini alardı ki, cüt olsun. İnciməyək. Amma bu üçüncü gəlin gəldi, verən əli də qurudu. Dördüncü gəlin gələndə isə üçlə-dörd oldular baş tacı, mən və ikinci gəlin olduq üz qarası. Kiçik gəlinlə birlikdə yaşayırlar. Bir yerə gedəndə kiçik gəlinin adı qaynanamın dilindən düşmür. Çatana onun adıyla müraciət edir, sonra deyir dilim dolaşdı.
Görəsən, bütün qaynanalar kiçik gəlini üstün görürlər? Yoxsa təkcə mənim bəxtimdəndir? Söz-söhbətimiz heç olmayıb. Həmişə onun hörmətini saxlamışam. Dalınca danışmaq kimi vərdişim yoxdur. Amma bu ayrıseçkilik əsələsi məni çilədən çıxardır. Dözə bilmirəm. Axı o gəlindən nəyim əskikdir? Saat 10-a kimi yatır, evin işləri tökülüb qalır. Naharı saat 3-də bişirir. Evinə qonaq gedəndə sir-sifət edir. Nə bilim. Yoldaşıma bu barədə bir dəfə dedim, normal qarşıladı. Sanki qayınanamın kiçik gəlini bizdən üstün görməsi çox normal davranışdır. Qayınanam məni sevmək məcburiyyətində deyil. Ondan bunu istəyən yoxdur. Sadəcə onu sevməsini bizə hiss etdirməməsini istəyərdim. Belə davam etsə səbrimin daşacağından, eltimlə, qayınanamla söz-söhbətimiz olacağından qorxuram. Sizin məsləhətiniz nədir? Belə vəziyyətdə nə edə bilərəm? Xəyalə xanım, mümkünsə anonim paylaşın. Ehtiyac görsəm şərhlərdə kimliyimi açıqlayaram."
XƏBƏR LENTİ
Azərbaycan tarixindən yüz şəxsiyyət-51
Günün ulduz falı
Müəllimənin işdən çıxma səbəbi TƏƏCCÜBLƏNDİRDİ
Əfqanıstanda 205 "Taliban" üzvü öldürülüb
Azərbaycan 200 manatlıq əsginas buraxa bilər
Ebru Şahin film galasında-FOTO
Əzvay bitkisinin faydaları
Keyt Middletonun geyimi səs-küy yartdı-FOTO
Erməni ordusu niyə qaçır?
Konserv balıq salatı (foto resept)
Günün qoroskopu:Bədxərclik etməyin!
Hansı qan növü "xərçəng"ə qarşı davamiyyətlidir - Açıqlama
Uşağınızın danışmasını sürətləndirin
ABŞ-ın Enerji Nazirliyinə hücum olub
HAVA necə olacaq? 2 İyun
Dünyanın ən bahalı almaz ayaqqabısı
Prezident və xanımı “Bakı-2015”in ofisində
Koronaya yoluxma ehtimalı olanları müəyyən edən qurğu
Günəş eynəkləri qardan qorunmaq üçün icad olunub?
2017 Met Gala: qırmızı xalı
Erməni iştirakı təsdiqləndi
Günün ulduz falı
Qeyri-adi çantalar
Burun qanaxması
Günün Ramazan təqvimi (30 iyun)
Bu gecə Mars Yerə ən yaxın məsafədə olacaq!
Şimali Koreyada daha bir qadağa
Çox qusmaq körpəyə ziyandır? Hamilələr, DİQQƏT
Maska taxmayanlar COVID-19-dan ölənlərə məzar qazmaqla cəzalandırıldı
Hülya Avşar işləyən anaları tənqid etdi
Mətbəxdə köməyinizə çatacaq tövsiyələr
Şou ulduzu öldü-SƏBƏB
Hülya Avşarın qızı estetik əməliyyat olundu?
Qatıqlı meyvə salatı (foto resept)
Ürəyindən yaralanan qazimiz əməliyyat olundu
"Müslüm"ün prodüserini məhkəməyə verdilər-SƏBƏB
Əcaib qadınlar
Türkiyə ilk yerli smartfon istehsal etdi
Bakı Metropolitenindən bu yaşda olan sərnişinlərə SÜRPRİZ
"Facebook" serverlərinin müdafiəsini gücləndirir
Buzdan 150 min dolları kim çıxaracaq?
Şəhərin mərkəzində qoyun paradı
Azərbaycanda koronavirusla bağlı müsbət dinamika: 369 yeni yoluxma - FOTO
Sobada peraşki
Növbəti 4 günün havası AÇIQLANDI
Resirkulyasiya mərkəzi
14 ildir saçını kəsmir-FOTO
Dünyanı heyrətləndirən uşaq indi..
Mesutdan Amineye 200 minlik hədiyyə-FOTO
Qışda güllərə necə qulluq etməli?
- ŞƏRHLƏR