2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.
Azərbaycan Xalq Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası (özünüadlandırma: Azərbaycan Cümhuriyyəti və ya Azərbaycan Respublikası — Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldi. Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. AXC-nin əhalisi 2.8 milyondan çox idi.
Dövlət hakimiyyəti üç qoldan ibarət idi: Azərbaycan parlamenti, Hökumət, məhkəmə hakimiyyəti. Dövlət Parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunmuşdular. İcra hakimiyyəti Hökumətə məxsus idi. Hökumət Parlament qarşısında cavabdeh idi. AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
"Bir kərə yüksələn bayraq, bir daha enməz!" ( M.Ə. Rəsulzadə)
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir?- 5 Dekabr
Duyğuları açıq ifadə etmək qorxunu azaldır
"Simens"də böyük ixtisar başladı
Zibildən pul qazana biləcəyik
Kondisioner işlədən HƏR KƏS BİLMƏLİDİR - Sətəlcəm olmaq istəmirsinizsə...
Məşhurlar yürüşə çıxdılar: "Baş verənlərlə barışa bilmərik" - FOTO
Rəssam yazıçılar
İmkansız tələbələrin bu ehtiyacları ödənilə bilər
Məşhurları təqlid edən italiyalı Emanuele
Britni Spirsin çəkdiyi şəkil 10 minə satıldı - FOTO
Daşların "qızıl yaddaşı" - xrizokol
Siyənək salatı (foto resept)
Soyuqdəymə zamanı yol verilən səhvlər
Məşhur aktyor Cey Lonu lağa qoydu-FOTO
Döyüşçümüz 20-ci dəfə dünya çempionu oldu
Elmin hələ də aça bilmədiyi 15 sirr
Eşq şəhəri Paris eşqə savaş elan etdi
Məhkəmə təxirə salındı
Prezident yeraltı keçidin açılışında iştirak etdi (FOTO)
FİFA prezidenti istefa verdi
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıda
Laçın-Sünik sərhədində dalğalanan bayrağımızın görüntüsü yayıldı - FOTO
Fəxriyyə Xələfova "European Fashion Award 2016" mükafatına layiq görülüb - FOTO
Putinə ağır zərbə vuruldu
Facebook-un əsas sirri... - İstifadəçilər üçün vacib xəbər
Dodaq ətrafı qırışları necə yox etməli?
Mayli Sayrus ana olacaq
Sağlam dəri üçün maskalar
Ermənilərə qan udduran igidimizi siz də tanıyın - VİDEO
Niyə arıqlaya və ya kökələ bilmirik?-3
Toy üçün "həzin rəqs" musiqiləri
"Facebook"dan YENİLİK
Toyuqlu bulqur plovu (foto resept)
Hava haqqında
Azərbaycanlılar Ermənistanın BMT-dəki nümayəndəliyinin başını ağrıtdılar
Göbələk dolması (foto resept)
İstilik enerjisinin qiymətlərinə yenidən baxılacaq
Pomidor şorbası
20 Yanvar günü onun da qiymətini qaldırarlarmı?
Günəş tutuldu: bu hadisəni Bakıda da gördülər
Gülməli pişiklər
Prezident xanımı ilə ziyafətdə - FOTO
Ömer Muzun özünəməxsus rəsmləri
Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb
Yoqurtlu küftə (foto resept)
Bayram günü HAVA necə olacaq?
Silvestr Stallone məhkəməlik oldu
Bakıda sürücülərə xoş sürpriz
Sofi Loren illər sonra sirrini açıqladı
Rahatlığın yollarını tapan insanlar
- ŞƏRHLƏR