Bakıda hava 21°
USD 1.7000 AZN
EUR 2.0067 AZN
16:36PERI salam qizlar necesiz
38748

Limonad şirkətinin 11 yaşlı sahibəsi - FOTO

Limonad şirkətinin 11 yaşlı sahibəsi - FOTO


Texas ştatında faəliyyət göstərən "Me and The Bees Lemonade" şirkətinin azyaşlı sahibəsi maraqlı tarixçəsini mətbuata danışıb.

Qadin.Net publika.az-a istinadən bildirir ki, 5 yaşı olanda ailəsi Mikailanı uşaqlar üçün təşkil edilən yaradıcılıq yarışmasına göndərib. Xüsusi tərkibli yeni içkilərin hazırlandığı yarışmada Makailanı ilk dəfə arı sancıb:

"Arı sancmasına nifrət etsəm də, bu mənə yeni və inanılmaz fikirlər qazandırıb. Cənubi Karolinanın Kameron şəhərində yaşayan nənəm bizə limonadlar üçün tərtib etdiyi xüsusi reseptlərin olduğu bir kitab göndərib. Bu kitabdakı reseptlərdən və arı balından istifadə edərək "Me & Bees Lemonade"ni hazırladım. İnanılmaz və qeyri-adi dadı olan limonad qısa zamanda hər kəs tərəfindən sevilən içkiyə çevrildi".

Tərkibi kətan toxumu və təmiz arı balından ibarət olan limonadlar istehsal edən şirkət 60 min dollar vəsaitlə fəaliyyətə başlayıb. Hazırda 55 mağaza ilə müqaviləli şəkildə işləyən şirkət biznes tədbirlərində limonadlar sataraq gəlirinin bir qismini bal arılarını xilas etmək üçün mübarizə aparan yerli və qlobal təşkilatlara bağışlayır.

Limonad şirkətinin 11 yaşlı sahibəsi - FOTO

Limonad şirkətinin 11 yaşlı sahibəsi - FOTO

Limonad şirkətinin 11 yaşlı sahibəsi - FOTO

Limonad şirkətinin 11 yaşlı sahibəsi - FOTO


Səslərin sayı: 1
1
450
loading...
Şərhlər
Offline
Sima
hala olsun bele ussaga
27 may 2018 23:04
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )