Komissiya sədri Şəmil Sadiq: "Şeyx Cüneyd türbəsinin Səfəvilərin ruhuna uyğun yenidən bərpa olunmasına ehtiyac var"
Azərbaycan Yazıçılar Birliyinin Şah İsmayıl Xətai Komissiyasının üzvləri - Şəmil Sadiq, İlqar İlkin və Vüqar Zifəroğlu Qusar rayonu Həzrə kəndində yerləşən Şeyx Cüneyd məqbərəsini ziyarət ediblər. Xatırladaq ki, əsas məqsədi Şah İsmayıl Xətainin irsini araşdırmaq, təbliğ etmək olan komissiya artıq bir ildir fəaliyyət göstərir. Komissiyanın dəstəyi ilə bu yaxınlarda “Böyük adam olmuş uşaq - Şah İsmayıl Xətai” kitabı, “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası” məlumat kitabçası da nəşr olunub.
AYB-in Şah İsmayıl Komissiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib ki, Şah İsmayıl Xətainin babasının türbəsini ziyarət etməkdə əsas məqsəd Səfəvilərin yadigarı olan bu abidənin vəziyyəti ilə yaxından tanış olmaq, onun varlığını bir daha gənc nəsillərə təbliğ etməkdən ibarətdir: "Hesab edirəm, bu abidə ölkə əhəmiyyətli olmasına baxmayaraq tariximizi təbliğ etmək, eləcə də turizmin inkişafı baxımından olduqca faydalıdır. Biz gələcəkdə tariximizin bir parçası olan abidəyə vaxtaşırı ziyarətlərin təşkil olunmasını da nəzərdə tuturuq. Ümid edirəm ki, yerli icra orqanları da bölgənin, turizmin inkişafı üçün maraqlı olmalıdırlar. Dünyada türizmin inkişaf etdiyi ölkələrə nəzər salanda görürük ki, bu ölkələr daha çox tarixdən, tarixi abidələrin olmasından yararlanırlar. İnanıram ki, XVI əsrə aid Səfəvi yadigarı olan Şeyx Cüneyd məqbərəsi də yaxın gələcəkdə gənclərimizin, eləcə də ölkəmizə qonaq gələn turistlərin üz tutduğu bir məkan olacaqdır".
Komissiya sədri bildirib ki, sovetlər zamanında laqeyd münasibət nəticəsində türbə yararsız vəziyyətdə olub: "Lakin bir neçə il əvvəl türbə təmir olunub və ziyarətçilərin üzünə açılıb. Hal-hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən tarixi və mədəniyyət abidəsi kimi qoruma altındadır. Bu gün görürük ki, türbənin bəzi yerlərində yenidən bərpa işlərinə ehtiyac yaranıb. Ümid edirik, yaxın vaxtlarda bu abidənin tarixi görkəmi Səfəvilərin ruhuna uyğun yenidən bərpa olunacaq. Bu, dövlətçilik ənənələrimizə, Azərbaycan mədəniyyətinə, tarixinə, eyni zamanda Şah İsmayıl irsinə sahib çıxmaq baxımından da olduqca vacibdir".
XƏBƏR LENTİ
Türkiyə yeni peyk buraxır.
Həyati hədəfi təyin etməyə kömək edən 7 sual
Müge Boz Azərbaycan haqqında danışdı-FOTO
"Super ay" heyran etdi
Azərbaycanda Yeni il qeyd edilir
Belarusdan Azərbaycana maraqlı təklif
Xoşbəxt münasibətləri öyrədən 10 şey (2)
Toy üçün dünyada trendə çevrilən yeni saç düzümləri
Uşaqların yataq otaqlarının hekayələri
Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qəbuledilməzdir
Toyuq kroketlər (foto resept)
Makiyajdan əvvəl dərini necə canlandırmalı?
İstanbula gedənlər üçün fransız səyahət dərgisindən tövsiyələr
İstismar müddəti başa çatmış binalar
Ən təhlükəli parollar açıqlandı - SİYAHI
Müəllim olmaq istəyənlərə şad xəbər
Sumqayıt icra başçısı yas mərasimləri haqda qərar verdi
Göbələkli toyuq basdırması (foto resept)
Bu səhnə bəşəriyyəti çox utandıracaq-video
İran 20 faizdən Azərbaycanın hesabına qurtulur
Üz dərisi üçün qidalandırıcı maskalar
Avokadolu omlet (foto-resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Körpənin ana bətnində tərpənişləri...
Kəsmikli bananli pirog (foto resept)
Qrip zamanı bunu əsla etməyin - Nazirlikdən XƏBƏRDARLIQ
Günün qoroskopu: stabillikdən həzz alın
Azərbaycan və Ermənistan prezidentləri yenə görüşəcək
Orta məktəblərdə iş dəftərlərinin istifadəsi ilə bağlı açıqlama
Nə üçün qadınlar qışqırır, kişilər isə susur?
Yataq örtüyü modelləri
"Akkord"un Gürcüstanda inşa etdiyi Kutaisi dolama yolu istismara verilib
Bəbir dərisi naxışı dəbi
Günün ulduz falı
Dərini gəncləşdirən maska
Saç uzadan sarımsaq maskası
Azərbaycan peyki Livan telekanallarının yayımına başladı
Sürətlə yayılan trend
İlk öpüşdən 75 il sonra ailə qurdular
Bill Geyts bu dəfə COVID-19 testlərinə görə ABŞ-ı tənqid etdi
Şeytandan gələn məktub
Türkiyədə yeni qadağa
Südlü makaron (foto resept)
Uşaqların izləməli olduğu cizgi filmləri
Çinin peyki orbitə çatmadı
HAVA necə olacaq?-20 İyul
Kraliça təntənəli nahar verdi, ailəni saraya topladı - FOTO
Qan qrupuna görə XASİYYƏT
Bəstəkar Nailə Mirməmmədli vəfat etdi
Məşhur aktyor vəfat etdi