Artıq Ramazan ayının bir neçə günü geridə qalıb. Mütəxəssislər deyir ki, qidalanma intervalı özünəməxsus "stress" yaratdığına görə, orqanizm bütün zəruri vitaminlərlə təmin edilməlidir.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, bu əlamətdar ayda menyu mütləq gözdən keçirilməli, qida sağlam və balanslı şəkildə qəbul edilməlidir.
Həkimlər iftar zamanı həddindən artıq yeməyi məsləhət görmürlər.
Həzm sisteminin yüklənməsi yuxu rejimini də poza bilər. İftarı bir stəkan su və bir neçə xurma ilə açmaq Ramazan qaydalarından biridir. Çünki xurma mədə-bağırsaq sistemi üçün olduqca xeyirlidir, bağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, mədənin şirəsini azaldır.
Əkrəm Həsənov - İlahiyyatçı: "Xurmanın bir çox faydaları var. Həm də immuniteti gücləndirir. Ona görə də tövsiyə edilib ki, iftar açanda xurma ilə açın. İndi bəzi müsəlmanlar səhər yeməyinə belə qalxmırlar. Axşamlar da yeyib yatırlar".
Susuz, insan orqanizmində proseslərin baş verməsi, o cümlədən ürək, qan dövranı və həzm sisteminin fəaliyyəti mümkün deyil. Həkimlər Ramazan ayının isti yay günlərinə təsadüf etdiyini nəzərə alaraq oruc tutanlara maye qəbulu ilə bağlı diqqətli olmağı tövsiyə edirlər. Rasionda duzlu və şirin qidalara mümkün qədər yer verməmək lazımdır.
Ofeliya Rzayeva - Terapevt: "Çalışın qazlı sulardan istifadə etməyəsiniz. Adi su insanı tam stabil vəziyyətdə saxlayır. Əgər bacarırsızsa, karbohidratlardan, yəni şirniyyatlardan uzaq durun. Bunlar ağırlıq törədir insana. Yeyəndən sonra yatırsızsa, bu, sizə ağırlıq verəcək".
Ümumiyyətlə, Ramazan ayında bəslənmə vərdişlərində ciddi dəyişikliklər tövsiyə edilir. İmsak və iftarda orqanizmin ehtiyacı olan vitamin, mineral, karbohidrat, protein və yağlar yetərli miqdarda alınmalıdır. Çox yağlı, qızardılmış yeməklərin qəbulu məsləhət görülmür.
Ofeliya Rzayeva - Terapevt: "Fikirləşirsən ki, mən çox yeməklə qidalanım və bu ehtiyacımı ödəyim. İftarı çalışın qaynamış su ilə açın. Soyuq su mədəyə ziyandır. Sonra sulu yemək yeyəsiz. Nə yeyirsizsə, yüklənmədən yeyin".
Bəzən oruc tutmaq zəifləmək və ya arıqlamaq üçün fürsət kimi dəyərləndirilir. Həkimlər bu düşüncəylə razılaşmırlar. Çünki gün boyu ac qaldıqdan sonra qidanın axşam, bir neçə qat artıq qəbul edilməsi çəkidə əksinə problemlər yaradır. Ümumiyyətlə, insan hər zaman şüurlu şəkildə qidalanmağı bacarmalıdır. Bütün müsəlmanlara bu müqəddəs ayı sağlam başa vurmağı arzu edirik.
XƏBƏR LENTİ
Yay donları
Ermənistan ordusunun alay komandiri ağır yaralandı - RƏSMİ
Şeron Stoun məşhur səhnəni yenidən canlandırdı
Azərbaycanın azad edilmiş torpaqlarını tərk edən erməni ailəsi evini özü ilə apardı
65 milyon il əvvəl
İdman üçün "Zamanım yoxdur" deyənlərə ipucları
Limonla nəfəs alaq
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
Yemək seçən uşağınızı yola gətirin
Ölkələrə görə insanlar
Rənglərin həyatımızda rolu
HAVA necə olacaq?-16 yanvar
Kompüter oyunları süretli qocalmaya gətirib çıxarır.
Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır
Pislik hissi
Tarkandan "Atalar günü"nə özəl paylaşım-FOTO
Qozlu əncir mürəbbəsi (foto-resept)
Uşağınız torpaq yeyirsə diqqət!
Xaricdə oxuyan tələbələrə şad xəbər
Əncirli keks (foto-resept)
Cem Yılmazdan romantik FOTO
Qış aylarının ən gözəl ətirləri
Kişilər bu ölkələrdə evlənməyə qadın tapmırlar
Qanımızı halal etdiyimiz yeganə qaniçən
Avropa Azərbaycanın ayağına düşdü
XİN-dən xaricdəki nümayəndələrimizə qarşı hücumlarla bağlı paylaşım
Ucuz qurbanlıq ətlər satılacaq
Batareya çirkab suları ilə işləyəcək
Meqan Markl işçilərini azad edib-SƏBƏB
İlin ən yaxşı fotoları
İşsizlərə şad XƏBƏR
Evdə pizza (foto resept)
Qan donduran xəbər - 1700 cəsəd...
Doğuşdan sonra depressiya ilə necə mübarizə aparmalı?
İran təyyarəsində UNO həyəcanı
ÜST fövqəladə vəziyyət rejimini daha 3 ay uzatdı
Bayquş kimə ağlayır?
2018-ci ildə boşanan məşhurlar - FOTO
Meray Keri yeni ili belə qeyd etdi-FOTO
İllər sonra eyni seriala çəkildilər
Bakı küçələrini klassik avtomobillər bəzəyəcək
Fitnes təlimçisindən arıqlamağın ən asan yolu
Qida məhsulları ilə bağlı daha bir neçə standart tətbiq ediləcək
Maykl Ceksonun qızı XƏSTƏXANALIQ oldu-SƏBƏB
Ermənilər mövqelərimizi atəşə tutublar
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Məşhur aktrisa tənqid olundu-SƏBƏB/FOTO
Hamiləlikdə baş verən dəyişikliklər
Azərbaycanda avtomobil krediti probleminə yeni həll tapıldı
İlham Əliyev və Ərdoğan razılığa gəldi: Sərhəd müvəqqəti bağlandı