Bəzi mütəxəssislər Azərbaycanda satışda olan və kərə yağı adı ilə satılan yağların böyük hissəsinin insan orqanizmi üçün zərərli olduğunu, onların tərkibində insan orqanizminə zərər verən palma yağlarının olması barədə söylədiyi fikirlərə münasibət bildirib.
Qadin.Net bildirir ki, Qida Təhlükəsizliyi Agentliyinin Risklərin İdarəedilməsi şöbəsinin baş məsləhətçisi İlahə Əliyeva özəl olarq trend-in sorğusuna cavab olaraq bildirib ki, palma ağacının meyvəsindən iki növ (meyvə əti və çəyirdək) yağ emal edilir və bu yağlar qida əhəmiyyətli xüsusiyyətlərinə görə geniş istifadəliliyə malikdir.
İ.Əliyeva əlavə edilib ki, bu yağın orqanizmə təsiri dünya miqyasında geniş müzakirə mövzusu olsa da, indiyə qədər insan sağlamlığına hər hansı bir mənfi təsiri elmi cəhətdən sübuta yetirilməyib. Hər hansı bir qida məhsulunun tərkibinin insan sağlamlığına zərərli olub-olmaması yalnız müvafiq laborator müayinələrdən sonra müəyyənləşdirilə bilər.
Palma yağının Azərbaycan mətbəxində istifadə edilmədiyini nəzərə alaraq, kərə yağlarının tərkibinə palma yağının daxil edilməsinin və Azərbaycanda palma yağının qida yağı kimi istifadə edilməsinin yolverilən hal olub-olmadığına gəldikdə isə, agentlik rəsmisi bildirib ki, Azərbaycanda bu yağın təyinatı üzrə istifadə edilməsinə heç bir maneə yoxdur:
"Palma yağı qida sənayesində istifadəsinə görə dünyada ən geniş yayılmış yağlardan biridir. Bu yağın istifadə olunduğu məhsullara nümunə kimi müxtəlif növ qənnadı məmulatları, dondurma və bir çox şirniyyatları sadalamaq olar. Həmçinin, Azərbaycanda da bu yağın təyinatı üzrə istifadə edilməsinə heç bir maneə yoxdur. Tərkibinə palma yağı əlavə olunmuş və təbii kərə yağı adı ilə istehlakçılara təklif edilən yağın satışı isə istehlakçıların hüquqlarının pozulması səbəbi ilə qadağan olunur".
İ.Əliyeva Azərbaycanda hansı adla satılan kərə yağlarının təbii kərə yağı hesab edilməsi ilə bağlı suala cavab olaraq bildirib ki, ticarət şəbəkələrində satılan hər hansı bir kərə yağının təbii kərə yağı olub-olmamasını yalnız laborator müayinənin nəticəsindən sonra müəyyən etmək mümkündür. Laborator müayinədən keçməmiş heç bir məhsul haqqında fikir söyləmək mümkün deyil.
XƏBƏR LENTİ
Günün qoroskopu: münasibətləri araşdırmayın
Elə et ki, üzr istəsin...
Qızılgülün faydaları
ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA
Uşaqlar üçün quru səhər yeməyi: ziyanlıdır, ya faydalı?
Mehmet Ali Erbilən xəbər var
Azərbaycanda hava şəraiti dəyişəcək
Bu qış canımız daha tez isinə bilər
Arda millidən çıxarıldı
Yeni doğulan körpə hər kəsi HEYRƏTLƏNDİRDİ-FOTO
Apple yenidən lider oldu
Saxta gün eynəklərini necə ayırd etməli?
“Samsung”un rəhbərinin övladları doqquz milyard dollar miras vergisi ödəməlidirlər
Cütlük 135 milyon dollar uddu
Dünyada İLK-Üzən supermarket istifadəyə verilir
Günün ulduz falı
AQTA koronavirusla bağlı gücləndirilmiş iş rejiminə keçdi - FOTO
Xanımlarımıza yad güllər
Sabah Azərbaycanda 650 min ağac əkiləcək
Analıq qadınlıqdan imtina etməkdirmi?
Bütün Türkiyə qara geyinəcək
Valideynlərə müjdə!
Ana və qız arasında konflikt: necə davranmalı
Günün qoroskopu:Uğurlu gündür!
Evlənmək üçün kişiyə PUL verən ölkələr-SİYAHI
Keti Perri plagiatda günahlandırılır
Aleyna Tilki Bakıda
Bəzi faktların elmi izahı
Möcüzə gel süni damarlar yaradır
Bürclərin romantik sirləri (son)
Məndən imtina etmə, ana!
Şahzadənin hər kəsi təəccübləndirən görüntüsünün sirri
Ekran yorğunluğunun qarşısını almaq üçün 3 üsul
3 günə 3 kiloqram arıqladan şaftalı pəhriz
Fikirlərimizi necə ifadə edək?
99 yaşlı veteran koronavirusla mübarizə üçün 8 milyon avro yığdı
Məşhur aktyora 17 illik həbs cəzası
Şok! Marketdən alınan banandan əqrəb çıxdı
Özünü kişi cildinə salan məşhur aktrisanı tanımadılar - FOTO
Sızanaqlar üçün 3 maska
HAVA necə olacaq?
Cəmi 8 həftəyə artıq kilolardan qurtulmaq istəyirsiniz?
Dəvə hərracda 30 minə satıldı - Foto
Bu gün Azərbaycanda buraxılış imtahanı keçirilir
Hadisədən “Bahar hissləri” paylaşımı - FOTO
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
Dünyanın ən böyük qızıl külçəsi tapılıb - FOTO
2 uşaq anası olduğuna heç kim inanmır - FOTO
Rezidenturaya qəbul olanların siyahısı açıqlanıb
Pərəstişkarı onun üçün kitab yazdı