Qoç - günün ilk yarısında xırdalıqlara və detallara xüsusi diqqət yetirin. Pedantizm səviyyəsində səliqəli olun. Mühüm sənədləri imzalamağa hazırlaşırısınızsa, həmin sənədləri diqqətlə oxuyun. Suallar yaranarsa, mütəxəssislə məsləhətləşməyi unutmayın.
Səfərə və ya səyahətə yollanmazdan əvvəl gərəkli hər şeyin hazır olduğuna nəzarət edin.
Günün ikinci yarısında naqolay vəziyyətə düşməmək üçün sərvaxt davranın. Axşam saatlarını şən keçirin. Dostlar və tanışlarla birlikdə olun.
Buğa - işlərin öhdəsindən gəlsəniz də, daha ciddi uğurlara can atırsınız. Yaxın ətrafınızdakı insanların xəbərdarlıq və tövsiyələrini qulaqardına vurmayın. Çoxlarının bacarmadığı işə başlaya bilərsiniz. Ambisiyalarınıza hakim olun, emosiyalarınızı cilovlayın. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Öz imkanlarını dürüst dəyərləndirə bilən insanlarla çalışmaq xoşdur.
Günün ikinci yarısına qəfil işgüzar təklif ala bilərsiniz. Şəxsi həyatınızda dəyişikliklər başlana bilər. İntuisiyanıza güvənin, lazım olanda "yox" deməyi bacarın. Yaşam potensialınızın səviyyəsi yüksək olduğundan səhhətinizdə problemlər yaranmayacaq.
Əkizlər - diqqətsiz, ehtiyatsız, hərdəmxəyal davranmayın. Belə olarsa, uğurlar əldə edəcək, səhvlərə yol verməyəcəksiniz. İşdə rəhbərliklə dil tapa bilərsiniz. Nüfuzlu insanlardan biri sizi diqqətlə müşahidə edir. Bu yaxınlara qədər sizinlə bağlı kritik mövqe tutmuş insan işinizlə maraqlanacaq.
Günün ikinci yarısı anlaşmalar və sövdələşmələr üçün münasibdir. Maliyyə problemlərinin öhdəsindən çətinlik çəkmədən gələcəksiniz. Şəxsi münasibətlərdə də irəliləyişlər olacaq. Hadisələrin axarına süni təkan verməyin. Müdaxilələrə lüzum yoxdur.
Xərçəng - işgüzar görüşlər üçün əlverişli zamandır. Danışıqlar və müzakirələr pis keçməyəcək. Yaxın ətrafınızdakı insanların bir neçəsini işinizə, layihənizə dəvət edə bilərsiniz. Yeni məhsuldar əməkdaşlıq gəlir gətirməklə yanaşı, bilik və təcrübənizi də artıracaq.
Gəlirlər kiçik məbləğdə olsa da, mütəmadidir.
Günün ikinci yarısında yaşam tonusunuzun səviyyəsi aşağı düşəcək. Adi günlərdən fərqli olaraq daha tez yorulacaqsınız. Xroniki ağrıların kəskinləşməsi, ürək-damar sistemində kiçik problemlər ola bilər.
Özünüzü qoruyun və unutmayın ki, su da çox içiləndə zərər verir.
Sağlıq durumunuzla bağlı ciddi problemlər olmayacaq.
Şir - həddən artıq səbrsiz olmayın. Tələsik davransanız, adi günlərlə müqayisədə daha çox səhvlər edəcəksiniz. Bədxahlar sizi təxribata çəkir, səhvləri sıralamağınıza nail olmağa çalışırlar. Ehtiyatlı və sərvaxt olun, mənfi təmayüllərin təsirinə düşməyin.
Günün ikinci yarısında yaxınlarınız sizi sevindirməyə çalışacaq, xoş sürprizlər edəcəklər. Minnətdarlıq etmək istəsəniz, hisslərinizi cilovlamayın.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Qız - günün ilk yarısında mənasız və məntiqsiz vurnuxmalar çox olacaq. Yaşananlar sizi qıcıqlandıra bilər. Baş verənləri nizamlamağa çalışsanız, uğursuzluğa düçar olacaqsınız. İşdə rəhbərliklə fikir ayrılıqları olacaq.
Tərəfdaş və ya şəriklə birgə işə uzun müddətdən bəri davam edən anlaşılmazlıq maneələr yarada bilər.
Günün ikinci yarısı nisbətən sakit və rahat keçəcək. İşgüzar görüşlər, şəxsi münasibətlər müstəvisindəki problemlərin həlli üçün münasib zamandır. Danışıqlar aparmaq, mühüm məsələləri müzakirə etmək olar. Alış-verişdə bədxərclik etməyin. Qənaətli davranın.
Tərəzi - var qüvvənizlə çalışıb qan-tər içində işləsəniz də, yaxın ətrafınızdakı insanlar sanki bunları görmürlər. Onlar sizə yeni xahiş, sifariş, tapşırıq və təvəqqelərlə üz tuturlar. Çoxsaylı suallara cavab vermək, başqalarının səhvlərinin fəsadlarını aradan qaldırmaq məcburiyyətində qalacaqsınız. Bütün bunlar çox usandırıcıdır.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi yüksəkdir. Ciddi yorğunluq və usanma olmayacaq. Yeni romantik macəra olmayacaq. Az sonra ciddi forma alacaq yeni münasibətlər istisna deyil.
Əqrəb - adi günlərdən fərqli olaraq düşünülməmiş qərarlar verməyin. Mənasız, heç bir zərurət duyulmayan riskə ehtiyac yoxdur. İtkilər olacaq. Amma onlar pərişanlıq yaradacaq səviyyədə ciddi deyillər.
Günün ikinci yarısında maraqlı ideyalardan birinin reallaşdırılması maliyyə durumunuzu yaxşılaşdıra bilər.
Yaxınlarınızla münasibətlərinizdə fikir ayrılıqları yaransa da, ciddi qarşıdurmaya imkan verməyin. Təklif etdiyiniz kompromiss variant tərəfləri razı salacaq.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Yeni, uzunmüddətli romantik münasibətlərin yaranma ehtimalı azdır.
Oxatan - peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla dil tapın. İşin təfərrüatlarını anlamayan, savadsız insanlarla belə, münaqişə etməyin.
Alış-veriş etmək, pulu biznesə yatırmaq olar. Uzaqdan gəlmiş insanla görüş məhsuldar olacaq.
Günün ikinci yarısında maraqlı təkliflər alacaqsınız. Lakin bir qədər tək qalın, qüvvələrinizi bərpa edin. Maraqlı kitab, yaxşı film və ya yorucu olmayan məşğuliyyət axşam saatları üçün seçim ola bilər.
Oğlaq - gerçəkdən də, mühüm işlərlə məşğul olaraq ikinci dərəcəli məsələləri təxirə salsanız, uğurlara nail olacaqsınız. Mənasız məqamlara fikir verib vaxt ayırsanız, qarşınıza qoyduğunuz məqsədlərə çatmayacaqsınız. Aktiv olun, planlaşdırılandan da artıq sonuclara nail olun.
Nüfuzlu insanın tapşırığını yerinə yetirsəniz, o da borclu qalmaz.
Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. Amma onların yaşamınızdakı yerini olduğundan artıq dəyərləndirməyin. Yeni münasibətlərə başlamaq üçün əlverişli gün olmadığını intuitiv anlayın.
Sevdiyiniz insanla təmaslarda həssas və qayğıkeş olun. Ani problemlər münasibətləri korlamasın.
Dolça - yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Hadisələrin bundan sonrakı axarının asılı olacağı müstəqil qərar qəbul edərək olaylara təsir edə bilərsiniz. Maraqlı işgüzar təklif istisna deyil. İş yerini dəyişmək, yeni vəzifədə və ya yerdə çalışmağa başlamaq üçün əlverişli zamandır.
Günün ikinci yarısında rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş fikirlər oyada bilərsiniz. Yeni tanışlar sizi bəyənəcəklər. Təşəbbüsləriniz dəstəklənəcək.
Nə qədər paradoksal olsa da, sizə nümayişkaranə şəkildə laqeyd yanaşan insanlarla əməkdaşlıq daha maraqlı alınacaq.
Balıqlar - günün ilk saatlarından etibarən yorulmayın. Yorğunluq hissi sizə güc gələrsə, hətta ən adi, rutin işlər belə yorucu, usandırıcı təsir bağışlayacaq. Problem yaşam tonusunuzun zəifləməsindədir. Fiziki işlə məşğul olun, gəzintiyə çıxın. Güclü təsirə malik energetik içkilərdən imtina edin.
Günün ikinci yarısı səfər və ya səyahət üçün pis zaman deyil. Amma yola tək çıxmayın. Sadiq dostlar və ya sevdiyiniz insan yanınızda olsun. Romantik tanışlıq ehtimalı azdır. Məhsuldar işgüzar tərəfdaşlıq şansı yüksəkdir.
XƏBƏR LENTİ
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Koronavirusdan ölənlərin sayı 9 minə çatdı
Xəstəliklərin dəf olunması (1)
Zəncirli və daşlı bilərziklər
Paltaryuyan maşının ömrünü qısaldan xətalar
Sabahın HAVAsı
Sağlam olmağın alternativ yolları
Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA
Şakiranın yeni FOTOları
Dolu xanımlar üçün donlar
Sadə geyim modelləri
Fərqli əlcəklər
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Emin Ağalarov Leyla Əliyevanı təbrik etdi - FOTO
İlin ən yaxşı 10 filmi açıqlandı - SİYAHI
Məndən imtina etmə, ana!
Bu qız heç vaxt böyüməyəcək və qocalmayacaq
"Qalatasaray" Bakıya gəldi
Seçimlərdən ən çətini…
Hamam dekorasiyasını rəngləndirmək üçün nümunələr
Azərbaycanda yeni tipli məktəblər yaradılır
Pavel Antipovdan fəlsəfi rəsm əsərləri
Çaynikdə qalan çayı atmayın
Mağaza - şirniyyatlar
Azərbaycanda I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlandı
Azərbaycan peyki Livan telekanallarının yayımına başladı
Azərbaycanda Tibbi Genetik laboratoriyalar yaradılacaq
Günün qoroskopu:Səbrli olun!
Kəndirin köməyilə artıq çəkini təyin edin- TEST
BÜRCLƏR bizə nə vəd edir?-13 İyul
Hərbçimiz 27 il sonra Füzulidəki doğma evini ziyarət edib - VİDEO
Ərdoğan peyvənddən sonra: “Burda çətin heç nə yoxdur”
Sabahın HAVAsı
Hansı valideynlərin uşaqları ağıllı olur?
Gəlin gülləri(2)
Gərəyiniz olar: smartfonlar üçün GİZLİ KODLAR
Qarğıdalı çörəyi (foto-resept)
Mətbəx əşyaları
Ebunun konset bileti neçəyədir?
Kişilər nə istəyirlər? 2-ci hissə
Çiyələk yağının dəriyə faydası
Gəncə parkları abadlaşdırılır
Ələddinin sehrli çırağı
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Bakıda pulsuz çörək paylanır
Outlook yeniləndi
Tələbələrin təqaüdləri artırıldı
Bakıda yaşlı qadın çinli zənn etdiyi əcnəbini qovmağa çalışdı - VİDEO
Toyda bəylə gəlini cansız manekenlər əvəz etdi
Benzinin qiyməti ilə bağlı rəsmi açıqlama