Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 26 il ötür.
Qadin.Net Milli.Az-ə istinadən bildirir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub.
1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intesiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu.
1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub.
Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.
İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.
Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.
54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.
Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, qərarın 19 və 20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.
Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür.
Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyanın ən bahalı qoyunu fantastik qiymətə satıldı
Orduda könüllü xidmət etmək istəyənlərin sayı 38 minə çatdı
Günün qoroskopu: bu gün tələsiklik tələb edən işlər alınmayacaq
Yeni il üçün hədiyyə seçimi
Kakaolu şirniyyat (foto-resept)
Qırışlardan xilas edən maska
Bakıda külək istiqamətini dəyişəcək, rayonlarda duman olacaq
Yas adı ilə yalan SMS göndərənlərə məhdudiyyət qoyulmasına başlanıldı
Dünyada 450 milyondan çox adamın psixi və ya nevroloji problemləri var
Melaniya Trump bu dəfə də Maykl Cekson kimi geyindi-FOTO
Ən çox kim “selfie” çəkdirir?
Hacamat
Azərbaycanda karantin tədbirləri hansı halda yumşaldılacaq? - AÇIQLAMA
Bu da internetlə bağlı statistika
"Şeyla" tortu (foto resept)
Paris Moda Həftəsində üst geyimlər
Suxarili badımcan salatı (foto resept)
Avstraliyada son 8 ilin ən soyuq qışı yaşanır
Sandra Ballokdan ŞOK ETİRAF
Dincəlmək niyə daha çox yorur?
Amerikanın kəşf edilməsi
Bomj lotereyada yarım milyon qazandı
Acından ölən ağaclar və ya sərvətimiz...
Azərbaycanda nəqliyyat kartları tam dəyərli ödəmə vasitəsi olacaq
Futbolçularımız uduzanda cərimələnəcək?
Məşhur cütlüklərin tanışlıq hekayəsi
"Şrek" qərarını verdi
Diqqət! Pul kisənizi bu cibinizdə saxlamayın! - FOTO
Hava haqqında
Qadın Ət Yeyən Virusa Yoluxdu-FOTO
Qadin.Net - 5 YAŞ
3 saatda 34 min xərclədi
Bu muzey 450 milyon dollara satışa çıxarıldı
Kəsmikli gül peçenyesi (foto resept)
İslamda qeybət edənin cəzası
Qoltuqaltı ləkələr üçün maskalar
Vətən Müharibəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi - RƏSMİ
Tost çörəyi şirniyyatı (foto resept)
Qadın yazıçı Kəmal Sunalı təhqir etdi
İngiltərədə kafe və restoranlarda müştərilərin hesablarının yarısını hökumət ödəyəcək
Görməniz lazım olan yerlər (2)
Gözəl üzüklər
HAVA necə olacaq?- 21 APREL
Bakının məşhur dairəsi dəyişdirilir
"Oskar" mərasimi - Ən yaxşılar seçildi - FOTO
Saç tökülməsinə qarşı maska
Sonsuzluğun çarəsi tapıldı
Azərbaycan ordusu
Ağrınız varsa nanə qəbul edin.
Yay heyvanlar üçün nə deməkdir?