Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
Qadin.Net bildirir ki, DİM-dən Milli.Az-a verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 62 binada aparılacaq. İmtahanların idarə olunmasına 229 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2603 nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün "stasionar metal axtaran aparat"lar quraşdırılmışdır. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
Məlumat üçün bildirək ki, imtahanda 33139 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 28055 abituriyent I qrup üzrə, 5084 abituriyent IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 30356 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 25841, IV qrup üzrə 4515 nəfər), 2783 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2214, IV qrup üzrə 569 nəfər) məzunudur. Abituriyentlərin 20108 nəfəri oğlanlar (I qrup üzrə 18554 nəfər, IV qrup üzrə 1554 nəfər), 13031 nəfəri isə qızlardır (I qrup üzrə 9501 nəfər, IV qrup üzrə 3530 nəfər). 26675 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6464 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 81 nəfər ali təhsil müəssisələrinin, 828 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 137 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-ci ildəndir.
Bakı şəhərində 15077, Naxçıvanda 975, Gəncədə 3438, Sumqayıtda 2162, Mingəçevirdə 1555, Şəkidə 2029, Bərdədə 1193, Göyçayda 1492, Şirvanda 1739, Lənkəranda 1983, Xaçmazda isə 1496 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçmişdir.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər aprelin 30-dan etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası" da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- "İmtahana buraxılış vərəqəsi".
- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.
XƏBƏR LENTİ
Rusiyaya daha bir zərbə
Azərbaycan tarixindən yüz şəxsiyyət-1
İki gündür ölkəni silkələyən xəbərə rəsmi açıqlama
Kompüteriniz üçün maraqlı şəkillər
Leyla Əliyeva: "Yubileyin mübarək, ana!"
İspan dili (sınaq)
YouTube Vine və Instagrama rəqib yaradıb
"Avtovağzal" stansiyasında eskalator və travolatorlar quraşdırılır
“Titanik”in batmasına kiçik buz kütləsi səbəb ola bilərdimi? - TARİXİ FAKTLAR
Qeyri adi qaşları olan it – VİDEO
Mehmet Ali Erbildən xəbər var-FOTO
Bu ölkədə elektrik skuterləri qadağan edildi
Zifaf gecəsi
Su çəkini tənzimləyir
Cak Palanikdən yazmaq haqqında 12 qanun
Yeni okean yaranacaq - Alimlərdən XƏBƏRDARLIQ
Cansunun yeni serialı bu tarixdə başlayır
Günün ulduz falı
Sinoptiklərdən müjdə
Cazəbədar gəlinlik modelləri
Xronologiya
"Banklar insanların intihar etmələrinə səbəb olur" - Millət vəkili
Windows 8.1 populyarlaşır
Azərbaycan neftinin qiymətləri: 5-9 may həftəsinin yekunları
İnsan neçə dəfə sevir?
Qadınlar ən çox nəyə pul xərcləyirlər?
Aprel döyüşlərindən başlayan igidlik yolu: Düşmənin canına qorxu salan hərbçimiz qazi oldu - VİDEOREPORTAJ
HAVA necə olacaq? 10 İyul
O neçə gündür ana olub?
Gəncədə aparılan abadlıq quruculuq işləri çərçivəsində yaşayış binalarının dam örtüyü dəyişdirilir
Hava haqqında - 08.02.2014
Kendal narkotik, Kayli isə spirtli içki aludəçisidir
Hər iş yerində olan qadın tipləri
Çinin qəribə adətləri; ruhla evlənmək
Yaş həddi artırıldı - 68
"Asan yolla arıqla" pəhrizi
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Kortni Koks 56 yaşını belə qeyd etdi
Məşhur aktrisa ilk dəfə polis sevgilisi ilə -FOTO
Qəbələdə mürəbbə festivalı keçirilir
Putin Suriyada ABŞ qırıcılarının uçuşunu məhdudlaşdırdı
Qara donla makiyaj necə olmalıdır?
Qadın.Netlilərin müsbət və mənfi cəhətləri (5-ci hissə)
İmmunitet sistemini gücləndirən qidalar
Toxumaq dərsləri-2
Həmkarını lüt şəkilləri ilə hədələyən Təranə: "Çaşanları aşırdıram"
Alen Delon insult keçirtdi-FOTO
Sabah su olmayacaq ərazilərin SİYAHISI
Anar: "Bu yaş daha uzaqlara aparıla bilər"
Hollivud ulduzu İçərişəhərdə