Mayın 16-da İçərişəhərdə "Ədibin evi"ndə Azərbaycan xalqının ümummilli lideri, müasir dövrün görkəmli ictimai-siyasi xadimi Heydər Əliyevin 95 illiyinə həsr edilən ədəbi-musiqili yubiley mərasimi keçirilib.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, Ulu Öndərin nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Tədbiri açan Əməkdar Artist Nərgiz Cəlilova Azərbaycan söz sənətinin parlaq nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin 20 il bu evdə yaşayıb-yaratdığını diqqətə çatdırıb. Vurğulayıb ki, poeziya, yaradıcılıq ruhu ilə zəngin olan bu evin hər bir guşəsi bu gün Ulu Öndərin şərəfli ömür yolunun nuru ilə yenidən işıqlanıb. O, hamının adından Mir Cəlalın ailə üzvlərinə bu evin qapılarını tədbir iştirakçılarının üzünə açdıqları üçün təşəkkürünü bildirib.
Qeyd olunub ki, ilk bəşər övladının yarandığı gündən saysız-hesabsız insan dünya pəncərəsindən boylanıb keçir. Yalnız Heydər Əliyev kimi son dərəcə əzmkar, mübariz insanlar bütün çətinliklərdən mərd-mərdanə, qələbə çalaraq çıxır və adı ilə tarix yazır.
Mərasimdə Ulu Öndərin zəngin və şərəfli həyat yoluna həsr olunmuş "Heydər Əliyev və incəsənət" adlı film nümayiş etdirilib. Filmdə Ümummilli Liderin Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüşünə, Azərbaycan musiqisinə, ədəbiyyatına həssas münasibətini əks etdirən kadrlar yer alıb.
Filmin nümayişindən sonra Heydər Əliyevin "Uşaqlar bizim gələcəyimizdir" fikrini xatırladan aparıcı qeyd edib ki, bu ifadə Ümummilli Liderin körpələrimizin sağlamlığı, təhsili, sosial və mənəvi baxımdan təminatı, inkişafı yolunda gördüyü geniş miqyaslı işlərdə dəfələrlə öz təsdiqini tapıb. Onun uşaqlar və gənclərlə bağlı siyasətindəki bu qayğı və diqqət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir və zənginləşdirilir.
Daha sonra musiqili-ədəbi proqram təqdim edilib. Respublika İncəsənət Gimnaziyasının, Müslüm Maqomayev adına musiqi məktəbinin istedadlı şagirdlərinin ifasında Azərbaycan şairlərinin şeirləri, bəstəkar və xalq mahnıları səsləndirilib.
Tədbirdə Leyla Bəşirova "Zərifə sevgisi - Heydər sevinci" (Zəlimxan Yaqub), beynəlxalq müsabiqələr laureatı Kənan Babazadə "Ana" (Sevil Əliyeva) və "Elegiya" (Müslüm Maqomayev), Ayla Qafqazlı "Sevgili canan" və "Sənsiz" (Nizami Gəncəvi), respublika və beynəlxalq müsabiqələr laureatı Səma Həmzəyeva "Sənə də qalmaz" (Tofiq Quliyev), Fikrət Əliyev "Küçələrə su səpmişəm" (xalq mahnısı) və "Leyla" (Rauf Hacıyev), Canəli Canəliyev "Ayağa dur, Azərbaycan" (Məmməd Araz) əsərlərini səsləndiriblər.
Mərasimin maraqlı məqamlarından biri isə Leyla Əliyevanın babasına həsr etdiyi şeirlərini söyləməsi olub. Tamaşaçılar bu ifada Heydər Əliyev ziyasını bir daha duyublar.
Tədbir Süleyman Mahmudovun ifasında "Azərbaycan" mahnısı (Müslüm Maqomayev) ilə başa çatıb.
XƏBƏR LENTİ
Adrina və Metin evlənirlər-FOTO
Ölən canını qurtardı, vay mirası bölənlərin halına...
Günün qoroskopu: sonuc pis olmayacaq
Ermənistan ordusunun real mənzərəsi: Dişləri tökülmüş “qoca qvardiya” - VİDEO
Abituriyentlərin nəzərinə!
Damla şokoladlı şirniyyat (foto resept)
"Yeşilçam"ın məşhur aktyoru öldü
Türkiyədə İŞİD hesabatı: Azərbayacan ilk beşlikdə
Bakıda mənzillər kəskin ucuzlaşacaq?
Təhsil naziri onlara yüksək VƏZİFƏ VERDİ
Üzdəki məsamələri böyük göstərən 3 səhv
Laçında Azərbaycanın Dövlət Himni oxundu - VİDEO
YouTube televiziyanı məhv edəcək?
Kolonya alarkən ehtiyatlı olun!
Trampın qəbul etdiyi dərman virus xəstələrini öldürür - ŞOK AÇIQLAMA
Günün qoroskopu: qüvvənizi nəyə sərf edirsiniz?
400 il işləyəcək batareya yaradıldı
Ronaldo Evlənir!-FOTO
Burada dovşanlar insan kimi yaşayır
KÖRPƏNİZ DİŞ ÇIXARIR?
Qəribə qərar: Tutulan hər siçana görə 2 manat pul
Mayın 17-də QASIRДћA OLACAQ
Mobil telefonun zərəri
Qurtuluş günü ilə əlaqədar milli parklarda "AÇIQ QAPI" günüdür
Prezident: "Mənim stilistim yoxdur"
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
Moskva 6 nəfəri qətlə yetirən rus əsgərini Ermənistana verdi
"Sehirli annem"in uşaqları illər sönra BİRLİKDƏ-FOTO
Jefri həm dostunun, həm də dostunun ərinin böyrəyini daşıyır-VİDEO/FOTO
Öz dahiliyi uğrunda həyatını fəda etmiş YAZIÇI
İlker Kaleli və Biran Damlanın sevgisi
Kartof Frii (foto resept)
Özcan Dənizin keçmiş arvadı hamilədir? - FOTO
Hər 3 adamdan 1-i kökdür
Demet Akalın Murat və Aslının ayrılığından danışdı
Azərbaycanda yayın başlama vaxtı dəqiqləşdi
Kremli kürəciklər (foto resept)
Ağıllı fincan hazırlanır
Üçbucağın süqutu
Bir vaxtlar saçı tökülən qız
Arıqlayaraq hər kəsi HEYRƏTLƏNDİRDİ-FOTO
Prezident xanımı ilə parkın açılışında - FOTO
Folqada çəki balığı (foto resept)
Şakira karantindən sonra ilk dəfə-FOTO
İdmançıdan 8 sadə məsləhət: səhəriniz gözəl olsun!
Stiven Siqal Bakıya gəlir
Yeni saç modelləri (şəkilli izah)
Azərbaycana yay gəlir
Koronavirusla bağlı son STATİSTİKA
Sevimli küçük
- ŞƏRHLƏR