Bakıda hava 28°
USD 1.7000 AZN
EUR 1.9906 AZN

"Ustad" dərgisinin xüsusi buraxılışı nəşr olundu

"Ustad" dərgisinin xüsusi buraxılışı nəşr olundu


“Cümhuriyyət – 100” hekayə müsabiqəsinin mükafatlandırma mərasimi keçiriləcək

19 may tarixində, saat 15.00-17.00-da kitabevim.az-ın 28 may mağazasında “Ustad” dərgisinin təşkil etdiyi “Cümhuriyyət – 100” hekayə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək. İlk 3 yerin qalibi mükafatlandırılacaq, qısa siyahının digər imzalarına hədiyyələr veriləcək.

“Cümhuriyyət – 100” hekayə müsabiqəsində qalibiyyətə iddialı hekayələr bunlardır:

Aytən Rafiqxanova – “Pirəmsaq baharı” hekayəsi

Ceylan Mumoğlu – “Quyu” ­ hekayəsi

Rəşad Babalı – “Dar ağacı” hekayəsi

Nizami Hüseynov – “Qəzetçi Seyid” hekayəsi

Lalə Məmməd – “Görünən əraf” hekayəsi

Cavid Qədir – “İtki” hekayəsi

Tural Türksoy ­– “Al-yaşıl pişnamaz” hekayəsi

Tural Cəfərli – “Rus çəkmələrinin qoxusu” hekayəsi

Ülviyə Tahir – “Sakvoyaj” hekayəsi

Şəfa Vəli – “O evin tarixçəsi” hekayəsi

Pərviz Əlyaroğlu – “Yüzillik həsrət” hekayəsi

Dərginin təsisçisi “Hədəf” nəşrlərindən aldığımız məlumata görə, mərasimdə həmçinin “Ustad” dərgisinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi xüsusi buraxılışı və “Xatirə ədəbiyyatı” seriyasının yubiley nəşri olan M.Rəsulzadənin “Qafqaz xatirələri” kitabı təqdim ediləcək.


Səslərin sayı: 1
0
142
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!