Qoç - mübarizə aparmağa ehtiyacın olduğunu dərindən təhlil etmədən döyüşə atılmayın. Yaxın ətrafınızdakı insanlar adi günlərdən fərqli olaraq işlərinizə daha çox qarışırlar. Onlar ehtiyac duymadığınız məsləhətlər verirlər. Bütün bunlara əvvəlcə təmkinlə reaksiya versəniz də, sonradan sinirlənəcək, qıcıqlanacaqsınız.
Günün ikinci yarısında yanınzda iri məbləğdə pul gəzdirməyin. Bədxərclik etməyin, alış-verişdə israfa yol verməyin.
Sevdiyiniz insan sizi xoş sürprizlə sevindirəcək.
Buğa - səhvlər və yanlışlıqların fəsadları aşkarlanır. Həmin fəsadları aradan qaldırmaq, səhv yoldan qayıtmaq zamanıdır. Yaxın ətrafınızdakı insanlar sizdən çox radikal, cəsur addımlar gözləyirlər. Belə addımları atmaq üçün özünüzə, qüvvə və potensialınıza inanmağınız yetər.
Günün ikinci yarısında qətiyyətli, iradəli olun. Özünüzlə tək qalanda verdiyiniz qərarlara, atdığınız addımlara təəssüflənməyin. Axşam saatlarında maraqlı məşğuliyyət, təxəyyül və fantaziyanızı işə salmağa imkan verən iş tapın.
Əkizlər - heç bir zərurət olmadığı halda riskə getməyin. Yalnız ehtiyac yaranarsa, avantüraya qatılmaq olar. Yaxşı gəlir əldə edəcəyinizi düşünməyin. Faydalı və sərfəli tanışlıqlar da olmayacaq.
Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər ola bilər. Sağlıq durumunuz üçün ciddi təhlükə yoxdur. Yeni romantik təmaslar olmayacaq. Layiq olmayan insanla ünsiyyətə çox vaxt sərf etməyin.
Ailənin yaşlı üzvləri yaxşı məsləhətlər verəcəklər.
Axşam saatlarında pul və ya hədiyyə almağınız istisna deyil.
Xərçəng - yanınızdakı insanlar dediklərinizi yanlış anlayırlar. Bu səbəbdən hətta ən yaxın insanlarla ortaq məxrəcə gəlmək çətinləşir. Birgə işlərə, layihələrə başlamaq məsləhət deyil. Tərəfdaş və ya şəriklərlə sonsuz mübahisələrə görə bu işi yarımçıq qoymaq məcburiyyətində qalacaqsınız.
Maliyyə itkiləri və uğursuz alış-veriş istisna deyil.
Günün ikinci yarısında yeni təcrübə və dəyərli biliklər əldə edə bilərsiniz. Daxili problemlərdən birinin həll zamanıdır.
Axşam saatlarına yaxın şəxsi həyatınızla bağlı mühüm qərar qəbul etmək olar.
Şir - yaxın ətrafınızdakı insanlar sizə çoxsaylı məsləhətlər versələr də, bildiyiniz və dürüst saydığınız təki hərəkət edin. İntuisiyanız çox kəskindir. Hisslərinizə güvənə bilərsiniz. Yanınızdakı insanların istəklərini anlamağa çalışın. Bu gün kiminləsə münasibətlər yaranarasa, həmin təmas uzun müddət davam edə bilər.
Günün ikinci yarısında soyuqqanlı və təmkinli olun. Emosiyaların əsarətində çabalamayın. Uzaq səfərə çıxmayın. Rahat, alışdığınız, komfortlu şəraitdə maksimum vaxt keçirin.
Qız - şəraitdən və situasiyadan asılı olmayaraq unutmayın ki, ən çətin vəziyyətdən çıxış yolu var. Ən ağır durumlarda müttəfiq və ya dostların yardımlarına bel bağlaya bilərsiniz. Məsləhətli donun gen olduğunu unutmayın. İndiyədək yaxşı heç nə gözləmədiyiniz insanlar belə, ideyalarınızı dəstəkləyəcəklər. İndiyədək bədxahlıqdan başqa heç nə etməyən adam isə müttəfiqə çevriləcək.
Günün ikinci yarısında yaradıcı yanaşma, təxəyyülün pərvazını tələb edən işlərdə uğur qazanacaqsınız. Darıxdırıcı, rutin və sönük işlərlə məşğul olmaq asan deyil.
Axşam saatlarında kiçik travmalar istisna deyil. Ehtiyatlı olun.
Tərəzi - yeni işə və ya layihəyə başlamaq, səfərə yollanmaq üçün əlverişli gündür. Alış-veriş etmək olar. Bahalı qacetlərə, məişət texnikasına fikir verin.
Kulinariya ilə maraqlanırsınızsa qeyri-adi təamlarla eksperimentlər apara bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə təşəbbüskar olun. Cəhdləriniz gözləntilərinizin tam əksinə olaraq yaxşı qarşılanacaq. Axşam saatları yaxınlaşdıqca müsbət təmayüllərin təsiri güclənəcək. Ailənizlə birlikdə vaxt keçirməyi unutmayın.
Əqrəb - adi günlərdən fərqli olaraq işlər çoxdur. Yaxşı tanımadığınız insanlara inanmayın, ciddi işlərdə tərəfdaşlığı etibar etməyin. Sizdən yararlanmaq, hesabınıza pul qazanmaq istəyən insanlar az deyil.
Sərvaxt və sayıq olun.
Günün ikinci yarısında maliyyə məsələlərini həll etmək, anlaşma və sövdələşmələri nəzərdən keçirmək məsləhət deyil. Alış-verişdə bahalı əşyalar almayın.
Axşam saatlarında əhvalınız yaxşı olacaq. Çoxsaylı işlərə rəğmən yorğunluq hiss etməyəcəksiniz. Dəvət aldığınız yerə yollanmağı unutmayın. Yeni tanışlıqlar istisna deyil.
Oxatan - yaxın ətrafınızdakı insanların tam əksəriyyətinin bacarmadığı, öhdəsindən gələ bilmədiyi işi görə bilərsiniz. Heç gözləmədiyiniz yerdə və saatda uğura nail olacaqsınız. Təbii, bütün bunlarda təsadüfün rolu az deyil. Amma bacarıq və istedınızı da aşağılamayın.
Günün ikinci yarısında sizi tərifləyənlər, dəyər verənlərlə yanaşı, paxıllıq edənlər də az olmayacaq. Yeni tanışlıqlara çox inanmayın.
Sıx ünsiyyət üçün əlverişli gün deyil.
Oğlaq - yaxın gələcəklə bağlı perspektivlərinizi düşünün. Planlarınızı təhlil edin. Yaşam təcrübəsi sizinlə müqayisədə xeyli çox olan insanla məsləhətləşməyi unutmayın. Ağıllı və məntiqli insanlarla məsləhətləşmələr üçün yaxşı gündür. Onlardan biri ilə sıx təmaslar qurun.
Günün ikinci yarısında cari işlər arasında məkanda sürəkli yerdəyişmələr tələb etməyəni daha yaxşı alınacaq. Axşam saatlarını evdə keçirin, qüvvənizi bərpa edin.
Dolça - işlərə qətiyyətlə başlayın, iradəli olun. Yalınz belə olarsa, uğur qazana bilərsiniz. Qüvvənizi olduğundan artıq dəyərləndirsəniz, həddən tez yorularaq usana bilərsiniz. Səhhətinizdə problemlər yarana bilər. Xroniki ağrıların kəskinləşməsi istisna deyil. Özünüzü qoruyun. Təcili və təxirəsalınmaz olmayan işləri ertələyin.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla görüşün, problemləri onunla müzakirə edin. Pozitiv əhval ala bilərsiniz. Axşam saatlarında alış-verişə çıxmaq olar. Yaxınlarınızdan birinə hədiyyə almağı unutmayın.
Balıqlar - asan və rahat gündür. Başladığınız işdən həzz almağa çalışın. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Qeyri-standart problemlərin həllində çətinlik çəkməyəcəksiniz. Yeni ideyalarınız pis deyil və yaxın ətrafınızdakı insanlar da bunu etiraf edirlər.
Günün ikinci yarısında zərərli vərdişlərdən birindən qurtulun. Rasiona fikir verin, sağlam qidalanın. Axşam saatlarını aktiv keçirin.
Normal istirahət etməyə çalışın.
XƏBƏR LENTİ
Google Chrome-da səslə axtarmaq mümkün olacaq
"İstanbullu gəlin"ə yeni aktrisa daxil oldu - FOTO
Necati Şaşmaz oğlu ilə şəkil paylaşdı
Məşhur model şahzadə Harridən ayrılmasının səbəbini açıqladı - FOTO
Azərbaycanda çoxuşaqlı ailələrin sayı kəskin azalır
Bu şəlalədən tez qaçmaq gərəkdir
Qadınların seçimi: kosmetika, yoxsa kitab?
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 101 yeni yoluxma faktı - RƏSMİ
Ahıllar pulsuz tibbi müayinədən keçirildi
Qaynar Volkswagen göstərildi
Bu da 64 bitlik Android
Fevral ayının qalibləri!
Güclü atışma: Düşmən itki verdi
Bu gün keçirilən imtahanın nəticələri nə vaxt açıqlanacaq?
Amoled-ə 5 milyard dollar yatırılır
Türk zabitlər Azərbaycana gəliblər
İtalyanların sürprizi
"X factor" teleşousunun məşhur iştirakçısına ömürlük həbs cəzası verdildi
Bakıda yarış keçiriləcək
Avropada sonuncu o idi
Dəbdən düşməyən geyimlər
“Taxtların Oyunları”nın “Dağ”ı dünya rekordunu qırdı - VİDEO
Başqalarının paltarlarını geyinmək zərərlidirmi?
Kişilər üçün ayaqqabı
İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM
Qaziantep paxlavası (foto-resept)
Əl işlərim
Azərbaycanlı alimdən evdə koronavirus müayinələrinin ölümcül nəticələri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda bu xəstəliyin daha çox yayıldığı rayonlar
Təmizlənmək üçün ən mükəmməl yay pəhrizi
"Ünvanlı sosial yardım alan ailələrin sayı artacaq"
Bədəndəki xalları götürmək olarmı?
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Prezident Bakıda yeni ASAN xidmət açdı
Vitaminli xörəklər - 5
Dünyada ilk dəfə: 6 yaşlı oğlan qız oldu
Valideynlər diqqətli olun!
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
Mübariz İbrahimovun döyüşərək şəhid olduğu post hərbçilərimiz tərəfindən ziyarət edildi - VİDEO
Bakıdan Türkiyə şəhərlərinə yeni avtobus marşrutları açılıb
“Şaurma” (foto-resept)
3 - 6 aylıq körpələrlə oyun variantları
Hava haqqında
Dubayda taksilər sürücüsüz olacaq
Dünya ustadları Şəkidə
Ukraynanın daha bir regionu Rusiyaya keçir
Evdəki tozdan yaranan allergiya və müalicəsi
Sinir hüceyrələri
Ayrılığın yaratdığı fiziki ağrılar
Dünyanın ən çox gözlənilən karnavalı ləğv edildi