Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir.
Qadin.Net bildirir ki, APA-nın xəbərinə görə, bu "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalar"ında öz əksini tapıb.
Qaydalara əsasən, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyisisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.
Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli qərarı ilə tənzimlənən həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin qərarda nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Bu şəxslərin əri və ya arvadı hərbçi olduqda, şəhid ailəsinin üzvü olduqda və ya ailə vəziyyəti ilə bağlı problemlər olduğu hallarda məsələyə fərdi qaydada Nazirlik tərəfindən baxılır.
Vakansiyalara yerləşdirilmə zamanı müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürülür. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak etmişlərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.
Aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanır:
- Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır.
- İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır. Qeyd olunan hallardan hər iki şərti ödəyən namizədlərin topladığı bal ən yüksək artım, yəni 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır.
Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin tədris ili ərzində qarşılıqlı razılıq əsasında dəyişdirilməsi məsələsinə Təhsil Nazirliyi tərəfindən fərdi qaydada baxılır. Bu halda müəllimlərin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə, müəssisələrin yerləşdiyi rayon və şəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınır.
Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı tətbiq olunmaqla 1-15 iyun tarixlərində təşkil ediləcək.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? - 25 fevral
Sağlam qalmaq üçün bunlara əməl edin
Peçenyeli şokolad tortu (foto-resept)
Uşağı döymək olarmı?
Azərbaycana yay fəsli daxil olub
Sənə dönmək istəyirəm
Sabah da tıxaca hazır olaq?
İlham Əliyev daha 23 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi
Alla Puqaçova hər kəsi təəccübləndirdi-FOTO/VİDEO
ABŞ Marsda 10 minlik şəhər tikəcək
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
Cins şalvarlar
Filmin çəkilişləri dayandırıldı-SƏBƏB
Rusiyadan ABŞ-a XƏBƏRDARLIQ
Google keçmişə qayıdır
Dərs ilinin müddəti artırıla və yay tətili ləğv oluna bilərmi? - RƏSMİ
İlk çantalar
Üçüncü sınaq başlayır
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan qadağa götürüldü - RƏSMİ
Günün qoroskopu: çoxsaylı problemlər yarana bilər
Parlaq və ləkəsiz dəri üçün maska
Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlər üçün yenilik
Manikür üçün dırnaq ətini yumşaldan maska
Yay aylarında qidalanmada nələrə diqqət edilməlidir?
Kraliça Yelizaveta portretində səhv tapdı - VİDEO
Beyrutda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı
Yağış yağacaq, külək əsəcək...
Geyim kombinasiyaları
18 oktyabr Milli Müstəqillik günüdür!
İzmirdə yenə zəlzələ oldu
Doğuşdan sonra depressiya
Məşhur serial ərəb şahzadəsinin sifarişi imiş
Rusiyada koronavirusa qarşı daha bir peyvənd test ediləcək
Toy üçün saç aksesuarları
Adel 20 kq arıqladı-FOTO
Sarı şam kimi yanan paxistaxis
ÜST-dən maska XƏBƏRDARLIĞI - Qaydalar dəyişdi
Qıvırcıq saçlar üçün 3 tövsiyə
Cemli, halvalı peçenye (foto resept)
Günün qoroskopu: məsləhət üçün təcrübəli insanlara müraciət edin
Günün ulduz falı - 21.09.2013
Lampalar bizi izləyəcək
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Ermənistan ordusu Azərbaycan ərazilərini atəşə tutub
Türkiyə kurortu sökülür
Günün qoroskopu: çətin qərarlar qəbul etməlisiniz
Köhnə film ulduzların palto dəbi
Hadisə xəstəliyini ETİRAF ETDİ
Məşhur filmlərin səhnə arxası şəkilləri