Mayın 10-da IDEA İctimai Birliyinin təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib.Yenilənmiş növbəti həyət Nizami rayonu, Məmməd Xəlil Şərifli və Şirin Mirzəyev küçələrinin kəsişməsində 10 minə yaxın sakinin məskunlaşdığı 7 çoxmərtəbəli binanı əhatə edir.Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.“Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 6 min kvadratmetr sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib və idman alətlərindən ibarət kiçik meydança salınıb.
Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.Sakinlərin istək və maraqlarını nəzərə alaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 150-yə yaxın ağac və kol, 1500-ə yaxın dekorativ gül əkilib.Qeyd edək ki, “Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Nizami rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan dördüncü həyətdir.Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
XƏBƏR LENTİ
İlham Əliyev bu rayona 6,1 milyon manat ayırdı
Senatorlar prezidenti işdən çıxardılar
Makaronlu şorba (foto resept)
Ölkələrə görə gəlin və bəy
Hava haqqında
Ayların romantikası
Ed Şiran ata olacaq
Qanlı yanvarın təşkilatçısı "arzuolunmaz şəxs" elan edildi
Alişan və Buse jurnalistləri məhkəməyə verəcək-SƏBƏB
Düşmən yenidən Bərdəni atəşə tutdu: 16 yaşlı yeniyetmə həlak oldu - RƏSMİ
Ermənilər yenə səfirliyə yumurta atdılar
2019-da nələr dəbdə olacaq?
Nemət Pənahlı sərbəst buraxıldı
Bu gün atəşfəşanlıq olacaq
Mehriban Əliyeva Valentina Matviyenko ilə görüşüb - FOTO
Növbəti ildən bütün işçilərin maaşından tutulacaq - RƏSMİ
“Çukur”da yeni aktyor-FOTO
Səmranın səhvinə görə Azərbaycanı cərimələyiblər?
Uşaqlarınız hansı saytları açırlar?
Hava haqqında - 08.10.2013
Ağdamda düşmən təxribatı: Jurnalist yaralandı - VİDEO
İslam Əməkdaşlıq Təşkilatından Ermənistana qarşı sərt addım
Günün ulduz falı
Sinidən düzəldilmiş ev aksessuarları
ÜST: “Kütləvi immunitet qurtuluş yolu deyil”
Dietoloqdan həzmi asanlaşdırmağın yolları
"Qara leylək" 30 qəpik, "Daş dələsi" isə 60 qəpik...
Qadınların ətəklərini gödəldən inqilab
Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı
Sabah da qar yağacaq
Avropa enlənir
Düyü pəhrizi ilə günə 1 kq arıqla
İdmançımız erməniyə qalib gələrək dünya çempion oldu
Bakıda pulsuz "Wi-Fi" olacaq - ÜNVANLAR
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA
Hər yaşa uyğun çətirlər
Sağlam və dolğun saçlar üçün 4 tövsiyə
Məşhur ulduzun bənzəri tapıldı-FOTO
Borc məhkəməyə qədər necə ödənilə bilər?
Bizim hekayə...
Gəlinlərimiz üçün maraqlı saç düzümləri
Bakılıların evləri nə vaxt isinəcək?
Azərbaycanın yunan-Roma güləşçiləri İstanbulda yarışacaqlar
Məşhurların təəccübləndirən geyimlər
Ac qarına bunları etməyin!
Ana bətnindəki əkizlər bir-birini "yumruqladı"
"Bu razılaşma tarixi səhvdir"
Onun "Survivor"da iştirakı birmənalı qarşılanmadı-SƏBƏB
Təbii doğuşun faydaları
Rusiya Azərbaycan müəssisələrinin birindən pomidor idxalına icazə verdi