Bakıda hava 11°
USD 1.7000 AZN
EUR 1.9478 AZN

“Şekspirin böyük yalanı” -Araşdırma

 

“Şekspirin böyük yalanı” -Araşdırma



 

“Şekspirin böyük yalanı” -Araşdırma

Xəyalə Murad

Beş müxtəlif ölkədən olan iyirmi üç ədəbiyyatşunasın apardığı araşdırmaya əsasən məlum olur ki, Kristofer Marlo ingilis drammaturqu Şekspirin üç pyesinin həmmüəllifidir. Eyni zamanda 2016-cı ildə “Henri VI” pyesinin ilk üç hissəsinin müəllifini drammaturq Marlo olduğu rəsmi olaraq təsdiqini tapdı.

Araşdırmaya dörd alim:-Heri Teylor (Florida  ştatatının universiteti), Con Couitt (Şekspir institutu, Birminhem universitet), Terri Bourus (İndian universiteti) və Qabriel İqan (De Monfort universiteti) rəhbərlik edirdi. Tədqiqatın nəticələri ilk dəfə “The Guardian” qəzetində nəşr edildi.

Alimlər Şekspirin pyesləri üzərində kompüter vasitəsilə mətn analizini aparıblar. Məlum olub ki, yüz illiklərdən bəri bəyan edilən məlumat həqiqətmiş. Şekspirin pyesləri üzərində müxtəlif drammaturqlar işləyiblər. Məhz bu zaman Şekspirin müasiri, şair, drammaturq Kristofer Marlonun “Henri VI” pyesinin ilk üç hissəsini yazdığı sübut edilib.

“Marlo pyesi tamamlaya bilərdi. –Sonu yaxşı bitən, yaxşıdır. Əsərin ilkin versiyasını Şekspir 1605-ci ildə yazır, Marlo isə 1620-ci ildə onu tamamlayır”.-deyə  Heri Teylor qeyd edir. Ənənənəvi olaraq Şekspirin heç bir həmmüəlliflə işləmədiyi bildirilsə də, 1986-cı ildə Oksford universiteti Şekspirin 37 pyesini toplu halda nəşr etdirir və onlardan 8-nin (20%-nin) həmmüəllifli olduğu qeyd edilir.  2016-cı ildə alimlər Şekspirin 44 əsərini incələyərkən onlardan 17-sinin başqa müəlliflərlə birlikdə yazıldığını müəyyən ediblər.

Mark Tvenin Şekspir haqqında dediyi bu fikir tam yerinə düşür:

“Bütün İngilis, İrland və Şotland məhşurları haqda düşündükdə, onları bir siyahıya aldıqda Tüdorların dövrünə qədər hər şey aydın olur. Təsəvvür edin - beş yüz addan ibarət siyahı məlumdur və sən bu insanların hər birinin həyatına dair ən xırda həqiqətləri belə öyrənə bilirsən. Qəribəsi budur ki, bu insanlardan fərqli olaraq ən məşhur, ən görkəmli, hətta siyahıda onların hər birindən daha tanınmışı – dahi Şekspir haqqında  heç bir məlumat əldə etmək mümkün deyil!”

Sizcə də Mark Tven haqlı deyilmi? Şekspir bu qədər məşhur olduğu halda lazım olan ən vacib məlumatları tapmaq qeyri-mümkündür. Yaradıcılığı barədə elan edilmiş bu son bəyanat rəsmi olaraq təsdiqini tapıbsa, demək biz əsl Şekspiri heç yetəri qədər tanımırıq. Doğulduğu və öldüyü Stratforda yaradıcılığına dair heç bir dəlil yoxdur. Şekspirin xaç suyuna çəkilməsi barədə bir cümləlik tarix (26 aprel 1564-cü il) Müqəddəs Üçlük kilsəsində görmək mümkündür. 18 yaşında özündən səkkiz yaş böyük biri ilə evləndiyi də məlumdur. Bəs əli ilə yazdığı, bir cümləlik ədəbi qeyd niyə yoxdur? İngiltərədə bir nəfər belə olsun heç bir ədəbi və ya qeyri-ədəbi məqalələrdə “Dahi Şekspiri gördüm” deyə yazmayıb. Sanki bu adda drammaturq, şair heç olmayıb.

 Gəlin birlikdə düşünək, sıradan bir ədib, demək olar heç tanınmayan şair öləndən sonra onun ölümünə müxtəlif şerlər qoşulur, xatırlanırdı. Yəni “The Globe” teatrında onun pyeslərinə ağlayan kütlədən bir nəfər belə olsa dahi drammaturqun ölümünə məyus olmadı?! Stratford kilsəsində drammaturqun ölümü sadəcə - 26 aprel.1616-cı ildə Uilliam Şekspir öldü.- deyə qeyd yazılıb.

Stratfordda Uill Şekspir sələmçi olaraq bilinirdi. Onun alış-satış, borc, ticari işləri barədə yetəri qədər məlumat  tapmaq mümkündür, lakin drammaturq və şair kimi heç bir sübut olmadığından ölümündən 50-100 il sonra ortaya çıxan vəsiyyətnaməsi əsl maraq yaratdı. Şekspir təxəllüsü onun sağlığında yetəri qədər tanınırdı və əgər Şekspir həmin drammaturq idisə vəsiyyətnaməsində niyə nəşr edilməmiş 18 pyesinin adını çəkmir?! Halbuki, ədəbi irsində iki poema, 154 sonet və 37 pyesi olan dahi drammaturq idi və qeyd edilir ki, ingilis dilinə 3200 yeni söz bəxş edib. Bəs təhsil alması barədə heç bir tarixi qeyd olmayan, heç bir ziyalı ailəyə  mənsub olmayan biri şeir və poemalarında gözoxşayan böyük söz ehtiyatına necə sahiblənib, necə yazıb?! 

Onun yaradıcılığına ilk şübhə edən şəxs müasiri ingiltərə yazıçısı Robert Qrin olmuşdur. O universiteti bitirdikdən sonra yazıb-yaradır və maraqlı pyeslər səhnələşdirirdi. Qrin naməlum vilayətin müvəffəqiyyətini qəbul edə bilmirdi. O  1592-ci ildə yazdığı “Milyon tövbəylə alınmış bir qəpiklik ağıl” adlı pamfleti vasitəsi ilə öz drammaturq yoldaşlarına fırıldaqçı aktyorlara güvənməməyi tövsiyə edib: “...Onların arasında bir qarğa var- pələng xəzli aktyor- bizim lələklərimizlə bəzədilmiş- pələng ürəkli, aktyor xəzli biri- özünü ölkədə yeganə səhnə hakimi hesab edir ”. “Səhnə hakimi”-deyərkən bir tək Uliyam Şekspiri nəzərdə tuta bilərdi.

Şekspir haqqında ötən qış apardığım araşdırma sayəsində öz soyadını düzgün yazmaqda çətinlik çəkdiyini öyrəndim. Bunun subutu kimi onun ölümündən az qala bir əsr sonra üzə çıxarılmış  vəsiyyətnaməsini misal göstərə bilərəm. Vəsiyyətnamənin ilk səhifəsində “Shackper”, ikinci səhifənin başlığında “Shakspear”, ikinci səhifənin sonunda “Shakspea”, üçüncü səhifənin əvvəlində “Shackspere” və nəhayət ən sonda “Shakspeare” yazaraq imza atmışdır. Qrammatik qaydaların hələ tam yerinə oturmadığı bir dövr üçün bu normal sayıla bilər, lakin Şekspirin təhsil almadığını nəzərə alsaq həqiqətən yaza bilmədiyini deyə bilərik.

 

“Şekspirin böyük yalanı” -Araşdırma



 

Şekspirin həmmüəllifləri sayılan şəxslər arasında elmi ictimaiyyət tərəfindən qəbul edilməyən Frensis Bekon, Eduard de Ver 17-ci Oksford qrafı, Ulliyam Stenli Derbinin 6-cı qrafı, Roccer Manners Ratlendin 5-ci qrafı, Elizaveta Sidni, Henri Keri Lord Handson,  Henri Hevill və başqalarını qeyd etmək olar. Lakin bu şəxslər içində Marlonun Şekspir əsərlərinin müəllifi olmaq şansı yüksək idi. Çünki Marlo sözün əsl mənasında drammaturq idi və cəmi iki aylıq yaş fərqləri olmasına baxmayaraq yaradıcılığa hələ Şekspirdən əvvəl başlamışdı.

Şekspirin yaradıcılığına dair sonsuz fərziyələr mövzuddur. Yüz illiklər keçməsinə baxmayaraq hələ də bizi heyrətləndirən, yeni və olduqca vacib sirrlərin üstü açılır. Şekspiri dahi drammaturq kimi deyil, möhtəşəm əsərlərin üzərində işləmiş şairlərdən biri hesab edirəm. Borclunun arxasınca düşüb, onu təhdid edən sələmçinin bu cür incə ruha sahib ola biləcəyini zənn etmirəm. Lakin düşünəndə ki, Marlo kimi drammaturun və digər üstdə sadaladığım (rəsmi sübutunu gözləyən) şəxslərin iştirakı ilə o dahi əsərləri yarada bilərdi, məhz bu an onu drammaturqlar arasında görə bilirəm.

Etiraf etməliyəm ki, o əsərlərin müəllifi (və ya müəllifləri) kim olursa- olsun, heç nə sonet və pyeslərin möhtəşəmliyini, sehrini pozmur. Onlar gələcək nəsillərə əsl ədəbi miras olaraq qalıb. İnanıram ki, bu əsərlərin yazılmasında Şeksprinin qatqısı olub. Lakin o tək müəllif olmayıb. O dahiliyə həmmüəllifləri sayəsində ucalıb...

 Şekspirin vəsiyyətnaməsi: 

Allahın adı ilə, Amin.

Mən Uorik qraflığındakı Eyvon üstü Stradforddan olan Ulliyam Şekspir, centlimen, əqli sağlığım yerində (Allaha şükürlər olsun) işlərimi qaydaya salaraq son istəyimi  aşağıdakı kimi qeyd edirəm: ilk olaraq öz ruhumu Allaha, məni Yaradana həvalə edirəm. Ümid edərək və qətiyyətlə inanaraq əbədi İsa Məsihin mənim Xilaskarımın xidmətlərinə görə torpaqdan yaranmış bədənimi yenidən torpağa geri verirəm.

Bununla yanaşı, qeyd edirəm ki, qızım Cyuditə yüz əlli funt rəsmi ingilis sikkəsi aşağıdakı qayda ilə ödənilməlidir: Mənim ölümümdən bir il sonra cehiz adı ilə səkkiz şilinqə bir funt gəlirlə yüz funt olanadək ödənilsin. Qalan əlli funt isə nə zaman almaq istəyərsə o zaman verilsin.  Vəsiyyətnaməmin icaredicilərinin şahidliyi ilə qızım Cyuditə və onun gələcək varislərinə mənim ölümümdən dərhal sonra Uorik qraflığında yerləşən Eyvon üstü Stradforddakı daşınmaz əmlakımın, Rounqtonun mülkünün bir hissəsini təşkil edən ərazi və ətraflarının verilməsinə göstəriş verirəm.

Eyni zamanda yuxarda adı çəkilən qızım Cyuditin vəsiyyətnamənin hazırlanma tarixindən etibarən doğulacaq qızı üç yaşına çatanda daha yüz əlli funt icaraedicilər tərəfindən faizi ilə ödənilməsinə göstəriş verirəm.  

Əgər bu müddət ərzində övladı doğulmadan qızım ölərsə, onda qərarım aşağıdakı kimidir: Qeyd edilən məbləğdən yüz funt ayırıb nəvəm Elizabet Xolla verilməsini və digər əlli funt icraedicilərim tərəfindən bacım Coanna Harta verilməsini tələb edirəm. Faizləri də adı çəkilən bacım Coanna Harta və onun ölümündən sonra əlli funt onun övladları arasında bərabər bölüşdürülsün. 

Əgər qızım Cyudit və onun doğulacaq uşağı həmin müddət ərzində sağ qalarsa, göstərişim aşağıdakı kimidir: yuxarda adı çəkilən yüz əlli funtu vəsiyyətnaməmin icraediciləri ən yüksək faizlə qızıma və onun uşaqlarına verilsin, lakin onun həyat yoldaşının sağlığında məbləğ tam ödənilməsin. Şərtimə əsasən qızım həyatı boyunca hər il həmin məbləği yalnız faizlərlə hissə-hissə əldə etsin. Onun ölümündən sonr isə qeyd olunan məbləğ onun doğulacaq uşaqlarına verilsin. Yox əgər övlad sahibi olmazsa – qeyd edilən müddətə kimi yaşayarsa verilsin.

Əgər ölümümdən sonrakı üç il ərzində qızım ərə gedərsə və  növbəti illərdə öz mülkünü qızım və uşaqları ilə bölüşsə və bu mülkun onlara kifayət edəcəyi vəsiyyətimin icraediciləri tərəfindən təsdiqlənərsə, onda şərtim aşağıdakı kimidir: icraedicilərim tərəfindən veriləcək adı çəkilən yüz əlli funtun qızımın yoldaşına verilməsini və onun mülahizəsi ilə xərclənməsini vacib hesab edirəm.

Eyni zamanda adı çəkilən bacım Coannaya ölümümdən bir il sonra iyirmi funt və bütün geyimlərimin verilməsinə göstəriş verirəm. Həmçinin yaşadığı Stradforddakı evin və ərazidəki gəlirlə yanaşı illik iyirmi pensin verilməsinə razılıq verirəm.

Onun hər üç oğlu- Ulliyam Hart, Tomas Hart və Maykl Harta ölümümdən bir il sonra beş funt ödənilməsinə göstəriş verirəm.

Əlavə olaraq yuxarda adı çəkilən Elizabet Holla bütün yemək dəstimi (həmçinin gümüşdən olan və qızıl suyuna salınmış kubokumu) vəsiyyət edirəm.

Eyni zamanda Stradfordun kasıblarına on funt, Tomas Komba qılıncımı, eskvayr (titul) Tomas Rasselə beş funt və Uorik qraflığından olan Uorikli centlimen Fransis Kollinzə  otuz funt, altı şiling və səkkiz pens verilməsini vəsiyyət edirəm- bunlar ölümümdən bir il sonra yerinə yetirilsin.

Bütün bunlardan əlavə üzük ala bilməsi üçün Hamlet Serdlerə iyirmi altı şiling səkkiz pensin verilməsinə, centlimen Uliyam Reynoldsa üzük ala bilməsi üçün iyirmi altı şiling səkkiz pensin verilməsinə, xaç oğlum Uliyam Uokerə iyirmi qızıl şiling, centlimen Entoniyə iyirmi altı şiling səkkiz pens, Con Neşə iyirmi altı şiling səkkiz pens və yoldaşlarım Con Heming, Riçard Berberdj,  Henri Kondlerə üzük üçün iyirmi altı şilin səkkiz pensin verilməsinə göstəriş verirəm.

Bundan başqa vəsiyyət edirəm ki, qızım Syuzan Holla hazırda yaşamaqda olduğum və sahib olduğum bütün böyük daşınmaz əmlakım (içindəkilər daxil), Stratforda yerləşən Nyu-Pleys adlanan ərazidə vəsiyyətimdə yazılanları icra etməsinə razılıq verilməsinə, və Stradforda yerləşən Henli-stritdəki iki daşınmaz mülküm (içindəkilər daxil), həmçinin bütün meyvə bağlarım, anbarlar, tövlələr, təsərrüfat əraziləri və daha əvvəllər Eyvon üstü Stradfordda, kənd və qəsəbələrdə, köhnə Stradfordda, Bişopton, Uelkomb, yüksək qraflıq Uorikdə mirasa daxil olacaq mülklər, eyni zamanda Con Robinsonun yaşadığı torpaq (içindəkilər daxil), Qardaroub yaxınlığında, Londondakı Blekfrayarz – adı çəkilən mülklər Syuzan Holla ömürlük verilsin. Onun ölümündən sonra ilk qanuni vərəsəsinə və onun kişi cinsindən olan bütün qanuni varislərinə, həmçinin Syuzanın ikinci qanuni oğlu və kişi cinsindən olan varislərinə -bu varislərin yoxluğunda isə Syuzanın  üçüncü qanuni oğluna və bu oğulun bütün kişi cinsindən olan varislərinə - o da olmazsa, Syuzanın sıra ilə doğula biləcək- beşinci, altıncı, yeddinci qanuni oğluna və həmin oğulun kişi cinsindən olan varislərinə - bütün bu varislər yoxdursa, bütün bu ərazi və mülkün nəvəm Elizabet Holla və onun kişi cinsindən olan varislərinə, qızım Cyudit və onun kişi cinsindən olan qanuni varislərinə verilməsini və əgər bu varislər də yoxdursa, mənim- Ulliyam Şekspirin hər hansı bir qanuni varisimə (kim olursa-olsun) verilməsini tələb edirəm!

 

Həmçinin yoldaşıma mənim ikinci ən yaxşı yataq dəstimin və mebellərimin (içindəkilər daxil) verilməsinə göstəriş verirəm.

Bunlardan əlavə qızım Cyuditə mənim gümüşü-qızılı kubokumu verirəm. Geridə qalan digər daşınan, icarə, gümüş, cəvahirat, təsarrüfat alətləri, borclarım və ödənişlərim, xərcim kürəkənim, centlimen Con Holla və onun xanımı, qızım Cyuditi vəsiyyətnaməmin və son vədimin icrahatçısı olmasına göstəriş verirəm. Yuxarda yazdığım vəsiyyətnaməyə eskvayr Tomas Rassel və centlimen Frensis Kollinsi könüllü şahid elan edirəm. Əvvəlki vəsiyyətnaməmi məhv edərək bildirirəm ki, bu mənim son vəsiyyətim və son istəyimdir. Həqiqiliyini təsdiq etmək üçün aşağıda öz imzamı, gün və ili qeyd edirəm.

İmza: Ulliyam Şekspir

Vəsiyyətnamənin şahidləri:

Fra Kollins

Lulius Şav

Con Robinson

Hamlet Sadler

Robert Uhattcoat

Müəllif: Xəyalə Murad

Səslərin sayı: 1
0
3791
Digər yazılar
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )