“Azərbaycan dili” fənnindən imtahan verən abituriyentlərin nəticələri elan olunub.
Qadin.Net bildirir ki, Dövlət İmtahan Mərkəzindən publika.az-a verilən məlumata görə, imtahanın nəticələri aprelin 23-də saat 15:25-dən etibarən DİM-in internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında) 6172 (520+5652) abituriyentdən 274 nəfəri imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda iştirak edən 5896 (305+5591) abituriyentdən 5247 (172+5075) nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
Abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Aprelin 22-də keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər (mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə) 2018-ci il iyunun 10-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. 11 apreldən 30 aprel tarixinədək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri də ikinci Azərbaycan dili imtahanında iştirak edəcəklər.
İmtahan nəticələri ilə əlaqədar yaradılmış Apelyasiya Komissiyası Mərkəzin Bakı şəhəri, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Abituriyentlər Apelyasiya Komissiyasına 24-26 aprel tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Qeyd edək ki, DİM aprelin 22-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirib.
XƏBƏR LENTİ
Dünyanın ən bahalı şokoladı
Harri şahzadəlik titulindan niyə imtina etdi?-AÇIQLAMA
Həmyerlilərimiz milyarder siyahıya düşdülər - REYTİNQ
Gicitkənin saçlara faydası
Ən rahat ev geyimləri
Batareya çirkab suları ilə işləyəcək
Azərbaycan hərbçiləri Şuşada Xan çinarları əkdi - VİDEO
Polis xəbərdarlıq etdi
Yeni klipində gözəgörünməz oldu
Bu gün Ümumdünya Poçt Günüdür
Kəndli qadın 16 il sonra saçına qayçı vurdu - FOTO
Azərbaycanda institut rəhbəri vəzifəsindən azad edildi
Bu rayonlar karantinə alındı
HAVA necə olacaq?-10 FEVRAL
Günün ulduz falı
Kəlbəcər rayonunun işğalından 25 il ötür!
Buxarda toyuq ruleti (foto resept)
Builki abituriyentlərə ŞAD XƏBƏR
Maska mədəniyyəti: Onlarda və bizdə - VİDEO
Günəşdə dəhşətli partlayış gözlənilir
Göz yaşı
O bir ilə 620 milyon qazandı
Necə qonşusunuz? (test)
Ardanın xanımı İlk dəfə AÇIQLAMA verdi
Maradonanın son sözləri məlum oldu
Uşaqlara Yeni il hədiyyəsi seçərkən diqqətli olun
Millimiz bu gün “Şaxtyor”la qarşılaşacaq
Leyla Əliyeva Şirvanşahlar Sarayında - FOTO
Tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirdi
Məşhur müğənninin 2,5 milyonluq villası uçdu-FOTO
TƏBİB-dən çimərliklərdə sosial məsafə ilə bağlı AÇIQLAMA
Bəhram Bağırzadənin uşaqlar üçün “İstanbul” kitabı nəşr edildi
Girovlarımıza ağır cəza
Məşhur idmançı hər kəsi qəzəbləndirdi-FOTO
Qiyməli şorba (foto resept)
Nazirimizdən savaş mesajı
Gözəl bilərzik modelləri (2)
Böyük ailədə böyüyən uşaqların qazancı
Ter-Petrosyan Paşinyanı ümummilli bəla adlandırdı
Ermənilər ora da göz dikiblər
İstifadəçilər YouTube-a qarşı
Azərbaycanda qarlı, şaxtalı hava şəraiti davam edəcək
Qurban bayramı nə vaxtdır?
Sabahın HAVAsı
Yalançı adamı necə tanımaq olar?
Hava haqqında
Ancelina Colinin qızı əməliyyatdan sonra İLK DƏFƏ-FOTO
Tramp gözlənilməz əmr - 90 gün ərzində...
Milla Yovoviç üçüncü dəfə ana olacaq-FOTO
245 qramlıq körpə aylar sonra İLK DƏFƏ-FOTO