Bakıda hava 17°
USD 1.7000 AZN
EUR 1.9906 AZN
26 may 22:59Surayye Peri mesajlara baxarsan 26 may 22:58Surayye AMIN canim AMIN
38629

Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)

 

Pəhrizdə olsam da ara-sıra özümü mükafatlandırıram J 

Sizə özümün əlavələrim də olan reseptimi təqdim etmək istəyirəm.

Bu resept tortun biskvitinə vaxt itirmək istəməyənlər üçün sərfəlidir. Çünki beləcə mikserlə qarışdırmaq, içinin çiy qalmaq, qabarmamaq, yanmaq qayğılarından uzaq olursunuz. İstəsəniz yağlı xəmiri özünüz də əvvəldən edib buzluğa ata bilər, istədiyiniz vaxt istifadə edə bilərsiniz. Amma məncə o qədər yağ istifadə edib yağlı xəmir düzəldənə kimi hazır yağlı xəmirlərdən istifadə etmək daha sərfəlidir. 6 manatlıq qablaşdırmalarda 20 ədəd yağlı xəmir olur. Daha kiçikləri isə 3 manata başa gəlir. Xudmani tort üçün kiçik qablaşdırmadan istifadə edə bilərsiniz.

Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)

 

 

Lazım olacaq ərzaqlar:

Hazır yağlı xəmir

Krem üçün:

Süd

Xama

Qarğıdalı nişastası

Yağ

Şəkər tozu

Vanil

Əgər bu krem sizə çətin gəlirsə hazır qablaşdırmada olan qatılasdırılmış süd və paket marqarin yağından da istifadə edə bilərsiniz. Yağı otaq istiliyində yumşaldıb mikserlə çalın sonra malokonu əlavə edin. Yəqin hamı razılaşar ki,ən asan krem məhz budur.

Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)

 

Yuxarıda yazdığım kremin ərzaq miqdarların isə özüm yazmadım, çünki o tortun həcminə görə, ağız dadınıza görə dəyişə bilər. Amma məsələn mən bir stəkan südə bir x.q kraxmal,1 x.q un,300 qr xama, 100 qr şəkər tozu, 100 qr yağ qatdım. Əgər tortunuzun həcmi böyükdürsə kreminiz də çox olmalıdır.

Qeyd: Südlə hazırladığım krem tortu həddindən artıq yumşaq edir. Yəni çox sürtməyinizə də ehtiyac olmayacaq.

Ilk öncə xəmirlərin yumşalmağını gözləyin. Və onların öz-özünə, otaq istiliyində yumşalmağına şərait yaradın. Yəni tez buzu açılsın deyə müdaxilə etməyin. Əgər düzbucaq tort ya kvadrat etmək istəyirsinizsə o zaman fətirləri öz formasında yayın, böyüdün. Yox dairəvi tort istəyirsinizsə o zaman xəmirləri kiçik kündələr şəklində yumrulayın sonra yayın.

Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)

Mən fətirləri kraxmalla yaydım. Sobanı yüksək dərəcədə qızdırıb üzləri çəhrayi rəngə çalana qədər qurutdum.

Kremi üçün unu, kraxmalı, şəkər tozunu bir qaba töküb qarısdırdım. Düyün olmamağına diqqət edin sonra südü əlavə etdim. Ocağın üstündə krem formasına düşənə qədər, qarışdırmanı dayandırmadan saxladım. Sonra yağı əlavə edib soyutdum. Daha sonra qaymağı əlavə edib mikserdən keçirtdim.

Qaymaq demişkən, hər dəfə evə gələn yağlı inək südlərinin üzlərini yığıb buzxanaya atırdım. Bu krem üçün məhz həmin qaymaq-xama, artıq hər nədirsə ondan istifadə etdim. Çox da gözəl oldu.

Fətirlərin bərkliyindən narahatsınızsa şərbət sürtub sonra kremləyin.

Belə tortlara fətirlərarası üçün qoz, banan çox gözəl dad verir.

Öz ovuntuları ilə də üstünü örtdüm. Istəyən bəzəyə də bilər. 

Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)

Nuş olsun!

 

Səslərin sayı: 2
5
1253
loading...
Şərhlər
Offline
Ayla Ayla
Napalyonun belə asand olduğunu bilmirdim ki edərəm
23 aprel 2018 16:32
Offline
Iceberg
Bəli, dadlıdır amma çox da kalorilidir))
22 aprel 2018 23:42
imza: shafaabdulla.blogspot.com
Offline
Surayye
Beh-beh beh ne gozeldi bu bele. Hem de asandi ki... Evde yagli xemirim var edecem
22 aprel 2018 21:37
Offline
Xəyalə Murad
Nə dadlı görünüşü var. Həm də asanmış. Yağlı xəmirdən "Xaçapuri" bişirirəm. Gərək tortu da sınayım. Çox sağ ol, əlin-qolun var olsun! give_ros
22 aprel 2018 18:25
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
MİRiyeva
mmmmmm dadli gorunur nyam
22 aprel 2018 16:13
imza:
Нет большего счастья на всем белом свете, чем любящий муж и здоровые дети!»
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış