Bakıda hava 11°
USD 1.7000 AZN
EUR 2.0862 AZN
16:12Ayla Ayla Yox, Sürayye xanım vitamindi 11:13Surayye O nedi ki el? Parasokdu 11:13Surayye Ay sabahin xeyir Peri -Sima necesiz? 10:40PERI qizlar mumia isledeniz olub? necedir? 10:40PERI salam qizlar 10:07Sima peri sureyya men sizden tez geldim 10:07Sima gunaydin herkese 09:52Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram!
38453

“Profilinə baxım deyim kimsən”

 

“Profilinə baxım deyim kimsən”



 

Markın sayəsində uzaqları yaxın edib ya tanışlarımızla əlaqə saxlayırıq, ya da yeni tanışlar tapırıq. Facebookun haqqında Markın işinə müdaxilə etmədən bir neçə kəlmə yazmaq istəyirəm.

Bir dəfə Facebooka özümdən bir-iki tərif verib paylaşmaq istəyi ilə kompüteri açdım. Şəbəkəyə qoşulan kimi Professor Asif Rüstəmlinin bu mövzuda maraqlı statusunu oxuyub öz yazdığımı paylaşmaq fikrimdən daşındım. (belə bir kompleksim var) Hörmətli professorun yazısını ürəkdən bəyəndiyimi bildirdim. (“like” dən əlavə) Asif müəllim nəvəsinə facebooku bədii şəkildə-“fikir bağçası” deyə çox gözəl izah etmişdi. Təbii ki, burada hər kəs özünə uyğun fikirlər paylaşır. Profillər sahibinin şəxsiyyətindən xəbər verir. Adamın nə düşündüyünü, həyata baxışının necə olduğunu elə profilindəncə öyrənmək olur. Doğrudur, çoxu özünü ağıllı göstərmək üçün aforizmlərdən, maraqlı hekayələrdən müəyyən hissələri paylaşır, amma diqqətli yanaşanda görürsən ki, bu sadəcə “səviyyəli” görünmək istəyindən irəli gəlib. Qısa zaman ərzində bu paylaşımların acı tabletlərin üstünə çəkilmiş nazik şirni təsiri bağışladığını duyuruq.

 

“Profilinə baxım deyim kimsən”



 

Bəzilərinin də, nə deməyə sözləri var, nə bir ideyaları. İşi- gücü yalnız müxtəlif profil və səhifələrdən paylaşımlar etməklə “antologiya” yaradıb facebooku “yola verir.” “Profilinə baxım deyim kimsən” deyə uydurduğum analar sözünə belələri səbəb olub. Savadsız,dünyagörüşsüz olanların profilinə göz yummağı bacarsam da ziyalıların özlərini bu cür göstərmələrini qəbul edə bilmirəm. Bəzən şəxsiyyətinə hörmət etdiyimiz birinin statusunda elə kobud sözlər oxuyuruq ki, daha savadsız adamlara deməyə sözümüz qalmır.

Facebookdan fikirlərimi bölüşmək, eyni zamanda da gözəl yazıları oxumaq üçün istifadə edirəm. Xüsusi ilə də ədəbi mühiti izləməyə görə burda varam. Yazdıqlarından zövq aldığım insanların gözəlləşdirdiyi facebooku bəzilərinin korladıqlarına çox təəssüflənirəm. Birinin yaratdığını digəri elə asanlıqla uçurur ki...

Səslərin sayı: 1
3
238
Digər yazılar
Şərhlər
Offline
Iceberg
8 ildir fb dayam. İllər ərzində istifadə qaydamda çox dəyişiklik oldu. Düşünürəm hər şey bir az da dünyagörüşlə bağlıdır
17 aprel 2018 10:26
imza: shafaabdulla.blogspot.com
Offline
Sima
cx sag olun duz qeyd etmisiz
17 aprel 2018 10:22
Offline
Xəyalə Murad
Mən də profilə baxaraq qarşımdakının kim olduğunu müəyyən edə bilirəm. Dostluq təklifinə də məhz bu yolla qarşılıq verirəm. Düzdür mənfi yöndən istifadə edənlərin sayı az deyil, lakin düzgün şəkildə istifadə edən də az deyil. İş çoxluğundan facebookda ana səhifəyə çox nadir halda baxıram. Yeni yazınız üçün çox sağ olun, Pərvanə xanım.
17 aprel 2018 09:34
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış