Bakıda hava 11°
USD 1.7000 AZN
EUR 2.0862 AZN
16:12Ayla Ayla Yox, Sürayye xanım vitamindi 11:13Surayye O nedi ki el? Parasokdu 11:13Surayye Ay sabahin xeyir Peri -Sima necesiz? 10:40PERI qizlar mumia isledeniz olub? necedir? 10:40PERI salam qizlar 10:07Sima peri sureyya men sizden tez geldim 10:07Sima gunaydin herkese 09:52Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram!
38453

Bakı metropolitenində fləşmob

Bakı metropolitenində fləşmob


Bakı metropolitenində növbəti sosialyönümlü aksiya keçirilib.

Qadin.Net bildirir ki, Bakı metropoliteni QSC-dən Milli.Az-a verilən məlumata görə, budəfəki tədbirin mövzusu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi olub.

Xalq Cümhuriyyətinin yubileyinə "Bakı Metropoliteni" QSC-də maraqlı və özünəməxsus töhfə hazırlanıb. Qırmızı xətdə hərəkət edən sərnişin qatarında fləşmob keçirilib. Fləşmobda ümummilli lider Heydər Əliyevin dilindən Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin bir bəndi səsləndirilib. Daha sonra fləşmob iştirakçıları həmin şeirdən bir neçə bənd ifa ediblər.

Fləşmob ulu öndərin "...Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamının qatarda səsləndirilməsi ilə yekunlaşaraq, sərnişinlərin sürəkli alqışına səbəb olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı sərəncama əsasən, Cümhuriyyətin yubileyi geniş qeyd edilir. Həmçinin dövlət başçısının bu il yanvarın 10-da imzaladığı digər sərəncamla 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib. Bununla əlaqədar ölkə daxilində, eləcə də bütün dünyada müxtəlif mövzularda tədbirlər keçirilir.

Səslərin sayı: 0
1
91
loading...
Şərhlər
Offline
Sima
yaxsi edibler maraqlidi
16 aprel 2018 23:58
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )