Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
12:00PERI yene menden danisirsiz((( 10:33Sima sureyya hemiseki kimi)) 10:27Sima cox sag olun xeyale xanim 10:20Xəyalə Murad Yeni iş və dərs həftəsində hər birinizi salamlayıram! 10:19Xəyalə Murad Sabahınız xeyirli, gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər! 09:18Surayye Pəri bəzəyduzəy işlərini yenə bayram gününə saxladın? 09:17Surayye Qızlarım qizillarim necəsiz mən gəldimmmm?
39580

İranlı ekstrasensdən şok proqnoz

İranlı ekstrasensdən şok proqnoz


İranlı ekstrasens Möhsün Novruzi bəşəriyyəti gözləyən bir sıra təhlükələr barəsində danışıb.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, ekstrasens dünyanı narahat edən 4 mühüm məsələyə toxunub. Onun proqnozlarını təqdim edirik:

Qlobal iqtisadi böhran

İranlı ekstrasens dünyanın bütün ölkələrinə təsir edəcək və 2020-ci ilə qədər davam edəcək qlobal iqtisadi böhrandan bəhs edib. O bildirib ki, iqtisadi böhran nəticəsində dünyanın geosiyasi xəritəsi kardinal şəkildə dəyişəcək. Ekstrasensin fikrincə, dünyada yeni siyasi düzən yaranacaq, hərbi qüvvələrin yerdəyişməsi baş verəcək.

Möhsün Novruzi 16-cı əsrdə yaşamış astroloq Vasili Nemçinin sözlərini təsdiqləyib. O, Amerikanın 44-cü prezidenti “qara adam”ın hakimiyyətə gəlməsi ilə böyük böhranın başlayacağını bildirmişdi.

Həqiqətən də Obamanın hakimiyyətə gəlməsi ilə dünyada böyük dəyişikliklər başladı.

İranlı ekstrasensin ABŞ və Avropa Birliyi ölkələri üçün proqnozları

Möhsün Novruzinin proqnozuna görə, ABŞ-ın gələcəyi yoxdur:

“Böyük güc sarsılacaq, ölkə öz siyasi təsirini və dünyadakı üstünlüyünü itirəcək. Avropa İttifaqının taleyi də ürəkaçan görünmür. AB parçalanacaq, bir neçə birliklərə bölünəcək”.

Ekstrasens bildirib ki, Skandinaviya və Baltik ölkələri "Hansa Liqası" yaradacaq, İspaniya, İtaliya və Fransa Cənubi Avropa İttifaqını təşkil edəcək:

 

“AB-yə daxil olan digər ölkələrlə də bağlı eyni hal baş verəcək. AB eyni tərkibi ancaq kağız üzərində qoruyub saxlaya bilər”.

III Dünya müharibəsi ilə bağlı proqnoz

Ekstrasensin sözlərinə görə, III Dünya müharibəsi 2014-cü ildə başlayıb: “Şərqdə başlayan bu müharibə uzun müddət davam edəcək. Bütün dünyada geniş miqyaslı terror aktları baş verəcək”.

İranlı ekstrasens müharibənin öz ölkəsində başlayacağından da çox qorxur.

Təbii fəlakətlər

Ekstrasens hələ 2011-ci ildə dünyada böyük kataklizmlər - ciddi iqlim dəyişiklikləri, daşqınlar, quraqlıq, planetin hər yerində vulkan püskürməsi və zəlzələlər olacağını bildirmişdi. Noruzinin verdiyi proqnozların çoxu artıq gerçəkləşib.

O, bu fəlakətlərin zamanla daha da artacağını bildirib.

Lakin dünyanın sonu ilə əlaqədar Novruzi müsbət proqnozlar verib. O, Yer üzündə həyatın hələ uzun müddət davam edəcəyini bildirib. Novruzi bu fikrini insanların dünyada öz missiyasını hələ yerinə yetirmədiyi ilə əsaslandırıb.

Səslərin sayı: 1
1
845
loading...
Şərhlər
Offline
Sima
bos seydi men hecbirine inanmiram
14 aprel 2018 22:25
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış