Dövlət İmtahan Mərkəzi tərəfindən 22 aprel 2018-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
DİM-dən verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək etmək üçün qeydiyyat bu gün saat 18:00-da başa çatır.
Qeyd edək ki, 12 aprel saat 9:00-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 294, BB vəzifə qrupu üzrə 1123 nəfər olmaqla, ümumilikdə 1417 nəfər qeydiyyatdan keçib.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet"lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. "Şəxsi kabinet"də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.azsaytında verilmişdir) istifadə etmək olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayounu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidirlər. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
XƏBƏR LENTİ
İspan dili 25-ci dərs
İlham Əliyev: “İrəvan konstruktiv danışıqlar apararsa, Bakı hərbi əməliyyatları dayandıracaq”
Məşhur verilişdə şok hadisə-VİDEO
6 addımda doğru bikini seçmə yolları
XİN-dən erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
Modelyerlər deyir ki...
Şimal qütbünün təzə sahibi çıxdı
Hava haqqında - 31.01.2014
Hind yağının faydaları
Google rouminqsiz plana keçir
Həyat deyilən bir şey var...
Can Yamanın uşaqlıq şəklini heç kəs tanımadı-FOTO
Kəsiri olan tələbələrə müjdə!
NATO: Rusiya təyyarəsi Türkiyə sərhədlərini pozub
Dovğa (foto-resept)
Televiziya
Vanqanın Qarabağ haqqında ŞOK PROQNOZU
Təhsil Nazirliyi yanvarın sonuna kimi vaxt qoydu
Bunları edərək özünüzü bədbəxt etməyin!
Snapchat-da maraqlı yeniliklər var
"Ailə həkimi Azərbaycanda geniş vüsət alacaq"
Tez hazırlanan badımcan turşusu (foto-resept)
Azərbaycanda müəllimlərin işə qəbulu üçün növbəti müsabiqə elan edilib
Bu gündən I sinfə qəbul başlayır
Günün qoroskopu: Aldanmayın!
Piyadaların smartfondan istifadəsi qadağan edildi
Qadınlar üçün ən pis gün çərşəmbədir.
Ancelina Coli karantindən danışdı
Niyə kasıbsan?
Ermənilər Ağdamda yanğınlar törədiblər
Hörüklü saç modelləri
Bir ilə 200 kq arıqladı -FOTO
Kağızdan hazırlanmış aksesuarlar
Hava haqqında - 29.11.2013
"Koronavirusdan ölmək qadağandır" - Qeyri-adi qərar
Fahriye və Burakın oğlu doğuldu!
9 lotoreya aldı, hər biri qalib oldu
Azərbaycana Payız gəldi
Yatmadan əvvəl modemi söndürün
Polis Ece Erkenlə bağlı araşdırmaya başladı
700 manata da buket varmış - FOTO
Gəlinlik gül dəstələri
"Taxt oyunları"nda "Starbucks" fincanı
Rəsədxanadan Ramazan açıqlaması
Siz də xərçəng daşıyıcısı ola bilərsiniz
File dolması (foto resept)
Ailədə zorakılığın uşağa təsiri
Dünyanın maraqlı yerləri
Azərbaycanın iki milli parkında yetkin bəbirlər qeydə alınıb
Sezen Aksu atasını itirdi