Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin ilkin nəticələri açıqlanıb.
Qadin.Net trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə bildirib ki, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb:
"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev səslərin 3,04 faizini; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,11%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 3,02%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1,51%; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,39%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1,18%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev isə səslərin 0,75% faizini toplayıb".
M.Pənahov bildirib ki, indiyə qədər hesabat vermiş seçki məntəqələrinin sayı 5201 təşkil edir, sayılmış bülletenlərin sayı isə 3 milyon 723 min 278-dir.
MSK sədri deyib ki, bəzi seçki məntəqələrindən bülletenlərin gəlməsində müəyyən ləngimələr var. Onlar da daxil olduqdan sonra tam nəticələr gün ərzində ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
XƏBƏR LENTİ
Windows 8 üçün də Viber oldu
Ermənilərin “Köçəri” oğurluğuna cavab
Bu şəxslər 100 dollar cərimələnə bilər
Azərbaycanda ilk dəfə olaraq pərdəsiz tar düzəldilib
Pandemiya daha iki il davam edə bilər
Bakı polisi müxalifətçilərə xəbərdarlıq etdi
Moruğun faydaları
“Kelebek”in aparıcısı onlar oldu - Münsiflər isə...
Evlərdə nəm və kifin qarşısını necə almaq olar?
Türkiyədə matəm elanı
Qaraçı toyu: bəyin 11, gəlinin 13 yaşı var
Qadın.Netlilərin mənfi və müsbət cəhətləri (I hissə)
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır
700 manata da buket varmış - FOTO
Məşhurlardan ilham alan yumor ustası
Azərbaycan tarixindən yüz şəxsiyyət-58
Ordumuz düşmənin daha bir neçə hərbi texnikasını məhv etdi - VİDEO
Bu günün hava proqnozu
Tələbə qız şəkilləri sayəsində varlandı-FOTO
Azərbaycanda çörək bahalaşır?
Smartfonlarda təhlükəli virus aşkarlandı
Meqan və şahzadə Harridən GÖLƏNİLMƏZ QƏRAR
Dünya fəlsəfi irsindən - 2
Halal və haram buyrulmuş yeməklər
Milli Ordunun yaranmasından 102 il ötür...
Qatıqlı şirniyyat (foto resept)
Dənəsi 8 manatdan alça satılır-FOTO
Bir almanın iki yarısı
“Sen anlat Karadeniz” serialı TƏNQID EDİLDİ
Nokia tarixə qovuşacaq
Payızda yaz havası
İlin ən yaxşı idmançılarının adları açıqlanıb: Ronaldu ikinci, Messi - üçüncü
90 yaşlı nənə eşqə düşdü, sevgilisi ilə kruizə yollanacaq - FOTO
"Ebola" təhlükəsi bitdi
Hamiləlikdə Oruc tutmaq
Hollivudun məşhur prodüserinə 23 il həbs cəzası verildi
Sürücülərə verilən vaxt bazar ertəsi bitir - 50 manat cərimə TƏHLÜKƏSİ
Kasilyasdan yeni rekord
Novruz çərşənbələrinin günü açıqlandı
Xaçmazlı MMA döyüşçüsü dünya çempionu oldu
Qara donun tarixi haqqında
Məşhurların qonaq otaqları
Riyaziyyat bəyi şoka saldı
Kişilər niyə yüngül əxlaqlı qadınlara meyl edir?
Dünya mətbəxi - Hindistan
Prezidentin ad günündə 29 fil, 2 öküz, 5 antilop, 1 şir kəsiləcək
Birinci xanım ərəbləri hiddətləndirdi
Avstraliya hökuməti Sidneyi koronavirusun yeni ocağı elan etdi
"Fransız" saç kəsimi
Pan Gi Mun Prezident İlham Əliyevi təbrik etdi
- ŞƏRHLƏR